Impera

XƏBƏR LENTİ
00:02YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? - VİDEO23:56Binə qəsəbəsində sakinlərin yolu qanunsuz olaraq bağlanıb10:48Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu10:33Vilayət Eyvazovdan növbəti - TƏYİNAT10:25Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR15:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT15:22Dünyada polis icazəsiz aksiya keçirənləri belə cəzalandırır - VİDEOLAR15:10“Silikon əməliyyatının səhəri komaya düşdüm” - Məşhur həkimdən daha bir şikayət15:02Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Ərdoğandan hesabat tələb edir14:59“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb14:57Səfir Azərbaycanla bağlı Ukrayna telekanalına nə danışıb? - VİDEO13:39SON DƏQİQƏ: Səhiyyə naziri istefaya göndərildi? - Oqtay Şirəliyev İŞ OTAĞINI BOŞALTDI13:24Duman olacaq, külək əsəcək13:18Adam öldürən futbolçumuz Araz Abdullayev yenidən avtoşluq etdi - VİDEO12:28“Bizi təxribata çəkirlər” - “Arzu” Ticarət Mərkəzinin rəhbəri - VİDEO12:25ABŞ-da yaşayış evi qanla doldu – VİDEO12:16Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO10:53SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq10:45Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı - VİDEO10:35Samir Şərifovun adamı "casus" peşində...10:32Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”09:42Mehriban Əliyevadan Müstəqillik Günü təbriki09:26İlham Əliyev Xalq artistinə ev verdi09:21Azərbaycan Müstəqillik Gününü qeyd edir01:43Əli Kərimlinin məqsədi AÇIQLANDI - Səs yazısı YAYILDI - VİDEO20:53Əflatun Amaşovdan sensasion ETİRAF20:49“ARAZ” SUPERMARKETDƏ SATILAN XURMADAN QURD ÇIXDI20:42Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? - SƏHİH DETALLAR20:34Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO20:29“ Reket jurnalistika ” nı maliyyələşdirən məmurlar kimlərdir? - SİYAHI20:26“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” - VİDEO20:18Adil Vəliyevdən kütləvi narazılıq I Vitse Prezidentin nəzarətində20:14“Sən üzünü çox yaxşı göstərdin” – VİDEO20:11Azərbaycanda polis yanan maşını belə söndürdü - VİDEO20:09KABİNETİNİ CADU ETDİRƏN KEÇMİŞ “AZƏRİŞIQ” SƏDRİNİN DAHA BİR “SİRLİ” ƏMƏLİ – VİDEO20:03Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar19:37Taleh Qaraşov bağçadan haqq alır - VİDEO19:29Biznesmen məktəb direktoru19:23Tanınmış gəncdən Prezidentə müraciət: “Sizin gənclərlə bağlı verdiyiniz qərarlar sabotaj olunur”19:20Politoloq: “Xalqı qorxu və gərginlik içində saxlayanlar ... indi çıxış yolları axtarırlar”19:14Vilayət Eyvazov generalı İŞDƏN ÇIXARDI - FOTO19:10Azərbaycanda vəzifəli şəxs həbs olundu (RƏSMİ)19:08İlham Əliyev: Sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına diqqət yetirilsin19:06SON DƏQİQƏ: şiddətli döyüşlər gedir, çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı19:04DİN və Baş Prokurorluq Əli Kərimliyə sərt xəbərdarlıq etdi14:51Hava buludlu olacaq14:47SOCAR yeni istiqrazlar buraxacaq14:46Şəkidə yük avtomobili piyadanı vurdu - VİDEO12:14Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur12:08İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü12:04Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH11:583 GÜN ƏRZİNDƏ, ÜZDƏKİ BÜTÜN NÖV LƏKƏLƏRİ APARAN ƏN UCUZ VƏ ASAN MASKA!11:55Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi11:21Bu ərazilərdə qaz təchizatı dayandırılır11:20Şabranda nə baş verir?11:17Lənkaranda Başçının Köməkçisi Mini Oliqarxa Çevrilib “Sitrus Bazar”In Özəlləşdirdi11:15Arzu Rəhimovun kadrının dəbdəbəli həyatı11:06AzTV-nin 2 milyonluq tenderi ləğv olunub?11:02Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – FOTO09:59“Hagibis” tufanından Yaponiyadakı azərbaycanlılardan xəsarət alan var? - VİDEO09:5713 saylı cəzaçəkmə müəssisəsində insanlıq dramı09:54Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” - FOTO21:08Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO21:04Prezident Mayıl Əhmədovu təltif etdi16:07Fuad Qəhrəmanlıya cinayət işi açıldı16:03İcra Hakimiyyətində yeni təyinatlar15:47"VAQİF ƏLİYEV VƏ QOHUMLARI" İŞİNDƏ ZƏRƏRÇƏKƏNLƏR PREZİDENTƏ VİDEOMÜRACİƏT EDİBLƏR15:44İnam Kərimov iki direktor təyin etdi15:41Hava yağmursuz olacaq11:36Vilayət Eyvazova ağır itki üz verdi11:26Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH11:16Vilayət Eyvazov daha iki rəis təyin etdi10:35Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:33Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı - Arvadının porno şəkillərini...10:29Bakıda oteldə dəhşət: 200 manat verdiyi qadın intim əlaqədən imtina etdi, sonra… – VİDEO02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Vətənimizə qəbiristanlıq kimi baxırıq, qul kimi yaşayırıq” – Zahir Əzəmətlə ŞOK MÜSAHİBƏ

07 okt 2019, 10:07   
“Vətənimizə qəbiristanlıq kimi baxırıq, qul kimi yaşayırıq” – Zahir Əzəmətlə ŞOK MÜSAHİBƏ

“Aylıq 40-50 min manat ayrılan saytlar var və onlar bizim 3 minlik büdcəylə etdiyimizi edə bilmir”

“Vətən də bizi sevməlidir, birtərəfli sevgi olmur…”

Şair, jurnalist Zahir Əzəmətin BakuPost-a müsahibəsi:

– Zahir bəy, özünüz yaxşısız, şükür, saytlarınızın vəziyyəti necədir, kef-halları yaxşıdırmı?

– Zahirən çox yaxşıdır, girişləri çoxdur, ölkənin aparıcı media qurumlarıdır, fasiləsiz çalışırlar. Amma daxilən vəziyyət başqadır, ölkənin bütün media qruplarından fərqli olaraq biz, daxili imkanlarla öz ayaqlarımız üzərində dayanırıq. Daxili imkan deyəndə, büdcəmiz reklam, biznes layihələrimiz hesabına formalaşır. Mənim bir çox biznes startaplarım var. Məsələn, Azərbaycan internet məkanında rəqəmsal reklam platdorması olan Adsgarden.com-un əsas ortaqlarından biriyəm, əksər saytlar reklamı bizim platforma üzərindən alır. Başqa layihələrimiz də var. Kiçik kollektivlə çalışırıq.

– Gələndə yan otaqdan sizi soruşdum, otaqda bütün işçilər qız idi. Oğlanlarla işləmirsiz?

– Növbəti otağa keçsəydiniz hamısı oğlanlar idi. Müxbirlərimiz daha çox qızlardır. Bu, bilərəkdən olmayıb. İdman saytlarımızın işçiləri isə əksərən oğlanlardır. Saytların yığılması, dizayn edilməsini işlərini görən digər startapın işçiləri də oğlanlardır. Bizim maddi imkanlarımız elə də çox olmadığına görə yüksək maaşlar verə bilmirik. Gəncləri işə götürüb özlərini jurnalistikada tapmağa kömək edirik. Ölkə mediasının əksəriyyətində bizim saytlarda təcrübə qazanmış insanlar çalışır. Onlarla dostluq münasibətlərimiz var. Harda çalışmaqlarından asılı olmayaraq, şad günlərini, ad günlərini keçirmək üçün bura gəlirlər. Biz bir ailəyik.

– Mətbuat bazarına tez-tez yeniliklər təklif edirsiniz, amma o yeniliklər sizin saytlarda öz əksini tapmır.

– Söhbət hansı təklifdən gedir, bilmirəm. Bəzi texnoloji yeniliklər edirik, saytlarımızda da müəyyən qaydaları gözləməyə çalışırıq. Məsələn, biz illərdir intihar, zorlanma, sıradan kriminal xəbərləri vermirik. Yəni böyük oxucu auditoriyamızı “çox oxunan xəbərlər”siz formalaşdırmışıq. Bunun özü də böyük işdir. Kimsə soyundusa onu niyə sayta verək? Cəmiyyətin başını qarışdırmağa hesablanmış xəbərlərdən uzağıq. Öz media siyasətimizi özümüz təyin edirik deyə sifarişlərlə çalışmırıq. Yəni cəmiyyətə faydalı olmayacaq bir şeydə iştirak etməməyə çalışırıq. Deyirlər ki, filan xəbərlər olmasa oxunma az olur. Amma biz sübut etdik ki, o xəbərləri vermədən də ölkənin ən çox oxunan saytlarından biri olmaq olar. Təbii ki, ifadə azadlığı ilə bağlı ölkədəki durumu da nəzərə alırıq. Media minalanmış sahəyə bənzəyir, orada gözübağlı gəzmək olmaz.
– Yəni, siyasətə qarışmırsız?

– Mən müxalifət əleyhinə kampaniyalar aparmıram, amma onların təbliği ilə də məşğul deyiləm. Media tərəfsiz olmalıdır. Biz siyasətçi deyilik..

- Camaat bir saytı ayaqda saxlaya bilmir, siz deyirsiniz ki, reklamla, internet biznesi ilə on saytı, bu qədər işçini saxlayıram.

– Siz bir adam göstərə bilərsiniz ki, filan saytda üç-beş il ardıcıl işləsin və gündə 20 saat çalışsın? Bizim bayaq dediyim reklam platforması nəinki bizə, ölkənin 200 saytına aylıq pul ödəyir. Dostlarla 6 il gecə-gündüz çalışıb bunu yaratdıq. Uşaqlarımın necə böyüdüyündən belə xəbər tutmadım. Mən qarışqa kimi çalışan adamam, restoran, kitabxana da işlətmişəm. Küçədə qəzet satdığım illər də olub. Mən problemlərdən qorxmayan, depressiyadan uzaq adamam. Təbii ki, əməkdaşlıq etdiyimiz şirkətlər, reklam aldığımız, tərəfdaşlıq etdiyimiz qurumlar var. Amma heç kim deyə bilməz ki, bizə kimsə sponsorluq edir. Demirəm ki, peyğəmbər övladıyam, mənim də çoxlu səhvlərim var.

.- Bir ara saytı təhvil verib getmişdiz. Sonra nə oldu ki, qayıtdınız?

– Onda təzyiqlər var idi. Saytı başqasına verdim. Üç illik icarəyə verdik. Qıraqdan çox rahat görünür. Amma çox çətindir. Bir sayta, nə qədər sıxsan da, aylıq 5-10 min arası pul tələb olunur. Aylıq 40-50 min manat ayrılan saytlar var və onlar bizim 3 minlik büdcəylə etdiyimizi edə bilmirlər. Biz iynəylə dağı tərpədirik. Bəlkə də ölkənin ən böyük media qrupuyuq, amma indiyə qədər bunu dilə gətirmədik, başımızı aşağı salıb işimizi gördük..

- Sayt yaradıb müəyyən qədər fəaliyyət də edib sonra satırsınız. Bunu elan kimi də yazmışdız. Adama elə gəlir ki, domen monopoliyasına siz baxırsız.

– Mənim beş-altı dömenim var. Domen almaq elə çətin iş də deyil. Kim istəsə ala bilər. Mən proqramçı deyiləm, menecerəm. İşi idarə edirəm. Artıq iyirmi ildir ki, bu işin içindəyəm. Ölkədə ilk sayt açanlardan biriyəm. Kifayət qədər təcrübəm var. Dostlar, tanışlar sayt açmaq istəyəndə mənimlə məsləhətləşir. O qədər soruşdular, məsləhət aldılar, axırda fikirləşdim ki, bunu biznesə çevirim. Həm də bu 15 il ərzində iki dəfə domen satmışam, sayt yox. Mənim fəaliyyət sahəm çoxdur. Arı kimi min dənə çiçəyə qonmaq məcburiyyətindəyik ki, həm işimiz axsamasın, həm də evimizə bir tikə çörək aparaq.

.- Son vaxtlar ölkədə açılan saytlara baxırsan ki, biraz fəaliyyət edən kimi kiminsə, nəyinsə əhatəsinə daxil olurlar, təsirinə düşürlər. Sizin qapınızı döyən olmayıb?

– Bu mənada bizim qapımız döyülməyib. Çünki mənim keçmişim var, tanıyırlar, bilirlər. Axı biz “baş üstə” janrında çalışan adamlar deyilik. Bizi bizdən yaxşı tanıyırlar. Mənə gəlib deyə bilməzsən ki, gözünü yum filankəsi vur. Burda da açıq deyirəm ki, mən bunu eləmərəm. Kimisə tənqid ediriksə, öz fikrimizdir.

- Bu yaxında elanınızı oxudum, 700 manat maaşla iqtisadi jurnalist axtarırdız, tapa bildiz?

– Bizdə iqtisadi jurnalist qıtlığı var. Mən imkanlarımdan iki qat artığını da yazdım, amma tapa bilmədim. Çünki onlar daha çox maaş istəyirlər və haqlıdılar da. Soruşa bilərsiz işçilərimdən, bizdə ən çox maaş 400 manatdır. Amma yüksək maaş da təklif etdim, tapa bilmədim iqtisadi jurnalist. Peşəkar iqtisadi jurnalist haqlı olaraq hesab edir ki, maaş azdır. Biz daha çox təcrübəsiz jurnalistləri işə götürürük. İşləyib təcrübə yığırlar və iki qat artıq maaşla başqa saytlara gedirlər. Məsələn, rəhmətlik Mövlud bizdə işlədi, yaxşı müsahibələr etdi, sonra gəldi dedi ki, filan yerdən yüksək maaşla dəvət edirlər, nə edim? Təbii ki, mən də gedib işləməsini tövsiyə etdim. Bizdə təcrübə yığan jurnalistlərə hər yerdə qapılar açıq olur.

– Siz həm də ədəbiyyat adamısız, şeirlərinizi oxumuşam. Yaradıcılıq nə yerdədir? Şeir yazırsız?

– Bəli, ədəbiyyat adamı idim. Xeyli uzaqlaşmışam. Yaradıcılıqla məşğul ola bilmirəm. Şeir halı bir başqa haldır. Bu qədər pul, qayğı düşünən adam yaradıcılığı necə düşünsün? Şairlik halı bir az da məsuliyyətlərdən uzaq olmaqdır. Bu qədər məsuliyyətin altında sən şeir yaza bilməzsən. Yəni bu Zahir Əzəmət o Zahir Əzəmət deyil, tamam başqa adamdır, menecerdir, qafam hazırda riyaziyyatla çalışır. Burada şeirə yer yoxdur.

- Şair Zahir Əzəmət olmaq istəyirsiz, yoxsa biznesmen Zahir Əzəmət? Hansı sizə daha rahatdır?

– Biznesmen deməzdim. Mənim borclarımı bilsən dəhşətə gələrsən. Bu, bir dəstəksiz adamın həyat uğrunda savaşı, mübarizəsidir. Kreditlərimi hesablasan bu dəqiqə 100 minə yaxın borcum var. Bu şəhərdə biznes qura bilərsən sən? Yalnız qarnını doyura bilərsən, vəssalam. Hə, qazanıram, ancaq strukturu saxlamağa yetir. İndi yay aylarıdır, idman saytlarımızın büdcəsi sıfıra düşdü. Reklamlar dayandı. Bir də gələn mövsüm başlayacaq. 4-5 ay ziyanla çalışacayıq. İşçini çıxardım ki, get üç aydan sonra gəl? Üç ayı öz cibindən verməlisən. Cibində ki, boşdur. Onda başlayırsan bankların, dostların qapısını döyməyə. Normal ölkədə bu işləri görsəydim çoxdan milyonçu idim.
“Vətənimizə qəbiristanlıq kimi baxırıq, qul kimi yaşayırıq” – Zahir Əzəmətlə ŞOK MÜSAHİBƏ

– Bir sayt açdız, bir az fəaliyyət göstərəndən sonra 10 min manata satdınız. Bu, biznes deyilmi?

– Kult.az-ı deyirsiniz. Saytı yox, domeni o vaxtın pulu ilə 8 min manata satmışam. O pulla da özümə torpaq aldım. Baxdım ki, yaş gedir, kirayədə yaşayıram, heç nəyim yoxdur, getdim torpaq aldım. Saytın özü isə başqa domenlə – Yarpaq.az adı ilə işini davam etdirir.

- Bu qədər fəaliyyətinizdə ana məqsədiniz nədir? Pul qazanmaq?

– Əvvəl idealist, romantik idim. İndi sifətimizi qorumaqla ayaqda qalmaq savaşındayıq. Ali bir məqsədim yoxdur. Evimdə iki uşaq böyüyür, bunun məktəb, paltar xərcləri var, ev xərcləri öz yerində. O vaxt biz ölkə səviyyəsində işlər görəcəyimizi düşünürdük. Çox şeyə inanırdıq. Ümidli idik. İndi o ümidlərdən əsər-əlamət qalmayıb. Adi dincəlməyə vaxt tapmırıq. Bir qapı açılsa çıxıb gedərəm.

– Yəni vətənə sizi heç nə bağlamır?

– Bu ölkədə bizim də bir şeyimiz olsun ki, ona bağlanaq, onu qoruyaq. Nəyi qoruyacam? Mən nə üçünsə savaşmalıyam. Vətən evimin içindən başlayır. Mən nə qurmuşamsa virtualdır, dünyanın hər yerində mənimdir. Vətən kimindirsə, qoy onlar qorusun. Bir az hirsli deyirəm bunları, əslində vətəni hamısından çox sevirəm. Gərəkərsə canımızı da verərik. Bu ayrı məsələdir. Bunu bilərəkdən deyirəm, qoy mediada da getsin ki, vətənin vətən olması üçün toxuna biləcəyimiz real nəsə olmalıdır onun üzərində. Sabah Şuşanı alacayıq, inşallah, orada otellər, restoranlar olacaq.

Biz gedib orda bir çay içməkçün Qəbələdəki kimi 300 manat verəcəyik? Vətən hamı üçün olmalıdır. Vətən də bizi sevməlidir, birtərəfli sevgi olmur. Biz həmişə ölməyə vətən yaxşı deyirik. Heç kim durub demir ki, yaşamağa vətən yaxşıdır. Biz vətənimizə qəbiristanlıq kimi baxırıq. Həmişə qul kimi yaşamışıq. Mən 35 yaşımda evlənmişəm. Ədəbiyyat saytı işlədirdim, əlimə pul düşəndə o sayta qoyurdum. Cibimdən pul verib romanlar tərcümə elətdirirdim. Romantik düşüncələrə qərq olmuşdum. Artıq maarifçilik söhbətlərinə inanmıram.
“Vətənimizə qəbiristanlıq kimi baxırıq, qul kimi yaşayırıq” – Zahir Əzəmətlə ŞOK MÜSAHİBƏ

– Hazırda şair kimi danışırsınız, yoxsa jurnalist kimi?

– Şair danışmır, yazır. Jurnalist kimi də yox. Bir vətəndaş kimi danışıram. Şair fikir adamı deyil. Ondan filosof düzəltmək düzgün olmaz. Artıq bu qədər yol gəlmişik və məcburuq ki, davam etdirək. Mən bu qərara gəlmişəm ki, toplumu dəyişə bilmirsənsə, yanındakı üç nəfəri dəyiş, onları da dəyişə bilmirsənsə, heç olmasa, özünü dəyiş. Bizdə kollektiv ruhu, xor ruhu yoxdur. Oturub televiziyada xalqa müraciət edəcəm və xalq dəyişəcək? Belə şey yoxdur. Amma yanındakı bir nəfəri dəyişə, düzgün formalaşmasına dəstək ola bilərsən.

- Dünya təcrübəsindən görünür ki, bir adam bütün cəmiyyəti dəyişə bilir. Buna da maarifçilik deyilir. Siz də maarifçiliyi rədd edirsiniz. Bu, nə dərəcədə doğrudur?

– Dünya təcrübəsini boş ver, gəl bizim təcrübəyə baxaq. Biz öz qoca Şərqimizin bir parçasıyıq. İndi İranda hicri təqvimi ilə neçənci ildirsə, bizdə həmin ildir. Yəni biz Avropadan 7-8 əsr geridəyik. Noolsun ki, miladi təqvim işlədirik. Təyyarələr əslində elə zaman maşınlarıdır. Burda minib gedib 7 əsr o yanda düşürsən. Hər toplum nəyə layiqdirsə, onu yaşayır. Mən demirəm, bunu dəyişməyə çalışmayaq.

Çalışaq, amma öncə düzgün startegiyamız olmalıdır. Burdakı coğrafiyanı, mentaliteti, xalqın xarakterini nəzərə alan strategiya. Sadəcə mən artıq topdan düşüncəyə, topdan yanaşmaya, cəmiyyətin topdan dəyişəcəyinə daha inanmıram. Tək-tək dəyişə bilərik. Toplumları formalaşdıran böyük hadisələr olmalıdır. Biz o yanda torpaq itiririk, gəlib bu yanda şadlıq sarayı açıb o torpağın adını qoyuruq. Hələ böyük yol keçməliyik.

– İçinizdə bir narahatçılıq var. Adamlar bir sayt açıb xoşbəxt olurlar. Sizin bu qədər saytınız var, amma xoşbəxt ola bilmirsiz…

– Bir dəfə rəhmətlik Habil Əliyev televiziyada çıxış edirdi. Onda “Şöhrət” ordeni almışdı. Jurnalist sual verdi ki, Habil müəllim, bütün titulları almısınız, yeganə sənətkarsınız ki, sağlığınızda adınıza musiqi məktəbi də verilib, yəqin xoşbəxtsiz. Habil müəllim cavab vermədi. Təkrar-təkrar soruşdu. Axırda cavab verdi ki, mənim qonşum acdırsa, mən necə xoşbəxt ola bilərəm? Biz həssas adamlarıq, robot deyilik. Mən evimə ət alanda görürəmsə bir yaşlı adam dükandan sümük alır, o əti aparıb necə yeyim? Necə xoşbəxt olum?

Evinə aylıq 300 manat gələn ailə başçısı 7 nəfərlik bir ailəni necə saxlasın? Mən uşaqlarımın gələcəyindən narahatam, bütün uşaqlar üçün narahatam, on il sonra onlar hansı cəmiyyətdə yaşayacaqlar? Ona görə də deyirəm ki, sabah şansım yaransa, bu ölkədən çıxıb gedərəm. Nə şair, nə jurnalist? Mənim ilk vəzifəm atalıqdır. Birinci o vəzifəni yerinə yetirməliyəm.

Öz balasını qoruya bilməyən adam cəmiyyəti də qoruya bilməz. Biz cəmiyyət olaraq dəyişməliyik. Oxumalıyıq, maariflənməliyik, haqqımızı bilməliyik. Bizdə ikini ikiyə vuranda dörddən başqa hər şey edir. Çalışmalıyıq ki, dörd etsin.

(Bia.az)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...