Impera

XƏBƏR LENTİ
23:27Azərbaycanda Respublika Günü qeyd edilir23:20İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO23:16Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet23:13Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladı23:11İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO11:21Nazir oğlunun toyunda erməni mahnısı sifariş edib, gəlini və qudaları ilə belə oynadı - VİDEO23:33AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR

06 apr 2020, 13:27   
Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR Bir neçə gün bundan öncə KVDF-nin icraçı direktoru Vüqar Səfərlinin işdən azad edilməsi cəmiyyətin və media ilə bağlı şəxslərin bu sahədə mövcud problemlərin yenidən müzakirə mövzusuna çevrildi. Xüsusən də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun milli mətbuatımızın inkişafına vurduğu ağır zərbələr, ideologiya sahəsində həyata keçirdiyi təxribatlar yenidən diqqət mərkəzində oldu. "GUNinfo! bildirir ki, KONKRET.az bu və digər mövzuları müzakirə etmək üçün sabiq millət vəkili Eldar Sabiroğludan müsahibə alıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR

– Eldar müəllim, gəlin elə birbaşa ideologiyamıza vurulan ağır zərbənin miqyasından danışaq. Keçmiş ideoloq Əli Həsənov bu sahəyə necə gəldi?

– Maraqlı sualdır. Bu adam ideya adamı deyil. Ancaq Əli Nağıyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri- KONKRET.az) onu Mərkəzi Qərargaha gətirib ideoloji şöbəyə müdir təyin etdirdi. Rəhmətlik Heydər Əliyev qətiyyən istəmirdi, ondan zəndeyi-zəhləsi gedirdi. Əli müəllimin təkidli xahişindən sonra partiyanın rəhbəri razılığını verdi. Artıq bir neçə aydan sonra Ə. Nağıyev səhv etdiyini başa düşdü.

– Bəs Əli Nağıyevi ona bağlayan faktorların kökündə nə dayanırdı?

– Onda belə bir təəssürat əmələ gəlmişdi ki, Əli Həsənovun ideoloji sahədə təcrübəsi partiyaya yeni stimul gətirəcək və bundan onun özü də yazı-pozu işlərində yararlanmaq şansı əldə edəcək. Beləliklə, kadr təyinatı zamanı mən partiyanın analitik-informasiya və proqnozlaşdırma mərkəzinin rəhbəri, Əhliman Tağıyev təşkilat şöbəsinin müdiri, Siyavuş Novruzov zavxoz-kassir, Əli Həsənovsa ideologiya şöbəsinin müdiri vəzifələrinə təyinatlar aldıq. Artıq bir il keçməmişdi ki, Əli Nağıyev bu siyasi dələduzdan narazılıqlarını mənimlə bölüşürdü.

Bu yarasa qərargaha ayağını basar-basmaz biabırçı işlərlə məşğul olmağa başlamışdı. Rayon təşkilatlarının sədrlərindən pul yığaraq onlara dövlət vəzifələrində işləmək barədə vədlər verirdi. Cəlilabad rayonu dəftərindəki siyahıda ilk sırada dururdu. O, Əli Nağıyevin sürücüsü Mirkazım Kazımovu əvvəlcə QASİD firmasına müdir təyin etdirdi, sonrada iki cümləni bir – birinə qoşub yaza bilməyən bu savadsızı deputat elətdirdi. Necə ki, sonralar Vüqar Səfərli ilə mediaya hökumətin ayırdığı pulları həzm-rabedən keçirirdi, eləcə də QASİD firmasının vəsaitlərini Mirkazımın əli ilə mənimsəyirdi.

Haradan alışmışdı, necə öyrəşmişdi pis əməllərə, mənə olduqca qəribə gəlirdi. İşi-gücü yalnız onu-bunu aldadıb pul toplamaqdan ibarət idi. Başqa bir yaramaz əməl sahibi olduğunu da aparatda birlikdə işləyərkən yaxından müşahidə etdim. Kollektivdə özünü intriqa ustası kimi tanıtdırmışdı. Bütün günü ondan-buna, bundan-ona söz aparıb, söz gətirərdi. Heç xoşlamazdı iki nəfərin bir – biri ilə dost və səmimi yoldaşlığını.

Bir sözlə, YAP-ın adından bəhrələnərək özünün və ailəsinin xeyrinə çalışırdı. Arvadını da öz yanında işə götüzdürdü. Bu yarasanın ideoloji işdən başqa əlindən hər şey gəlirdi.

– Eldar müəllim, bəs necə düşmüşdü Mərkəzi Qərargaha?

– Əsas məsələ də bundan ibarətdir ki, o, vaxtında necə və hansı yolla Əli Nağıyevi inandıra bilmişdi? Bayaq qısaca da olsa, bu haqda danışdım. Hətta 1995-ci ilin Rövşən Cavadov hadisələri ilə bağlı mən bir yazı qələmə alıb “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əsl Heydər Əliyevçi Xeyrəddin Qocaya dərc etməsi üçün təqdim etmişdim. Yarasa Əli hardansa xəbər tutmuşdu, haray – həşir salıb yazını nömrədən çıxartdırdı. Bunu indiyəcən özümə bağışlamıram.

Prezident Heydər Əliyev Əli Nağıyevə 8-ci kilometrə əməkdaşlardan iki nəfəri göndərmək tapşırığını vermişdi. Prezident partiyadan da məlumat almaq istəyirdi. Əli Nağıyev bacısının əri rəhmətlik Dövlətlə bərabər Həsənova təcili 8-km də silahlı qiyam qaldıran Rövşən Cavadovun yerləşdiyi əraziyə getməyi tapşırarkən Əli Həsənov birmənalı olaraq bundan imtina etdi və bildirdi ki, “mənim uşaqlarım körpədir, mən ölərəmsə, sabah onlara kimsə baxmayacaq”. Əli Nağıyevin rəngi dəyişdi və gözlərini gözlərimə dikdi. Dedim Əli müəllim, mən gedərəm. Gecə saat 3-də Dövlətlə birlikdə əraziyə yollandıq. Mən əmri yerinə yetirməli idim. Halbuki o zaman oğlum Rüfətin 12, qızım Turanın isə 10 yaşı vardı.

İndiyə qədər Əli Nağıyevə Heydər Əliyevin bu hadisə barədə məndən soruşduğunu deməmişəm. Akif Muradverdiyevin hər şeydən xəbəri vardı…

– Eldar müəllim, belə çıxır ki, bu adam içəriyə atılmış ideoloji təxribatçı olub. Razılaşırsınızmı?

– Tamamilə doğru bir nəticəyə gəldiniz. Sizə olmuş bir hadisə barədə də danışacağam. Əli Həsənov partiyada Ramiz Mehdiyevin agenti idi. YAP-ın Mərkəzi Qərargahında keçirilən tədbirlər başa çatan kimi şefini məlumatlandırardı. Lakin onu Heydər Əliyev daha yaxşı tanıyırdı. Günlərin birində Prezidentin yanında çox yığcam bir müşavirə keçirilirdi. Mən və Əli Həsənov da dəvətli idik. Heydər Əliyev onu çıxışa çağırdı. Həsənov başladı özündən razı halda danışmağa. Heydər Əliyev onu saxladı və çox sərt tənbeh elədi. Prezident dedi ki, bir ara Naxçıvana gəldin. Sonra səsin- bəsin kəsildi. Soruşanda dedilər ki, Ukraynada Quskanın qapançısı işləyir. Get ideoloji tərbiyə alıb sonra gələrsən. Tribunadan qovuldu. Lakin ideoloji tərbiyəsiz Ramiz Mehdiyevin himayədarlığı ilə Prezident Aparatında ictimai – siyasi şöbənin müdiri təyin olundu.

Bu sözlərdən sonra onun barəsində belə qərarın qəbul edilməsini başa düşə bilmədim. Hətta Heydər Əliyev onun Vəzirova dəstək bəyanatına qoşulduğunu bilir və buna görə ona nifrət edirdi. 2003-cü ildən sonra o, yerini möhkəmləndirdi. Və kimlərlə ədavətləri vardısa, Ramiz Mehdiyevlə bərabər həmin adamları ləkələyib çıxdaş etdilər. Onun ideoloji qabiliyyəti yalnız buna çatırdı.

– Əli Həsənovun medianı şil-küt etməsinə necə izah verərdiniz?

– Bunun izahı yoxdur. O, bu sahənin monopolisti idi. Əflatun Amaşov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli və özü daxil, bu dördlük ancaq ölkədə narazılıqların kök atmasına, hakimiyyətlə cəmiyyət arasında uçurum yaranmasına çalışırdı və buna nail də oldular. Dövlətə qarşı inamsızlığın baş qaldırmasında onların müstəsna xidmətləri oldu. Adam utanır onların yerinə. Baxın, bir nəfər belə bu dördlük haqda yaxşı söz demir. Vaxtı ilə Əli Həsənovun ayaqları altına sərilən bəzi yazarların səslərini çıxarmamaları məndə təəccüb doğurmur. Onlar indi ictimai rəyin hədəfindədirlər. Dövlətin etibarını bu dərəcədə tapdalamaq olmazdı.

İndi onu Baş nazirin müavini Əli Əhmədov əvəz edir.

Ardı var…
OXŞAR MÖVZULAR