Impera

XƏBƏR LENTİ
22:11İcra başçısı avtobus dayanacağını satıb? - FOTO22:07Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi22:04Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO22:01“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”21:57Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı21:52Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı21:47“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR21:43“AXI SİZ KİMSİNİZ? BÜTÜN XƏSTƏXANALARDA PUL YIĞILIR!” – VİDEO18:45İstirahət gününün havası18:43Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO - VİDEO18:31İlham Əliyev İƏT-in Baş katibini qəbul edib13:08Hərbi maşın qəzaya uğradı-11 yaralı13:06Təhsil nazirindən yeni - TƏYİNAT13:05Türkiyədə də YAP yaradıldı10:51Azərbaycanda ölüm əməliyyatlarını gerçəkləşdirən Qoçqaninin diplomu və sertifikasiyası saxtalaşdırılır10:50Abutalıbovun Bakıdakı milyonluq mülkləri - bazar, çayxana, restoran... - SİYAHI10:39“Nazir deyib ki, hər adamı qəbuluma yazmayın...” - Qalmaqal10:30Azərbaycanda ölü biznesi, qəbirləri qazıb sümükləri çıxarırlar və... - VİDEO21:53Şamaxı rayon icra başçısı nazirin tapşırığını saymadı, vətəndaş aclıq aksiyasına başladı21:49İcra başçısı bütün tenderləri eyni adama verir - Səbəb?21:47“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV21:35Süpürgəçilər yüksək sürətli yolda qorxulu anlar yaşatdılar - VİDEO21:30“Baku Bus”ın avtobusunda tüstülənmə olub – VİDEO21:27Komitə sədri ilə nazir soydaşlarımızın probleminə biganə yanaşır21:25Əli Əhmədovun narazı olduğu bazar Abutalıbovundur21:22“Bu açıqlamadan sonra Səfər Mehdiyev istefaya göndəriliməli idi”21:20YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO21:14İstirahət günlərində hava necə olacaq?21:12Hava hücumundan müdafiə vasitələrinin döyüş atışları - VİDEO21:08Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO21:01Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlununda biznes şəbəkəsi var .... - FOTO20:52Kişiləri hovuzda oynadan aşıqdan AÇIQLAMA: "Bəyin özü də suya girdi" - VİDEO20:50Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı - VİDEO20:28Azərbaycanlı müğənni qəza törətdi, bacısı öldü - VİDEO20:21Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi - VİDEO20:19Cavid Qurbanov keçmiş AMİP-çi ailəsi ilə qohum oldu - FOTO20:10"Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?" - VİDEOMÜSAHİBƏ20:07Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"20:03İlham Əliyev Zelenskini təbrik etdi11:30Vilayət Eyvazovdan polislərə tapşırıq verdi: "Nəzakətli olmaq lazımdır" - VİDEO10:53Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi10:50Bakıda “Range Rover” parka belə girdi - VİDEO10:23Alı Alıyev sakinlərlə görüşdü - FOTO10:12Bir milyarda yaxın pul Azərbaycandan necə çıxarılıb?10:08Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:03“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi10:01Zaxarovadan "Ləzginka" rəqsi - VİDEO09:54BU NAZİRİN OĞULLARI DA ABŞ-a KÖÇDÜ… – “Bunlar Azərbaycanın gələcəyindən narahatdırlar?” - FOTO09:48Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? – VİDEO22:28"Bəs niyə həkimlər xəstədən rüşvət alır..."22:22“Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı”22:18Eldar Həsənovun Türkiyədə spirtli işki biznesi – Faktlar21:58Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi21:54Mingəçevirdə şəhid adına hörmətsizlik: - VİDEO21:50Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - VİDEO21:43Bakıda ana və övladı "KamAz"ın altında qalmaqdan BELƏ XİLAS OLDU - VİDEO21:38Dərnəgül bazarı yanır - VİDEO21:34Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ - VİDEO21:32Uşağını balkona zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR- VİDEO21:30Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO19:39“Zaur Ələkbərov cəmiyyətin gözünə “kül üfürmək” istəyir” - Murad HÜSEYNOV19:11Qarabağ əlilindən ŞOK İDDİA: Tərtər Mərkəzi Xəstəxananın müavini Mətanət Hüseynzadə məndən 3600 manat rüşvət alıb(Səs yazısı)12:51Bu yay neçə nəfəri gün vurub?12:40Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI - Sənan rəis Kənan Məmmədovla neçə ANLAŞDI12:26“İşsizin DOSTu” proqramı necə icra olunur11:51500 nəfər əlilə kiçik biznesini qurmaq imkanı yaradılır - FOTO11:38ƏBÜLFƏZ ELÇİBƏYSİZ 19 İL - ANIM10:16Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO10:11“Instagram”ın işində nasazlıq yaranıb10:08Bir evdən üç general... – Əli Nağıyev və qardaşları10:03Spiker körpəni əmziklə yedizdirdi - VİDEO10:01Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?09:58Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var?22:41Vilayət Eyvazovdan yeni təyinat22:38Xanhüseyn ƏLİYEV: "Gömrük Komitəsi qanunlara məhəl qoymur" - VİDEO22:36Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı20:15Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi20:11Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi - SİYAHI20:07Şəhid pilotun anım mərasimi keçirildi - FOTO - VİDEO19:59Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri...13:05Sabah hava necə olacaq?12:51İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış – onun çoxşaxəli biznesinin siyahısı yayıldı12:39Şokoladın içində narkotik keçirmək istədi - VİDEO12:14Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi12:11"Facebook"da yeni funksiya12:08Siraqəddin Cabbarov işini-gücünü buraxıb... -VİDEO11:44"Bizə gömrük işçiləri problemlər yaradırlar"11:03Azərbaycanda maye qaz bahalaşa bilər11:00Lənkəranda meşə belə yanır - VİDEO10:56Etibar Pirverdiyev işçilərin pulunu vermir10:42HACI QALİBİN SÖKDÜYÜ MÜLKLƏRƏ GÖRƏ DÖVLƏT QURUMLARI MƏHKƏMƏYƏ VERİLDİ10:35Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....10:25Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir10:22660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO10:19Dünya bazarından 4 dəfə bahalı biletlər09:10Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var13:18Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir12:56Ermənilər Şuşadan Azərbaycanı aşağılayan yeni görüntülər yaydı — VİDEO12:51Müğənni Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı - ayağını masaj etdi... VƏ NƏLƏR -ŞOK VİDEO12:20Əli Həsənov: Radikal müxalifət terror faktlarını dəstəkləməklə nə demək istəyir?
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rüfət Quliyev: Köhnə kişilərdənəm, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ

05 avq 2019, 18:04   
Rüfət Quliyev: Köhnə kişilərdənəm, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ

Milli Məclisin deputatı Rüfət Quliyevin Oxu.Az-a müsahibəsi:

- Rüfət müəllim, deputat həmkarlarınızın bəziləri xaricdə istirahət edirlər. Amma nədənsə sizi bu yay daha aktiv görürük, yəni mətbuata tez-tez açıqlamalar verirsiniz. Dincəlmək istəmirsiniz?

- Birincisi, işlərimi tam yekunlaşdırmamışam. Digər tərəfdən, düşünürəm ki, istirahətə avqustun axırı çıxım. Ona görə də hələ Bakıdayam. Bu, şəxsi işlərlə bağlıdır.

- Ölkə xaricində istirahət edəcəksiniz, yoxsa...

- Bu, vaxtdan və imkandan asılıdır. Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm.

- Xeyir iş nə ilə bağlıdır?

- Övladım evlənəcək.

- Məmurlardan, nazirlərdən də toya gələn olacaq?

- Bir oğlumun toyu olub. Mən toyları çox qapalı formada keçirirəm. Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.

- Səbəbini bilmək olarmı?

- Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir.

- Deyəsən, çox emosionalsınız.

- Bəli, düz fikirləşdiniz, emosionalam. Bilirsiniz ki, mən həm də müəlliməm. Adətən, müəllimlər emosional olur.

- Amma jurnalistlərlə davranışınızda emosionallıq hiss etməmişik.

- Həmişə jurnalistlərlə əlaqələr qurmağı və onların suallarına cavab verməyi özümə borc bilirəm. Hesab edirəm ki, elmlər doktoru, professor, üstəgəl deputat olan Rüfət Quliyev öz fikirlərini bölüşməlidir.

- Rüfət Quliyev obrazı seçicilərində hansı təəssürat yaradıb?

- Dünyanın bir çox ölkəsində olmuşam. Vətəndaşlar üçün ən rahat, yüksək səviyyədə olan ölkələrdə belə görmüşəm ki, insanlar nədənsə narazıdır. İstər deputatlardan, istər valilərdən, istərsə də məmurlardan narazı kəsimlər olur. Bəşəriyyət inkişaf edir, imkanlar və tələbat artır. Buna görə də insanlarda narazı qalmaq üçün bəhanələr yaranır.

Cəmiyyətdə normal bir fəlsəfədir ki, insanların arzu və istəkləri onların imkanlarını üstələyir. Bu, Yaponiyada da, Avropada da, Amerikada da var.

- Həmişə danışanda rus dilindən sitatlar gətirirsiniz. Rus dilini mükəmməl bilirsiniz, bu, öz yerində. Bəs öz dilimizdə düşünürsünüz, yoxsa rus dilində?

- İndi öz dilimizdə düşünürəm. Bunun da tarixçəsi var. Sovet dönəmində, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Bakıdan SSRİ-nin aparıcı ali məktəblərinə göndərilən gənclərin sayı ildən-ilə artırdı. Onlar hökumətin dəstəyi ilə orada ali təhsil alırdılar. Bu xoş hadisə mənim də başıma gəlib. 1982-ci ildə mindən yuxarı tələbə Azərbaycandan kənara oxumağa göndərildi. Azərbaycandan kənarda isə ümumi, ortaq dil rus dili idi. Mən də rus dilində təhsil aldım. 1986-cı ildə Azərbaycana qayıtdıqdan sonra isə daha çox Azərbaycan dilində mütaliə etdim. Azərbaycan Texniki Universitetində dərs deməyə başladım, auditoriyaya girdim. Azərbaycan dilini mükəmməl bilmək üçün öz üzərimdə işlədim. Deputat seçiləndən sonra da Azərbaycan dilinə daha çox fikir verməyə başladım.

Mən indi Azərbaycan dilində də mükəmməl danışa bilirəm. İngilis dilini də bilirəm. Amma ingilis dilində danışan zaman əvvəl cümlələri rus dilində düşünürəm, sonra onu ingilis dilinə çevirirəm.

- Bəzən də cəmiyyətdə deputatların Rusiya yönümlü olması fikirləri səsləndirilir...

- Nə demək istədiyinizi anladım. Mən onun tərəfdarıyam ki, Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bütün dövlətlərlə normal münasibət saxlamalıdır. Qeyd edim ki, cənab Prezidentimizin xarici siyasətinin ən uğurlu kursu ondan ibarətdir ki, bütün dövlətlərlə və ittifaqlarla normal münasibətlər qurulub. Heç nədən korluq çəkmirik. Biz Ermənistan kimi kimdənsə nəsə xahiş etmirik, dilənmirik. Şükür Allaha, pulumuz da var, imkanımız da.

Rusiyaya gəlincə, vurğulamaq lazımdır ki, biz 200 il Rusiyaya çox yaxın olmuşuq. Sovet İttifaqı vaxtında isə SSRİ-yə daxil olmayan ölkələrlə çox da əlaqə saxlaya bilməmişik.

Ana dilini bilmək mütləqdir, vacibdir. Ancaq rus dilini də, ingilis dilini də bilmək lazımdır. Azərbaycana isə ədəbiyyatlar əsasən rus dilindən gəlir. Yəni mənbələr rus dilindədir.

- Cəmiyyətdə deputatlar haqqında mənfi rəylər də mövcuddur. Bəziləri elə düşünür ki, deputat böyük bir məmurdur və hər şeyə səlahiyyəti çatır. Deputata aid olmayan məsələlərin həllini deputatdan gözləyirlər, nəticə olmadıqda isə deputatlara qarşı neqativ münasibət artır.

- Bir məsəl var: uman yerdən küsərlər. Amma deputatın bilavasitə borcu ondan ibarət deyil ki, stansiyalar, evlər tiksin. Deputatın bir nömrəli funksiyası odur ki, qanun layihəsi hazırlasın. Bununla belə, deputat əlçatan olmalıdır, seçicilər problemlərini ona deməlidir.

- Ancaq “uman yerdən küsərlər” prinsipi ilə deputatları təhqir də edirlər.

- Təhqir yolverilməzdir, amma tənqid etmək olar. Deputat da insandır. Biz ömürlük bu postda qalmayacağıq. Elə olur ki, insan bəzən öz deputatlıq fəaliyyətini dayandırmağı düşünür. Həm də düşünürəm ki, pensiyaya çıxanda da insanlarla yenə indiki kimi yaxın olum, çayxanalarda oturum, parklarda gəzim. Elə bir ölkə yoxdur ki, seçicilər deputatlardan tam razı qalsın.

Bazar iqtisadiyyatı şəraitində cəmiyyətdə gedən proseslər elə olur ki, insanların bir qismi narazı qalır.

Bəzən kimsə gəlib dərdini mənə danışır, mənim də gücüm o problemi həll etməyə çatmır. Dövlət də, deputat da hər adama əl uzada bilməz. Ancaq o, bunu başa düşmür, əsəbi danışır, bəzən etik çərçivələri də keçir. Mən isə çalışıram ki, təmkinlə yanaşım. Ən azından, məsləhət verirəm, yol göstərirəm. İnsanlar kimdənsə narazı qalanda gərək əvvəlcə düşünsünlər.

- Bu il, əsasən, kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı xeyli şikayət var. Deyilənlərlə razısınızmı?

- Qismən razıyam. Mövsümdə qiymətlər dəyişir, bütün valyutalar devalvasiyaya uğrayır. Belə bir məqamda isə Azərbaycanın baş bankiri Elman Rüstəmov manatın revalvasiyasından söz açdı. Bunun da öz səbəbləri var.

Ümumiyyətlə, inflyasiyaya uğramayan ölkə yoxdur. Hətta ABŞ valyutasının özü də ildə ən azı 2 faiz inflyasiyaya məruz qalır. Azərbaycan uzun müddət neftdən asılı olan ölkə idi. Son iki ildə isə qeyri-neft sektorunun inkişafı üçün mühüm işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı istiqamətində effektiv addımlar atılır.

Başqa bir səbəb də göstərim. Regionlarda müəyyən qisim insanlar öz həyatyanı sahələrində korporativlər yaradıb birgə iş görmək istəmirlər.

2008-ci ildə İrana getmişdim. Gördüm ki, orada bir kvadratmetr də boş torpaq yoxdur, hamı əkib-becərir. Düz Tehrana qədər eyni mənzərənin şahidi oldum, boş torpaq görmədim.

Bizdə isə indi vəziyyət fərqlidir. Yaxşı, başqa torpaqları əkməyin, bəs öz həyətinizdə niyə əkib-becərmirsiniz? İnsanlar göy-göyərtini, tərəvəzləri öz həyətlərində əksələr, il ərzində özlərini təmin edə bilərlər. Bu gün isə insanlar həyətyanı sahələrində iş görmürlər. Bəhanələri isə budur ki, su çatmır, qaz bahadır və sair. SSRİ zamanında dövlətin ətəyindən bərk yapışmışdıq. İndi isə bazar iqtisadiyyatıdır. Bu meydan, bu da şeytan. Dövlət hər cür şərait yaradıb. Amma məmur kəndlinin yerinə torpaqda işləməyəcək.

- İqtisadçılar şəxsi həyatlarında da bəzi məsələlərə iqtisadi yanaşırlar. Həm də pulu xərcləməyin qaydasını bilirlər. Siz də beləsiniz?

- Təəssüflər olsun ki, elə deyiləm. Mən “kefqom” adamam, məclisləri, insanlarla ünsiyyətdə olmağı xoşlayıram.

- Bəs evdə bədxərc olduğunuza görə sizə etirazlar olur?

- İnsan özünü cilovlamalıdır. Həmişə sakit insanlara həsəd aparıram. Harada ki, qərarı emosiya ilə vermişəm, orada uduzmuşam. Eləcə də xərcə aid emosional qərarlarımda.

- Təyyarə ilə səfərə gedərkən daha çox biznes-klassa üstünlük verirsiniz, yoxsa ekonom-klassa?

- Dövlətin xətti ilə gedərkən bizi biznes-klassla göndərirlər. Nəyə görə? Təsəvvür edin ki, xaricə gedirsiniz, sizi millət vəkilləri qarşılayır. Ona görə də fərqlənmək lazımdır. Bizim dövlətin kifayət qədər iqtisadi gücü var ki, deputatların səfərlərini biznes-klassla təşkil etsin. Ancaq özüm şəxsi səfərə gedəndə ekonom-klassa üstünlük verirəm.

- Bəs burada niyə bədxərcliyə yol vermirsiniz?

- Təyyarədə biznes-klass və ya ekonom-klassla uçmaq prestij söhbətidir. Bunların biletlərinin qiymətləri arasında 2-3 dəfə fərq var. Hesab edirəm ki, üç saatlıq uçuşa görə üç dəfə artıq pul vermək mənasızdır.

Bir neçə dəfə təyyarəyə minəndə görmüşəm ki, biznes-klassda uçanlar daha çox biznesi idarə edənlərdir. Onların yiyələri isə ekonom-klassla uçurlar. Baxmayaraq ki, onlar milyonçudurlar. Biznesi idarə edənlər isə ezamiyyətdə olduğuna görə biznes-klassda uçur.

- Yeyib-içməyi, məclisləri xoşlayırsınız. Bəs hansısa bir istedadınız varmı? Məsələn, musiqi alətlərində ifa kimi.

- Uşaqlıqda çox istəyirdim. Əfsuslar olsun ki, alınmayıb. Mən elmdə ən böyük zirvələrdən birinə qalxa bilmişəm, elmlər doktoru, professoram. Bununla da digər məsələləri bağladım. Gündə 100-150 səhifə kitab oxuyuram. Oxumasam, rahat olmuram. Kinoları, serialları da xoşlayıram, bundan həzz alıram. Aparıcı xarici universitetlər də məni mühazirə oxumağa dəvət edirlər.

- Evdə yemək bişirib, çay dəmləyirsiniz?

- Mən klassik azərbaycanlıyam və konservativəm. Ailədə vəzifə bölgüsü olur. Kişinin və qadının ayrı-ayrılıqda öz vəzifələri var. Ola bilsin ki, bu fikirlərim xanımların xoşuna gəlməsin. Ancaq səmimi danışacağam. Mən məsələlərə fərqli baxıram. Övladlarım isə fərqlidir.

Mən “dinozavr”am, köhnədən qalan kişilərin hamısı ailə məsələlərində mühafizəkardırlar.

- Cənub zonasındansınız. Bu bölgə mühafizəkar regiondur. Nə baş verdi ki, belə məclis adamı oldunuz?

- Hər bir insan individualdır. Deməzdim ki, spirtli içki qəbul etmək və siqaret çəkmək müsbət şeydir. Amma nə edək, insanıq. Hamımızın zəif cəhəti var. Hər şey də qaydasında və miqdarında olmalıdır.

Mən sovet mühitindən çıxmışam. Özü də görün, harada oxumuşam – Ukraynada. Dostlarımdan, tələbə yoldaşlarımdan din yoluna keçənlər də var.

- Avtomobilinizi özünüz idarə edirsiniz?

- Xeyr, sürücüm var.

- Özünüz niyə sürmürsünüz?

- Vaxtilə maşın həvəskarı olmuşam. Müəllim işləyəndə atam mənə maşın aldı. Amma gördüm ki, maşın sürmək narahatlıq yaradır. Avtomobil idarə etmək stressdir. Mən yolboyu telefonla danışıram, internetdə məlumatlara baxıram.

- Brend mallara üstünlük verirsiniz?

- Geyimlərdə hə, texnologiyada yox! İndi işlətdiyim telefon adi telefondur. Bir il bundan qabaq almışam. Ondan əvvəlki telefonu da beş il istifadə etmişdim. Amma maqnitofon, radio həvəskarıyam. Tələbəlik illərində isə paltar həvəskarı idim. O zaman adi bir cins şalvar, yapon saatı almaq dəb sayılırdı. Ailə qurandan sonra isə buna ehtiyac yoxdur. Artıq məni bəyənən bəyənib, ikinci kim bəyənəcək ki. (gülür)

- Bildiyimiz qədər oğlanlarınız Qətərdə qalır...

- Ailəmdən çox razıyam. 30 ildir ki, ailə qurmuşam. Bu günə qədər hansısa övladım problem yaratmayıb. Övladlarım nə siqaret çəkir, nə içki içir, nə də donuz əti yeyir. Belə atadan belə övladlar. (gülür) Mən mühafizəkaram, belə doğulmuşam və belə də öləcəyəm.

- Kənardan baxanda özünüzü bəyənirsiniz?

- Bəzən yox. Ən böyük problemlərdən biri odur ki, emosiyaya qapılıb axırda deyəcəyin sözü əvvəldə deyirsən. Bu hal məndə olur. Qüsursuz insan yoxdur.

- Restoranlarda sizi hesabda aldatmaq istəyiblər?

- Ataların bir sözü var, oğurluğun ömrü 40 gündür. Mən isə onu 40 dəqiqəyə üzə çıxarıram. Avam adam deyiləm. Birinci dəfə getdiyim yerdə yeməyi keyfiyyətsiz veriblərsə, ikinci dəfə ora getməyəcəyəm. Hesabda aldadanda da hiss edirəm, hissiyyatım güclüdür. Restoranın sahibini və ya da administratorunu çağırıram, onlara izah edirəm.

Hərdən mağazalara girirəm. Bir də görürsən ki, dükanda işləyən satıcılar özlərini çox sərbəst aparırlar, ucadan danışırlar. Dözmürəm, dərhal müdiriyyəti çağırtdırıram, etirazımı bildirirəm.

- Azərbaycan Texniki Universitetində kafedra müdirisiniz. Tələbələrdən razısınız?

- Oxuyan tələbə görəndə az qalıram ki, ürəyimi yarıb, həmin tələbəni ora qoyum. Dərsdə oturub telefonla oynayan, qeyd götürməyən, müəllimə qulaq asmayan tələbələrin axırı necə olacaq?

- Tələbələrinizdən belələri varmı?

- Əksəriyyəti elədir.

- Onlara hirslənmirsiniz?

- Hirslənmirəm. Amma məsələni başqa cür izah edirəm. Tələbələrimə rəvayətlər danışıram. İzah edirəm ki, elm var. Öz həyatımdan, necə oxumağımızdan söz açıram. Kim tələbə vaxtı oxumağa necə münasibət göstəribsə, həyatda da elədir.

Oxuyan adama bu cəmiyyətdə yer var. Yüksəlmək, karyera qurmaq isə fərasətdən də asılıdır. Ola bilər ki, kimsə zəif oxuyur, amma kommersant olur. Ancaq istənilən formada elm nömrə birdir. Daim oxumaq lazımdır.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...