Impera

XƏBƏR LENTİ
02:01"Qorbaçov Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı" – Ramiz Mehdiyev01:39ABŞ İranı vurmağa hazırdı - Gərginlik Azərbaycana TƏHLÜKƏ VƏD EDİR01:35Vilayət Eyvazovdan daha bir təyinat01:32Yaxın günlərdə müharibə olacaq - Zakir Həsənovdan ŞOK açıqlama(VİDEO)01:14Telman Qarayev Baş Nazirə minnətdarlığını bildirdi23:34Oktyabrda 38 yaşını qeyd edəcək, qollara doymur - VİDEO23:28Balakəndə iqtisadi sabotajı kimlər edir - VİDEO23:21Restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştəriləri imiş…23:17İran Dağlıq Qarabağın “müstəqil”liyini tanıdı – Bakıya xəyanətin detalları - VİDEO23:07XANIM İCRA BAŞÇISI MASAZIR MƏKTƏBİNDƏ - FOTO23:03Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası22:51Avtobus sürücüləri “AMAL-D” şirkətini məhkəməyə verdi22:45Sinoptiklər tutqun hava proqnozlaşdırırlar22:41“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO22:34Elgiz Əkbər: "Bakılı oğlanlar" məni təhqir edib" - VİDEO22:29Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO22:23DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi22:19Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO22:00İlham Əliyev və xanımı bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində17:40Putin Ankaraya gedib17:36İlham Əliyev Türkiyə vitse-prezidenti ilə görüşüb17:30Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO17:25İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında15:25Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım15:18Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət… – Araşdırma - VİDEO15:10Əşya satışı saytlarında tanışlıq: “Özünə güvənənlər və ciddi olanlar zəng etsin” - VİDEO15:07Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO15:04Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO14:57Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:54“Lotu Quli”nin düşməni olan “GƏNCƏLİ ALBERT” kimdir? – VIDEO12:40DYP və BNA-dan sürücülərə XƏBƏRDARLIQ – VİDEO12:34Damlanın "intim videosunu" yaydığı deyilən İradənin biabırçı görüntüləri - VİDEO12:29Bəyəndiyi maşını yoxlamaq istədi - VİDEO12:25Son 26 ilini mübarizədə qoyan Əli Kərimlini İlqar Məmmədov necə yenə bilir axı? - VİDEO12:11“Paşinyan Ermənistanı müharibəyə və məhvə aparır, gedib xiyar əksə yaxşıdır...”12:01Azərbaycanda keçmiş məmur ŞİRKƏT YARADIB11:54Sabirabad Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevin Özbaşnalığı11:52Arzu Rəhimovun general rütbəsinə şübhə edən şöbə rəisi necə ifşa edidi? ŞOK11:48“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır” - VİDEO11:44Nazir MİQ-29 qəzasından danışdı: "Tam məsuliyyətimlə deyirəm ki..."11:35Hərbi Prokurorluğun bir neçə əməkdaşı medalla təltif edildi - ÖZƏL11:23Azərbaycanın 4 rayonunun bir hissəssində qaz təchizatı dayandırılacaq11:20Bakıda YPX maşını ağır qəzaya düşdü11:16“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…11:05Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)21:45Beyləqan icra başçısı xanım müavin təyin etdi21:41Baş nazir BƏYAN ETDİ: 140 nüvə bombası atılacaq - ŞOK18:06Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO18:03Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO18:00Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO17:57Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO17:55Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO13:51İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO13:36Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)13:26Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO13:22İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq13:20BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO11:49Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO11:45Bakıda içkili qadın yolda yatdı - VİDEO11:41Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürdü - VİDEO11:13Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı11:08Vergilər nazirdən sensasiyalı açıqlama11:06SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi10:54Cəlilabad təhsil müdiri məktəblərində saxtakarlıqlara şərait yaradır - PREZİDENTƏ VƏ NAZİRƏ MÜRACİƏT00:08Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir00:05“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi23:57Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır23:50Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi23:44“Qalatasaray” qələbə qazandı - VİDEO23:42Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO17:27Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ17:22Tovuzdakı qətlin araşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb17:20Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR17:11Xidmət rəisi viza rejiminin ləğvindən danışdı17:07Nazirdən əmr: küçədə piyadaları cərimələyən polislərin səlahiyyətlərinə xitam verildi16:59İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.16:56Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…16:54Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO16:51"Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"16:42İlham Əliyev Bakıda peşə məktəbinin açılışında - FOTO16:40Xırdalanda intihar hadisəsi - őzűnű binanın 10- cu mərtəbəsindən atdı(FOTO)16:31Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu - FOTO16:25Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü16:22Ceyranbatan bələdiyyə sədri Cavanşir Zeynalov məndən 3 min manat rüşvət istədi - İsmayıl Sadıqovdan şok açıqlama16:18Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar16:17Deputatın "Porsche"si ilə adam öldürən şəxs bəraət istəyir16:12Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?16:09Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - VDEO16:06Sinoptiklər 28 dərəcə isti vəd edirlər13:07İlham Əliyev Bakıda açılışda - FOTO12:57"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..."12:54Yenilməz “Sədərək” imperiyası - VİDEO12:27Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO12:23Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir12:19Ramiz Zeynalovun qohumu tanınmış vəkili qətlə yetirdi12:15Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - VİDEO11:44Yol polisi əməkdaşları rayondan paytaxta qaçırılan qızı xilas etdi - VİDEO11:38SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ11:35Misir Mərdanova VƏZİFƏ VERİLDİ11:31Vilayət Eyvazovdan yeni - TƏYİNAT
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qızı Vaqif Səmədoğlunun GİZLİNLƏRİNİ AÇDI: Atam mənə az dəstək verdi, məhz bu səbəbdən...

22 yan 2019, 13:45   
Qızı Vaqif Səmədoğlunun GİZLİNLƏRİNİ AÇDI: Atam mənə az dəstək verdi, məhz bu səbəbdən...Məndən soruşsalar ki, o kimdir, barmaqları caz qoxan şair deyərəm. Çünki hər misrası mənim üçün təkrarsız və həzz dolu caz improvizəsidir. Onu anlamaq da, anlatmaq da hər ürəyin işi deyil.

Xalq şairi, sevimli cazmen 80 yaşlı Vaqif Səmədoğlunu onun döyünən ürəyi Nigar xanımın dilindən eşitdik.

Publika.az-ın müsahibi sevimli şairimizin qızı Nigar Vaqifqızıdır.

- Nigar xanım, hiss edirəm ki, intellektual təbəqə Vaqif Səmədoğlu yaradıcılığına daha çox meyil edir. Özünüz və atanızla bağlı ilk xatirələrinizdən danışaq?

- 7 yaşımadək atamla birgə yaşamışıq. Sonra valideynlərim ayrıldılar. Atam evimizlə üzbəüz binada yaşayan nənəm Xavər xanımın yanına köçdü. Bibim Aybəniz xanım da bizimlə eyni binada yaşayırdı. Aybəniz xanımın dəstəyini, sevgisini həmişə dərindən hiss etmişəm. Onun simasında özümə çox yaxın dost qazandım, və bu sonadək dəyişmədi. Həftəsonları onun evində qalırdım. Tətillərdə birgə bağ evinə, sanatoriyalara gedərdik. Bəlkə də bibimin yaxından iştirakı olmasaydı, atamla bağlarımız zəifləyərdi. Bilirsiniz də, çox vaxt valideynlər ayrılanda övladların da atası ilə ünsiyyəti səngiyir. Amma bibim buna imkan vermədi. Tez-tez Aybəniz xanımla birgə Şüvəlandakı bağ evinə gedərdik. Orada atamın öz otağı vardı. Həmin otaqla bağlı o qədər isti xatirələrim var ki... Qapıdan içəri girən kimi özümü atamın dünyasının sahibi hiss edirdim. Çox qəribə hiss idi. Başqa heç kimə o otağa girməyə icazə vermirdim. Orada atamın fotoaparatları, velosipedi, qeyd dəftərləri, qələmləri vardı. Bütün əşyalarını səliqəyə salırdım, divarların qoxusunu içimə çəkirdim. Ancaq o məqamda atamı yanımda hiss edirdim. Baxın bu hiss mənə onunla ünsiyyətin aclığını unutdururdu.

Qızı Vaqif Səmədoğlunun GİZLİNLƏRİNİ AÇDI: Atam mənə az dəstək verdi, məhz bu səbəbdən...
- Kiçik bacınız da atanıza sizin qədər vurğun idi?

- Valideynlərim ayrılanda bacımın üç yaşı vardı. Buna baxmayaraq atamla çox gözəl münasibətləri olub. Amma mən bacımı atama çox qısqanırdım. Həmişə anam bizi atamgilə yola salanda, deyirdim, qoy, bacım evdə qalsın. Sanki atamın mənə olan məhəbbətinin, diqqətinin bölünməyini istəmirdim. Əlbəttə uşaq idim, indi bunu etməzdim.

- Vaqif Səmədoğlunun şeirləri də övladları ilə böyüyüb...

- Mən deyərdim ki, özü ilə birgə yaşa dolublar. Hətta gənc yaşda yazdığı şeirləri oxusam, dərhal anlayaram ki, onları atam yazıb. Çünki üslubu, fəlsəfəsi özünəxas idi. Onun şeirlərində çox ağır məna yükü yatır. Bir dəfə oxumaqla dərk etmək çətindir. Hətta sizə bir sirr açım, mən atamın şeirlərini başqalarının yanında oxuya bilmirəm. Həmin an emosiyalar məni boğur, kövrəlirəm.

- Atanızın qəlbinin içini oxuyursunuz...

- Bəli. Onun həmin an nələri düşündüyünü təxmin edirəm. Ürəyinin, ruhunun ağrısını özümdə hiss edirəm.

- Zahirən də ona çox bənzəyirsiniz...

- Həm üzdən, həm də xarakterimin bir sıra cəhətləri ilə atama çox oxşayıram. Hərdən onu tanıyan insanlarla söhbət eləyəndə, deyirlər, bizə elə baxma. Deyirəm, necə? Deyirlər, atan kimi o qədər qəmli, ağır baxışların var ki, kədərlənməmək olmur.

- Nigar xanım, müqayisəni sevmirəm. Amma bəzən eşidirəm ki, insanlar Vaqif Səmədoğlu ilə Səməd Vurğunu tərəziyə qoyurlar. Vaqif bəyin çəkisi daha ağır gəlir...

- Səməd Vurğun bir zirvədir. İndi sizinlə nəvə kimi danışmıram. Babamdan danışanda həmişə məktəb illərimi xatırlayıram. Azərbaycan dili dərsliyimizin ilk səhifəsində babamın “Azərbaycan” şeiri vardı. Hər dəfə də dərsə “El bilir ki, sən mənimsən” misraları ilə başlayırdıq. Həmin an mütləq sinif yoldaşlarımdan kimsə qalxıb deyirdi ki, Səməd Vurğun Nigarın babasıdır. Müəllimimiz də hər dəfə dərsi saxlayıb mənə dönürdü ki, Nigar, düz deyirlər? Hər dəfə inkar edirdim ki, yox, yalan deyirlər.

- Səbəb?

- Bilirdim ki, babam böyük şəxsiyyətdir, məşhur şairdir. Ona görə utanırdım etiraf edim ki, Səməd Vurğunun nəvəsiyəm. Amma yaşa dolduqca babamla qürur duymağa başladım. Onunla nəvə yox, bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm. Onları müqayisə etmək mümkün deyil, yanlışdır. Çünki yaradıcılıqları fərqlidir. Atamın şeirlərindəki lirika, fəlsəfə Səməd Vurğun yaradıcılığında yoxdur. Tamamilə fərqli şairlərdir.

- Vaqif Səmədoğlu fəlsəfəsi hansı klassiklərdən qidalanırdı?

- Düşünürəm ki, o, fəlsəfə atamla birgə doğulmuşdu. Onun çox gözəl yumor hissi də vardı. Bu, bizim hamımızda var.

- Şair ailəsinin üzvləri sözlə oynamaq bacarığından məhrum olsa, günah sayılar...

- (gülür)
Qızı Vaqif Səmədoğlunun GİZLİNLƏRİNİ AÇDI: Atam mənə az dəstək verdi, məhz bu səbəbdən...
Ətrafımızdakılar da buna Vəkilov yumoru deyirlər. Amma bu, o demək deyil ki, atam həmin zarafatları hansısa kitabdan oxuyub, sonra bacısına, qardaşına, övladlarına ötürüb. Bu, genetik mirasdır.

- O zaman şairliyi də sizə miras qalıb...

- Haradasa 20 il əvvəl rusca şeirlər yazırdım. Özü də sırf şeir yazmaq xatirinə yox, iş masasında çalışdığım anda fikrimə misralar gəlirdi. Tez vərəqə köçürdürdüm. Bir qovluğum vardı, şeirlərimi içərsində saxlayırdım. Günlərin bir günü anladım ki, nə isə etməliyəm. Bir neçəsini anama göstərdim. Oxuyub soruşdu ki, bunları kim yazıb. Dedim, mən. Öncə inanmadı, sonra dedi ki, atana göstərməlisən. Zəng vurdum ki, ata sizə gəlirəm. Həyat yoldaşı Nüşabə xanımla atamın evinə çatanda, qovluğu ona uzatdım. Dedim, bax, mən şeir yazıram. Öncə oxu, bəyənməsən, heç nə demədən, qovluğu özümə qaytar.

- Sizə bildirəcəyi irada hazır deyildiniz?

- Düşünürdüm ki, ondan irad eşitsəm, kədərlənəcəm. Ona görə xahiş etdim ki, heç nə deməsin. Sakitcə gedib kresloda oturdu, siqaret yandırdı. Qovluğu açıb ilk şeiri oxumağa başladı. Biz də Nüşabə xanımla çay içirik. Bütün diqqətim atamın üzərindədir. Hətta ilk şeiri bir neçə dəfə oxudu. Sonra ikinci siqareti yandırıb, digərlərini oxudu. Sonra qovluğu bağlayıb öz otağına getdi. Nüşabə xanım və qızı Mirvari ilə söhbət edirik. Haradasa bir saat sonra atam otağından çıxıb yanımıza gəldi. Dedi, Amatya, sənə bir söz demək istyirəm. Cavan vaxtı yazdığım şeirləri oxumadığından əmin olmasaydım, düşünərdim ki, sən mənim şeirlərimi oğurlayıb ruscaya tərcümə etmisən. Amma sən onları heç yerdə görə bilməzdin. Dedim, indi bu, nə deməkdir? Dedi, gəl bu şeirləri çap etdirək. Yəqin ki, utandığımdan razı olmadım. Amma düşünürəm ki, o təklifi indi etsəydi, şübhəsiz razılaşardım. Yazmağa heç vaxt fasilə vermədim. Hətta bir ara sosial şəbəkələrdə çox fəal idim. Hamıdan gözəl fikirlər alırdım. Bir dəfə Günel Anarqızı mənə dedi ki, sən yazmalısan, ola bilər ki, ədəbiyyat sənsiz çox şey itirir. (gülür) Bilmirəm, bəlkə bir gün yazılarımı çap etdirməyə qərar verəcəyəm.



- Amatya - maraqlı təxəllüsünüz var.

- Tarixi daha da maraqlıdır. Anam hamilə olanda, atam qarışıq hamı elə bilib ki, oğlan doğulacaq. Bilirsiniz də, çox vaxt kişilər ilk övladlarının oğlan olacaqlarını gözləyirlər. Və mən doğuluram. Elə xəstəxanada həkim atama xəbər verir ki, qızı dünyaya gəlib. Atam da, təəccüblə sual verir ki, “a malçik?” yəni “bəs oğlan?”. O vaxtdan adım qalır, Amalçik, Amatya... Atam məni Amatya deyib çağırardı.

- Vaqif Səmədoğlu jurnalistlərin müsahibə istəyini heç vaxt geri çevirməzdi. Amma onların heç biri sizin onunla etdiyiniz müsahibə qədər doğma deyil.

- Atam artıq xəstə idi. Bir gün dedim ki, səninlə müsahibə etmək istəyirəm. Hətta buna müsahibə demək doğru olmaz, biz söhbət edirdik. Mən yazırdım, o danışırdı, yorulurdu, otaqdan çıxırdı, yenə yanıma qayıdırdı. Bir dəfə soruşdu ki:

- Doğulmağa başqa cür necə tərif verərsən?

- Anadan olmaq

- Bəs aborta?...

- Anadan ölmək.

(kövrəlir)

- Gəlin, bir az da yumorundan danışaq...

- Hərdən bir həftədən çox zəngləşmirdik. Telefonuma mesaj yazırdı. Salam, Amatya, necəsən? Mən də yaxşıyam. Xəbər etmək istəyirəm ki, artıq Jitomir şəhərindən dönmüşəm. Bakıdayam. Görüşə bilərik. Hər dəfə də şəhərlərin adı yenisi ilə əvəzlənirdi. Bir dəfə də “Disput.az” forumunda onunla bağlı “Zəmanəmizin liriki” adlı mövzu açılmışdı. İnsanlar atama suallar verirdi, o isə cavablayırdı. Çox maraqlı mövzulara toxunurdular. Mən də söhbəti izləyirdim. Atama sual yazdım. Sonda isə “N. V. Siz qızı” imzasını qoydum. O, da sualımı cavablandırıb sonda “sizi çox istəyən V. S. Siz papası” yazmışdı. Hətta mənim haqqımda rus dilində bu sözləri demişdi: “Bəli, mənim ən sevimli varlığım, qızım şeir yazır. Amma rus dilində yazır. Sovet vaxtı bu uca dildə yazmaq mümkün idi. Çünki sovet şairi deyilən anlayış vardı. İndi o yoxdur. Heç bilmirəm ona nə tövsiyə edim. Amma qızım çox istedadlıdır. Bəlkə nə vaxtsa, azərbaycanca yazmağa qərar verəcək. Axı bu dil onun qəlbində gizlənib. Baxmayın da, axı o mənim qızım, Səməd Vurğunun nəvəsi, Yusif Səmədoğlunun qardaşı qızıdır. Molla Pənah Vaqifsə onun ulu, ulu, ulu, ulu, ulu, ulu babasıdır”.

Bir hadisə də yadıma düşdü: Atam haqda film çəkilirmiş. Atam, nənəm və bibim Səməd Vurğunun ev muzeyində bir epizodda çəkilməli olurlar. Masa ətrafında otururlar. Ssenariyə görə çox şən əhvalda söhbət etməlidirlər. Sanki bir az da çəkiliş həyəcanı təsir edir, hər üçü ciddi görkəm alır. Rejissor motor deyir, atam ortamı yumşaltmaq üçün siqaret qutusunu çıxardıb anasına uzadır ki, Xavər (anasına adi ilə müraciət edərdi) çəkirsən? Nənəm də deyir, sən nə danışırsan? Beləcə gərginlik aradan qalxır, gülməyə başlayırlar.

- Atanız atasını necə xatırlayırdı?

- Çox tolerant insan kimi... Bir dəfə qızımla atamgilə getmişdik. Qızım da o vaxtlar davamlı bir mahnını dinləyirdi. Mən də atama şikayət etdim ki, artıq başım ağrıyır, eyni mahnıya nə qədər qulaq asmaq olar. Dedi, heç babana bənzəməmisən. O, çox tolerant insan idi. Yusiflə bütün gün caza qulaq asırdıq. O vaxtlarsa, caz qadağan olunmuşdu. Çünki yeni janr idi, çoxu anlamırdı. Amma o, heç vaxt övladlarının seçiminə müdaxilə etmədi demədi, caz yox, aşıq musiqisi dinləməlisən. Vaqif bəy bu tolerantlığı mənə də aşılayırdı.

Qızı Vaqif Səmədoğlunun GİZLİNLƏRİNİ AÇDI: Atam mənə az dəstək verdi, məhz bu səbəbdən...

- Nigar xanım, hər kəsi taleyi bir qələmdən yazılır. Vaqif bəy 3 dəfə evli olmuşdu. Necə düşünürsünüz, bir qadınla kişinin birgə yaşaması üçün rəsmi nikah vacib şərtdir?

- Qadınla kişinin bir kağıza imza atması sabah qarşı tərəfin digərini atıb getməyəcəyindən sığortalamır. Münasibətlərdə əsas olan məhəbbət və hörmətdir. Bu hisslərin vəhdəti ölənədək itmirsə, demək seçiminiz doğrudur. Çünki istənilən rəsmi sənəddən daha etibarlıdır. Sevgi insanları bir-birinə zəncirlərlə bağlayan möhür deyil. İmza isə yalnız sevdiyin şəxsin adı ola bilər. Anam atamın yaradıcılığını çox yüksək dəyərləndirir. Onlar ayrılandan sonra da bir-birinə qarşı dərin hörməti qoruyub saxlamışdılar. Günü bu gün də Vaqif Səmədoğlu haqda hazırlanan bütün verilişlərin ilk izləyicisi anam olur. Deyir, o, mənim üçün dünyanın ən istedadlı şairidir. Sualınıza gələndə isə, əlbəttə, düşünürəm ki, şair də, rəssam da, mühəndis də mütləq ailə qurmalıdırlar. Sadəcə yaradıcı insanların bizim dünya ilə yanaşı öz aləmləri var. Bunu qəbul etmək lazımdır.

- Vaqif Səmədoğlunun həyatındakı bütün qadınlar onu çox sevirdi.

- O, da qadınlarını çox sevirdi.

- Ananızla ayrılandan sonra heç görüşürdülər?

- Biz bir həyətdə yaşayırdıq. Bəlkə də təsadüfən görüşmüşdülər, amma ümumiyyətlə yox...

- Nigar xanım, söhbətinizdən də anladım ki, valideynləriniz, babanız çox humanist insan olublar. Bəs özünüzün düzgün övlad yetişdirməklə bağlı formulunuz varmı?

- 17 yaşlı bir qızım var. Tam əminliklə deyirəm ki, o mənim ən yaxın dostumdur. Mən də həmçinin, onun bütün addımlarından xəbərdaram, dəstəkləyirəm. Məktəb illərimizi xatırlayıram. Bütün səhvlərimizin baş rejissoru bizi “sevən” və sevməyən rəfiqələrimiz olurdu. Əmin olun, anadan, bacıdan yaxşı rəfiqə yoxdur. Hətta bu yaşda öz problemlərimi bacımla bölüşürəm. Danlasa da, bilirəm ki, canı yandığı üçün edir.

- Deyirlər, valideynlərimizi özümüz seçmirik. Gəlin, etiraf edək, atanızın hansı xüsusiyyətini dəyişdirmək istərdiniz?

- Qətiyyən istəməzdim. Valideynlərimin hər ikisindən kainat qədər razıyam. Amma bir məqam var. Onu sizinlə bölüşəcəyəm. Həmişə bir filmə baxanda, kişi obrazı görürdüm. Düşünürdüm ki, kaş ki, ona bənzər ya dayım, ya da oğlum olardı. Özümü kifayət qədər güclü və özünə yetən insan sayıram. Amma mən qadınam. İstənilən qadının ömrü boyu çiynini dayaya biləcəyi qəhrəmana ehtiyacı var. Düşünürəm ki, atam bu dəstəyi mənə gərəkdiyindən az verdi. Söhbətimizin əvvəlinə qayıdıram. Məhz bu səbəbdən onun otağında saatlarla vaxt keçirdib qoxusunu içimə çəkirdim. Ancaq o məqamda özümü şahzadə kimi hiss edirdim.

- Onun sevgisinə ac qaldınız?

- Doymadım...
OXŞAR MÖVZULAR
loading...