Impera

XƏBƏR LENTİ
02:01"Qorbaçov Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı" – Ramiz Mehdiyev01:39ABŞ İranı vurmağa hazırdı - Gərginlik Azərbaycana TƏHLÜKƏ VƏD EDİR01:35Vilayət Eyvazovdan daha bir təyinat01:32Yaxın günlərdə müharibə olacaq - Zakir Həsənovdan ŞOK açıqlama(VİDEO)01:14Telman Qarayev Baş Nazirə minnətdarlığını bildirdi23:34Oktyabrda 38 yaşını qeyd edəcək, qollara doymur - VİDEO23:28Balakəndə iqtisadi sabotajı kimlər edir - VİDEO23:21Restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştəriləri imiş…23:17İran Dağlıq Qarabağın “müstəqil”liyini tanıdı – Bakıya xəyanətin detalları - VİDEO23:07XANIM İCRA BAŞÇISI MASAZIR MƏKTƏBİNDƏ - FOTO23:03Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası22:51Avtobus sürücüləri “AMAL-D” şirkətini məhkəməyə verdi22:45Sinoptiklər tutqun hava proqnozlaşdırırlar22:41“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO22:34Elgiz Əkbər: "Bakılı oğlanlar" məni təhqir edib" - VİDEO22:29Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO22:23DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi22:19Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO22:00İlham Əliyev və xanımı bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində17:40Putin Ankaraya gedib17:36İlham Əliyev Türkiyə vitse-prezidenti ilə görüşüb17:30Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO17:25İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında15:25Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım15:18Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət… – Araşdırma - VİDEO15:10Əşya satışı saytlarında tanışlıq: “Özünə güvənənlər və ciddi olanlar zəng etsin” - VİDEO15:07Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO15:04Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO14:57Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:54“Lotu Quli”nin düşməni olan “GƏNCƏLİ ALBERT” kimdir? – VIDEO12:40DYP və BNA-dan sürücülərə XƏBƏRDARLIQ – VİDEO12:34Damlanın "intim videosunu" yaydığı deyilən İradənin biabırçı görüntüləri - VİDEO12:29Bəyəndiyi maşını yoxlamaq istədi - VİDEO12:25Son 26 ilini mübarizədə qoyan Əli Kərimlini İlqar Məmmədov necə yenə bilir axı? - VİDEO12:11“Paşinyan Ermənistanı müharibəyə və məhvə aparır, gedib xiyar əksə yaxşıdır...”12:01Azərbaycanda keçmiş məmur ŞİRKƏT YARADIB11:54Sabirabad Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevin Özbaşnalığı11:52Arzu Rəhimovun general rütbəsinə şübhə edən şöbə rəisi necə ifşa edidi? ŞOK11:48“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır” - VİDEO11:44Nazir MİQ-29 qəzasından danışdı: "Tam məsuliyyətimlə deyirəm ki..."11:35Hərbi Prokurorluğun bir neçə əməkdaşı medalla təltif edildi - ÖZƏL11:23Azərbaycanın 4 rayonunun bir hissəssində qaz təchizatı dayandırılacaq11:20Bakıda YPX maşını ağır qəzaya düşdü11:16“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…11:05Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)21:45Beyləqan icra başçısı xanım müavin təyin etdi21:41Baş nazir BƏYAN ETDİ: 140 nüvə bombası atılacaq - ŞOK18:06Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO18:03Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO18:00Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO17:57Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO17:55Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO13:51İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO13:36Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)13:26Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO13:22İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq13:20BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO11:49Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO11:45Bakıda içkili qadın yolda yatdı - VİDEO11:41Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürdü - VİDEO11:13Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı11:08Vergilər nazirdən sensasiyalı açıqlama11:06SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi10:54Cəlilabad təhsil müdiri məktəblərində saxtakarlıqlara şərait yaradır - PREZİDENTƏ VƏ NAZİRƏ MÜRACİƏT00:08Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir00:05“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi23:57Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır23:50Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi23:44“Qalatasaray” qələbə qazandı - VİDEO23:42Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO17:27Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ17:22Tovuzdakı qətlin araşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb17:20Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR17:11Xidmət rəisi viza rejiminin ləğvindən danışdı17:07Nazirdən əmr: küçədə piyadaları cərimələyən polislərin səlahiyyətlərinə xitam verildi16:59İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.16:56Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…16:54Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO16:51"Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"16:42İlham Əliyev Bakıda peşə məktəbinin açılışında - FOTO16:40Xırdalanda intihar hadisəsi - őzűnű binanın 10- cu mərtəbəsindən atdı(FOTO)16:31Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu - FOTO16:25Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü16:22Ceyranbatan bələdiyyə sədri Cavanşir Zeynalov məndən 3 min manat rüşvət istədi - İsmayıl Sadıqovdan şok açıqlama16:18Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar16:17Deputatın "Porsche"si ilə adam öldürən şəxs bəraət istəyir16:12Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?16:09Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - VDEO16:06Sinoptiklər 28 dərəcə isti vəd edirlər13:07İlham Əliyev Bakıda açılışda - FOTO12:57"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..."12:54Yenilməz “Sədərək” imperiyası - VİDEO12:27Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO12:23Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir12:19Ramiz Zeynalovun qohumu tanınmış vəkili qətlə yetirdi12:15Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - VİDEO11:44Yol polisi əməkdaşları rayondan paytaxta qaçırılan qızı xilas etdi - VİDEO11:38SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ11:35Misir Mərdanova VƏZİFƏ VERİLDİ11:31Vilayət Eyvazovdan yeni - TƏYİNAT
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"ASK Arena”da futbol oynamaq olmaz! – mütəxəssislər danışır

05 mar 2019, 13:14   
"ASK Arena”da futbol oynamaq olmaz! – mütəxəssislər danışır“Keşlə” klubunun oyunlarını keçirdiyi “ASK arena”nın süni örtüklü meydançasının durumundan narazılıqlar hələ bura “Şəfa” və “İnter Arena” adı daşıyandan olub. Neçə illərdi ki, narazılıqlar davam edir. Futbolçular, futbol mütəxəssisləri bu cür keyfiyyətsiz meydançada oynamağın yolverilməzliyi barədə həyəcan təbili çalsa da, nə klub, nə də federasiya bu məsələyə önəm verir.

Son olaraq, “Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə açıqlamasında narazılığını dilə gətirib. O, “Keşlə” ilə ötən həftə keçirilən Premyer Liqanın 19-cu turunun görüşündən sonra jurnalistlərə deyib: “Başa düşə bilmirəm ki, belə meydanda oynamağa necə icazə verilir? Bəli, sintetik örtüklü meydançalar var, ancaq onlar son nəsildir. Həmin meydançalarda oynamağı hardasa anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm. Belə meydanlarda özümü rahat hiss etmirəm”.


Kintanın narazılığı təsüdüfi deyil. Sırf Azərbaycandakı süni meydançalarda aldığı zədədən əziyyət çəkən Dani üçün o cür bərbad örtükdə oynamaq daha çətin, bir o qədər də arzuolunmazdır.

Həmin gün meydançanın vəziyyətindən gilyelənən təkcə Kintana deyildi. Elə meydan sahibi “Keşlə”nin öz futbolçusu – serbiyalı Nikola Mitroviç də narazılığını açıq şəkildə dilə gətirmişdi: “Bu, futbol meydançası deyil. Gördüyüm ən pis meydanlardan biridir. Amma biz hər gün burada məşq edirik. Ayaqlarımız ağrıyır. Nə etmək olar? Hər an zədə almaq qorxusu var”.

Bəli, göründüyü kimi, hətta “Keşlə”nin öz futbolçusu belə narazılıq etdiyi halda indiyə qədər dəyişən bir şey yoxdur. Əksinə, vəziyyət daha da pisləşib. Örtüyün necə bərbad halda olduğunu görmək üçün heç meydançaya ayaq basmağa da ehtiyac yoxdu. Acı mənzərə elə kənardan da görünür. Örtüyün bir çox hissəsi o qədər yeyilib ki, futbolçular, topla oynamaq bir kənara, normal hərəkət belə edə bilmirlər. Bu cür meydançalarda mübarizə aparmaq onların zədə almaq riskini də artırır.

Qol.az saytınıın mövzu ilə bağlı müraciət etdiyi əməkdar məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov lap əvvəldən süni örtüyün əleyhinə olduğunu bildirib. O da düşünür ki, “ASK Arena”da futbol oynamaq olmaz: “Bu cür meydançalarda oyun keçirmək futbolçular üçün təhlükəlidir. Oyunçular təbii otun qoxusunu hiss etməlidirlər. SSRİ dövründə Moskva “Spartak”ının süni örtüklü meydançası var idi. Əksər çalışdırıcılar, xüsisilə Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Lobanovski orada oynamağa qarşı idi. Amma onu da deyim ki, o dövrdə süni örtükləri yaxşı düzəldirdilər, indiki kimi deyildi. Süni meydançada oynamaq olar. Amma gərək yaxşı vəziyyətdə olsun. Təbii meydançalar kimi, süni ot örtüyü də qulluq tələb edir. Bunu həftədə ən azı 2-3 dəfə sulamaq və daramaq lazımdır. “Keşlə” – “Qarabağ” oyunu zamanı mən də stadionda idim.
"ASK Arena”da futbol oynamaq olmaz! – mütəxəssislər danışır

Ağasəlim Mircavadov

Doğrudan da “ASK Arena”nın örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Orada futbol oynamaq olmaz. Süni örtükdə zədələr də qaçılmaz olur. Son illər futbolçularda əzələ və bel yırtığı, diz bağlarının qopması geniş yayılıb. Gənc futbolçuların çoxunda belə zədələr müşahidə olunur. Süni örtüklü meydançada bəzi təmrinləri etmək də çətindir. Top istiqamətini dəyişir, futbolçu tullanma həkətlərini yerinə yetirə bilmir. Ancaq icazə veriblər, bunlar da ev oyunlarını həmin stadionda keçirirlər”.

Vaxtı ilə “İnter”də (indiki “Keşlə” – E.S) çalışmış, hazırda isə “Qəbələ”nin meneceri olan Səbuhi Səfiyarlı isə deyir ki, ASK Arena”ın örtüyü sonuncu dəfə 2012-ci ildə qadınlar arasında dünya çempionatından əvvəl yenilənib: “Başqa yerlərdə demək olar, hər il süni örtüyü dəyişirlər. Bizdə isə artıq 7 ildir, o meydançaya əl vuran yoxdur. Yadımdadır, bir dəfə “İnter”lə oyundan sonra Baqali Dabo zədələnmişdi və bir neçə həftə oynamamışdı. Səhv etmirəmsə, arxa əzələsini dartmışdı. Hətta məşqçi narazılıq etmiş, bildirmişdi ki, belə meydançada zədə almaq çox asandır. Dabodan başqa, Yuri Syominin vaxtında Viktor Mendi də həmin arenadakı oyunda zədələnmişdi. Ancaq örtüyü yeniləmək hamısı büdcə məsələsidir. Əlavə xərc tələb edir. Bilirsiniz ki, federasiya hər mövsümün əvvəlində stadionları təftiş edir, çempionata hazır olub-olmadığını yoxlayır. AFFA “ASK Arena”nı qəbul edibsə, biz kluba irad bildirə bilmərik. Düzdür, hamı istəyər ki, təbii örtükdə oynasın. Ancaq artıq qərar qəbul edilibsə, klubluq bir şey yoxdur. Gürcüstan Futbol Federasiyası bir müddət öncə belə bir qərar qəbul etdi ki, 2019-2020 mövsümündən etibarən yüksək və birinci liqanın oyunlarını süni örtüklü meydançalarda keçirmək olmaz.
"ASK Arena”da futbol oynamaq olmaz! – mütəxəssislər danışır

Səbuhi Səfiyarlı

Federasiya bizi adi bayrağın olmamağına görə cərimələyirsə, eyni şeyi stadiona görə də etməlidir ki, burada oynamaq olmaz. Amma artıq həmin arenanı qəbul ediblərsə, kluba deyə bilmərik ki, sən niyə orada oynayırsan. Çünki biz həmin örtükdə 1 oyun keçiririk və bu, kifayət edir ki, hansısa futbolçumuz zədələnsin. Klub özü isə təsəvvür edin, orada hər gün məşq edir. Onlar üçün daha ağırdır. Elə zədələr var ki, ona görə futbolçuya süni meydançada oynamağı qadağan edirlər. Bu cür örtükdə yüklənmə çox olur, ona bərpasına uzun vaxt lazımdır. Amma yenə deyirəm, bu, sırf imkandan asılı olan bir şeydir. Təbii örtük daim qulluq tələb edir. Mən özüm də o klubda işləmişəm. Bu məsələ daim aktual olub. Oyunçular tez-tez süni meydança olmağından narazılıq edirdilər. Lakin ot örtüyü təbiidirsə, sənin əlavə köməkçi meydançaların olmalıdır. “ASK Arena”da isə həm əsas, həm də əvəzedici komanda oynayır. Bunların hamısının yüklənməsini ancaq süni örtük götürə bilər. Təbii örtük buna heç bir ay dözməz. Süni meydançanın özünü yeniləmək olar. Amma bildiyim qədərilə təbii örtüklə əvəzləmək istəyirlər, yəqin, ona görə gözləyirlər”.

Elnur SALAHOV
OXŞAR MÖVZULAR
loading...