Sabah FK-nın parlayan ulduzu - VİDEO
Tarix: 30-05-2020, 21:17 | Bölmə: idman

Sabah FK-nın parlayan ulduzu - VİDEO
Sabah FK-nun U-13 komandasının futbolçusu, müdafiəçi, istedadı və bacarığı ilə komanda yoldaşlarından heç də geri qalmayan, çalışqanlığı ilə diqqəti cəlb edən gənc istedad Əhməd Tarıverdiyev ona bəslənilən ümid və etimadı doğrultmaq üçün əlindən gələn səy və bacarığını əsirgəmir.

Xüsusi karantin rejimində Əhməd Tarıverdiyev #evdə qal çağırışına qoşularaq evdə qalmaqla məşqlərindən qalmır.

Gənc istedad ayaqla topçiləmədə diqqətləri cəlb edib. O, topu yerə salmadan ayaqla 1200 dəfə top çiləyib. Qeyd edək ki, gənc istedad Əhməd Tarverdiyevin məşqçi-müəllimi Samir Abdurahmanovdur.

Ətraflı videoda:




396 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər