Impera

XƏBƏR LENTİ
12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı08:45Koronavirusla bağlı ŞAD XƏBƏR08:39"Mən nəinki Zakir Fərəcovu ..." - VİDEO08:31Qusardakı Sərhəd Keçid Məntəqəsində karantin adı altında tam bir virus ocaqları yaradılıb - VİDEO12:59Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ - FOTO - VIDEO17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev

24 yan 2020, 17:55   
Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev

Avrasiya.net 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əliyev Emin Fazil oğlunun müsahibəsini təqdim edir.

- Emin müəllim, gec də olsa namizədliyinizin təsdiq edilməsi ilə bağlı sizi təbrik edirik və uğurlar arzulayırıq.
-Çox sağ olun, təşəkkür edirəm. Şərəfli bir yola çıxmışıq, ümid edirəm ki, uğurla davam edər və xeyirli bir nəticə alarıq.
- Seçki təbliğatı necə gedir? Şüarınız da maraqlıdır: “Verdiyim sözün üstündəyəm!”. Emin Əliyev yerlilərinə nə söz verib ki?
-Seçki təbliğatımız mehribançılıq, dostluq, şəffaflıq və layiq olanın qələbəsi prinsipləri üzərində qurulmuşdur. Biz öncə bölgələrdəki yerlilərimizlə görüşlərdən başladıq. Məlumat var idi ki, o məkanlara bu günədək heç kəs getməyib. Özümüz də yerlilərimizlə görüşdə şahidi olduq ki, onlar etinasızlıqdan, diqqətsizlikdən çox əziyyət çəkirlər. Sabirabadın Rüstəmli kəndində Yeni Zəngilan şəhərciyi isə ürəyimiz sızlatdı. O yer mənim yaddaşıma o gündən bəri “nursuz şəhər” kimi həkk olunub qalıb. Mən söz verdim ki, bu şəhərciyi nurlandıracağıq. Daha sonra Hacıqabul və Şirvanda olan yerlilərimin müvəqqəti məskunlaşdığı məkanlarda oldum. Şirvanda çox gözəl bir şəhərcik salınıb. Hacıqabulda isə bunun şahidi oldum ki, elə cılız məsələlər öz həllini tapmır ki, əslində bir zəngə həll olunan şeylərdir! Mən, açığı, öz yerlilərimizi bu qədər ümidsiz görməmişdim. Bizim torpağın insanları müharibə vaxtı mühasirədə qaldılar, vuruşdular, düşmənə qan uddurdular, şəhid oldular, yaralandılar, lakin ümidsiz olmadılar! Mən şahidəm ki, rayonumuzun işğalına bir neçə gün qalmış artıq dinc əhali Araz çayının sahilində onun dayazlaşdırılmasını gözləyərkən bir çoxları yenidən öz evlərinə qayıtdılar. Ona görə qayıtdılar ki, ümidləri ölməmişdi.
Ümidləri qalmışdı ki, rayon işğal edilə bilməyəcək. Bu mərdliyin, qeyrətin sahibi olan insanlar bu gün heç bir yeniliyə ümid etmir. Hesab edirəm ki, insan hər bir şeyini itirə bilər, lakin ölməz. O, yalnız ümidini itirərsə ölər, mən ən çox bundan narahatam. Biz Sumqayıtda və Novxanıda Qubadlıdan olan yerlilərimlə, Yasamal rayonunda, Nərimanov rayonunda, Biləcəri qəsəbəsində, Masazır qəsəbəsində məskunlaşan yerlilərimlə görüşlərdə olarkən onların mənim səmimiyyətimi hiss etdiklərinə əminəm. Sumqayıtda bir ailənin evində olduq. Adam dedi ki, heç vaxt seçkilərə getməmişəm. Sən ki gəlib, bu qapını cəsarətlə döyüb, səmimi mənlə söhbət etdin, gedib bu dəfə seçkidə iştirak edəcəyəm. Bu ümid işığının yanması bizim üçün hər bir şeydən üstündür! Bu məqamda 125 saylı dairə seçki komissiyasının rəhbər-işçi komandasına səmimi fəaliyyətlərinə görə təşəkkür edirəm. Bütün görüşlərimizin detallarını onlarla müzakirəli, məsləhətli şəkildə təşkil etdik ki, heç bir namizədlə narahatçılıq olmasın və bərabər şəkildə təbliğatımızı aparaq. Maneə yaratmaq istəyənlərə də DSK özü layiqli cavab verirdi. Hələ ki, bərabər şəkildə təbliğat aparmaq şəraiti yaradılıb və bu imkanlarımız vardır.Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin ƏliyevO ki, qaldı şüara, bu şüar elə sizin səhifənizdə çıxan müsahibəmə qoyduğunuz başlıqdan götürülmüşdür (gülümsəyir)-”Emin Əliyev: “Zəngilan və Qubadlı camaatına verdiyim sözü tutacağam””. Bu səmimiyyətdən yaranan bir şüar və qarşımıza qoyduğumuz hədəf oldu- millət vəkilliyinə namizədlər təbliğat vaxtı söz verir, lakin bu sözləri tutmur. Mən isə verdiyim sözlərin siyahısını tutmuşam. Onları bir-bir icra edib onları öz dəftərimdə işarə edəcəyəm və millət vəkilliyimin ilk beşilliyinin sonunda öz nəticələrimi qiymətləndirib yerlilərimə təqdim edəcəyəm. Bu hesabat 2025-ci ildə olacaq, yəni mən ikinci dəfə millət vəkili olmaq üçün namizdəliyimi irəli sürərkən☺) Yerlilərimə verdiyim sözləri öz seçki platformamda qeyd etmişəm. Son nöqtəsinə qədər özüm hazırlamışam, edə biləcəyim işləri vəd vermişəm və qalib gələrək vəd verdiyim işləri bir-bir edəcəyəm!

Verdiyim sözün üstündəyəm çünki!
- Sosial şəbəkələr vasitəsilə digər namizədlərlə birgə görüşün və ya debatın keçirilməsini təklif edibsiniz. Bu bir yenilik olacaqdır yəqin ki. Nə vaxta planlaşdırısınız?
- Əslində bu çağırış sosial şəbəkələrdə yerlilərimizin tələbi idi və səsləndirildi. Mən də “biz hazırıq” dedim. Lakin bir hərəkətlilik olmadı. Kampaniya çərçivəsində yerlilərimlə görüş zamanı da şahidi oldum ki, onlar da tələb edirdilər ki, real və ədalətli seçim etmək üçün namizədlər bir yerdə müzakirələr apararaq, debat edib öz ideya və fikirlərini, vədlərini bildirərdilər və canlı olaraq seçicilərin suallarını cavablandırardılar. Buna görə də bu dəfə biz video çağırış etdik ki, sosial şəbəkələr üzərindən canlı yayım edərək debat təşkil edək və öncədən prinsip olaraq ortaya qoyduğumuz mehribançılıq, şəffaflıq, ədalətlilik qaydasında görüşək və həm namizədlər bir yerdə olar, yeni bir mesaj vermiş olarıq seçicilərə, həm də onların namizədi olduğumuzu nümayiş etdirərdik! Mənim bu seçkilərlə bağlı bir xəyalım var-125 saylı seçki dairəsində olan kampaniya və seçki mühiti digərlərinə nümunə olsun. Biz bunu edə bilərik!
Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev

- Düşünürsünüz ki, sizdən qorxurlar?
- Bu mətbuat yenə sensasiyaya, xəbər partlayışına meyl edir (gülür). Namizədlərin içərisində güclü rəqiblərim var. Hər birini sevirəm, hörmət edirəm! Ümid edirəm ki, vaxt ayırıb birlikdə görüşəcəyik və biz gələcək üçün gözəl bir ənənənin təməlini bir yerdə qoyacağıq. Buna Zəngilan və Qubadlı camaatı layiqdir, hətta bundan artığına da layiqdir. Mən də onlara layiq olmağa çalışıram və buna söz verirəm!
- Həm platformada, həm DSK-ya verdiyiniz məlumatlardan belə məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyində çalışdığınız vəzifədən 10.01.2020-ci il tarixdə çıxmısınız. Sizə təzyiqlər oldu, yoxsa öz istəyinizlə çıxdınız?
- 5 uşaqlı ata işini niyə öz xoşu ilə tərk etsin ki? (gülür). Dövlət qulluğu şərəfli işdir. Xalqa xidmət Haqqa xidmətdir! Biz hər olduğumuz yerdə özümüzün və ətrafımızın gözəl işlər görməsi üçün çalışmışıq. Buna da öz miqyasımızda nail olduğumuzu düşünürük. Nazirlikdə mən bir il yarım xidmət etdim və orada gözəl işlər etməyə çalışdım və gözəl işlər edə biləcək komanda yaratdım. Mənim bu gün daha başqa bir xəyallarım və arzularım var, mən 80 minlik yerlilərimin xidmətində olaraq daha böyük və Azərbaycanımız üçün daha gözəl işlər görmək istəyirəm. Məhz buna görə sevdiyim işimdən ayrılmışam. Seçki Məcəlləmiz də bizə bunu tövsiyə etmişdir.
-Ölkədə bu seçki ab-havasını necə dəyərləndirirsiniz?
- Məncə cənab Prezidentin iradəsi və çağırışları bu seçkilərin xoş ab-havada keçməsinin əsas səbəbidir. Mən bu cür əhval-ruhiyyənin olacağına ümid etməsəydim seçkilərə qatılmazdım. Əslində daha fərqli kampaniyalar etmək olardı, lakin biz gənc dövlətik və cəmi 5 Parlament seçkisi keçirmişik. Çox şeylər gözləmək və tələb etmək ədalətsizlik olardı. Amma ən azı onu deyə bilərəm ki, inkişaf göz qabağındadır. Bu Parlament fərqli olacaq. Özü də çox!
Layiq olan namizədləri Milli Məclisdə görmək ümidi ilə!

Güninfo.az

Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev



OXŞAR MÖVZULAR
loading...