Impera

XƏBƏR LENTİ
20:55Həbs edilən sabiq icra başçısı rayonu belə talayıb - VİDEO20:47Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ20:43Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM20:40Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN20:02Səudiyyə Ərəbistanı Krallığı koronavirusa yoluxma halı qeydə almayıb - Səfir12:29İlham Əliyev Ərdoğana başsağlığı verdi12:00Çin Pakistana çəyirtkə yeyən 100 min ördək göndərəcək - VİDEO11:56Bəşər Əsəd qüvvələri Türkiyə ordusuna belə atəş açıb - VİDEO11:50Ölkəboyu koronavirus mərəkəsi: Şirəliyev və nazirlik mürgüləyir…11:45Peşə liseyinin keçmiş direktoru haqda ŞOK İTTİHAMLAR - VİDEO11:27Lənkəranda rüşvəti artıq qaranlıq otaqlarda alırlar...11:15Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə11:13Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA11:08Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT11:05SOCAR: “Qaz anbarlarının saxlama imkanları hasilat artdıqca genişləndiriləcək”11:02İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında10:17İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında - FOTO09:48Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il09:42Artur Rasi-zadə: “İnkişafdan səhərə kimi danışa bilərəm”20:20Prezidentdən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı FƏRMAN20:15Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO15:34İlham Əliyev Artur Rasi-zadəni qəbul etdi15:32Türkiyədən Naxçıvana uçuşlar dayandırıldı15:21Havanın temperaturu 19 dərəcəyə yüksələcək15:13Yol polislərindən piyadalara ÇAĞIRIŞ - VİDEO15:08Kəmaləddin Heydərov deputatın oğlunu işdən çıxardı - FOTO14:56Polis 6 yaşlı məktəblini saxladı - VİDEO14:47Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - VİDEO14:43Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır14:39Belarus açıqladı: “Azərbaycandan neft nəqlinə hazırıq”14:37Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir?-Əhmədzadənin kürəkəni, obyektlər kralı və …14:33"MASKALI MƏMURLAR”ın İRANLA SƏRHƏDƏ TƏLƏSİK SƏFƏRİNİN PƏRDƏARXASI - Prezident kimləri danlayıb?14:30"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi”14:17İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı14:14İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM14:12Prezident Kəmaləddin Heydərovu bu komissiyanın tərkibinə daxil etdi12:37Vilayət Eyvazov qəbul keçirəcək - Vətəndaşların NƏZƏRİNƏ12:10Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... - Əgər bu faktlar araşdırılarsa...12:04Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAM11:53Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”11:50Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda koronavirus yoxdur ancaq…11:33İlham Əliyev görüş keçirdi - FOTO11:29“Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO11:25Tanınmış həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA - VİDEO11:21Koronoviruslu adam sərhəddi necə keçdi? –SƏHİYYƏ VƏ GÖMRÜK RƏHBƏRLİYİ İSTEFA VERMƏLİDİR10:15Oqtay Şirəliyev islahatları qəbul etmir - Onkoloji xəstələr Prezidentə müraciət hazırlayır10:07KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...09:56Mehriban Əliyevadan keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan qadına DƏSTƏK14:34Sabaha olan hava proqnozu açıqlandı14:26Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO14:22QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR - VİDEO14:14Leyla Əliyevanın Xocalıdan bəhs edən filmi İsveçin İctimai Televiziyasında - VİDEO14:08İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edərkən Ayaz Mütəllibovla görüşdü13:49Abşeronda sahibkar təhdid olunur – VİDEO13:43Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub - Yaşlı ananın prezidentə MÜRACİƏTİ12:44Vilayət Eyvazovdan YENİ TƏYİNAT12:40Zakir Qaralovdan daha bir yüksək vəzifəyə TƏYİNAT12:36İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etdi12:34Xocalı soyqırımı Füzulidə silsilə anım tədbirləri ilə qeyd olunur - Fotolar12:27İlham Əliyev Ərdoğana zəng etdi11:55Pambıq zavodu prorablığından BDYP-ya geden yol - Nömrə baronu Bahəddin Leysanov kimdir? - VİDEO11:22Türkiyə səfiri: “Xocalı soyqırımı XX əsrin ən ağır hadisələrindən biridir”11:19TOVUZDA “APTEK SAHIB” HƏR KƏSƏ “BARMAQ SILKƏLƏYIR”-ŞOK FAKTLAR10:17Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO10:15SOCAR Ukraynada Xocalı soyqırımına dair məlumatlandırma aksiyası keçirir09:53İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib09:48İlham Əliyevdən Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO09:37Oqtay Şirəliyev maska çatışmazlığına görə İqtisadiyyat Nazirliyini ittiham etdi09:25Xocalı soyqırımından 28 il ötür20:34Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində olub - FOTO14:32Xaçmazda RƏZALƏT - hündümərtəbəli binanın damı örtüyü uçdu12:57"Kirayədə yaşayıram" deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti - VİDEO12:53Arif Alışanov yenə sifariş verə biləcəkmi?12:50Bakıda uşaq bağçası YANDI - VİDEO12:41"Aqrolizinq” heç indi də işinin öhdəsindən gələ bilmir...12:35DTX-nın sorğuladığı xanım müavin vəzifəsindən AZAD OLUNDU12:32Tərtərin icra başçısı ondan torpaq istəyən qaziyə hörmətsizlik edib - İTTİHAM12:2826 Fevralın hava proqnozu12:23Bu ərazidə işıq olmayacaq12:19Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL12:13Ərdoğanın Bakı səfərinin təfərrüatı: Doqquz müqavilə imzalanacaq12:10“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”09:03Tibbi maska almaq üçün ucu-bucağı görünməyən növbə... - VİDEO08:49Azərbaycanda sünnət zamanı uşağın cinsiyyət orqanı kəsilib - VİDEO08:45İrandan Azərbaycana məhsul idxalı dayandırılır - VİDEO08:33Bu gün ilk çərşənbədir08:31Kağız vermədən pensiya aldılar08:26Ərdoğan bu gün Bakıya gəlir16:59"Kalima" İspaniyada uçuşların dayanmasına səbəb oldu - VİDEO16:51Sabah hava yağmursuz olacaq16:40Səudiyyə Ərəbistanı Azərbaycana növbəti qurban yardımı göndərib - 5000 qoyun cəmdəyi - Məcburi köçkünlərə paylanılıb - FOTO16:32Əsgərimiz şəhid oldu - VİDEO16:01Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO15:55Vilayət Eyvazovdan yeni TƏYİNAT15:51Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - VİDEO15:43Azərbaycanın dini icmaları dünya ictimaiyyətinə müraciət etdi: “Xocalı cinayətini soyqırımı kimi tanıyın”15:40Vasif Talıbov yenidən Ali Məclisin sədri seçildi15:31Prezident Ponomaryovu təltif etdi15:24İlham Əliyev bu komissiyanın yeni tərkibini təsdiq etdi15:19Prezident ona orden verdi - SƏRƏNCAM
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Prezident yeni təyin olunan komitə sədrini qəbul etdi

08 yan 2020, 20:24   
Prezident yeni təyin olunan komitə sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Mən sizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edirəm. Siz hazırda sədrin birinci müavini vəzifəsində çalışırsınız. Bu, sizə göstərilən böyük etimad və sizin üçün böyük məsuliyyətdir. Çünki mənim tapşırığımla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndirilib. Hazırda bu Komitənin şəhərsalma və memarlıq prinsiplərini müasir əsaslarla təşkil etmək üçün xüsusi rolu və əhəmiyyəti vardır.
Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, sənayenin genişmiqyaslı inkişafı şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsir göstərmişdir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi.
Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır.
Biz, ilk növbədə, Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi məsələsinə diqqət yetirdik. Vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Orada idman şəhərciyi, o cümlədən Su İdmanı Sarayı, digər idman və istirahət infrastrukturu yaradılıbdır.
Balaxanı zibilxanası digər tərəfdən şəhərimizin havasını çirkləndirirdi. Onilliklər ərzində biz bu acı reallıqla üz-üzə qalmışdıq. Orada yandırılan zibilin tüstüsü bütün şəhərimizin səmasını zəhər kimi bürüyürdü. Biz oranı da təmizlədik, müasir zibilyandırma zavodu, poliqon tikilibdir. Çoxdandır ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi təşkil edilib və artıq bu zona ekoloji təmiz zonaya çevrilib.
O əraziyə bitişik olan Böyükşor gölünün təmizlənməsi layihəsi də çox böyük əhəmiyyət daşıyır. Ora da vaxtilə ekoloji fəlakət zonası idi. Çünki sovet vaxtında oraya həm kanalizasiya, həm də lay suları axıdılırdı, eyni zamanda, oradan açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Böyükşor gölünün birinci hissəsinin təmizlənməsi hesab edirəm ki, şəhər üçün tarixi hadisədir. Hazırda orada bir kilometr uzunluğunda bulvar salınıb və gölə quşlar da qonurlar. Bu da onu göstərir ki, təmizlik tam təmin edilibdir.
Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.
“Sovetski” adlandırılan ərazidə yaşayış çox ağır idi. Yəni, bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. Yolların eni 2-3 metr idi. Biz böyük işlər görərək oradan da vətəndaşları kompensasiya əsasında köçürdük. Bəzilərinə yeni evlər verildi, bəzilərinə pul təminatı.
İndi orada fəaliyyət göstərən Mərkəzi Park dünya miqyasında ən gözəl parklardan biridir. Bütün bunlar görülən işlərin bir hissəsini təşkil edir. Bütün işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir. İndi Bakı bulvarı 15 kilometr uzunluğunda gözəl bir milli parkdır.
Vaxtilə uzunluğu cəmi 3 kilometr idi. Orada yerləşən sıradan çıxmış və yarıdağılmış tikililər söküldü, insanlar üçün şərait yaradıldı. Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır.
Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır.
Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir.
Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz.
Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq.
Əlbəttə, digər böyük şəhərlərimizdə də buna oxşar proseslər getməlidir, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin və digər şəhərlərimizin Baş Planı tərtib edilməlidir. Çünki əhalimiz artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır. Ona görə növbəti illərdə çox düşünülmüş addımlar atılmalıdır. Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır.
Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir - həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə.
Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq. Artımın da əsas səbəbi iqtisadi inkişafdır. İqtisadi inkişaf olmayan yerlərdə nadir hallarda əhali artır. Amma bizim iqtisadi inkişafımız bundan sonra da dayanıqlı olacaq. Ona görə bütün bu işlər bəri başdan hesablanmalıdır.
Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir. Yenə də keçmişdə “Sovetski” adlandırılan əraziyə qayıdıram, orada küçələrin eni iki metrdən çox deyildi. İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil.
İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır.
Bir daha demək istəyirəm ki, Bakı şəhəri bizim milli sərvətimizdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunun iki səbəbi var. Birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi. Bu abidələr əsrlərboyu mövcud idi. Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi.
Qapqara qaralmış, yarıdağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb.
Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.
Bəzi tarixi şəhərlərdə müasir binalar o şəhərlərin simasını korlayır, tarixlə tamamilə uzlaşmır. Amma bizim müasir binalarımız elə gözəl memarlıq üslubunda və elə yerlərdə inşa edilib ki, tarixlə uzlaşır. Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Yenə də deyirəm, bu, nadir bir mənzərədir. Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.
Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib.
Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır.
Bir daha demək istəyirəm ki, Komitənin funksiyaları genişlənir. Mən Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin bu vəzifəyə təyin olunmağınızda bu amil əsas rol oynayır. Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır”.

Anar Quliyev bildirib:

“Möhtərəm cənab Prezident, ilk növbədə, göstərdiyiniz bu yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. Sizin bu qərarınızı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivinin hər bir üzvünün ötən müddət ərzində əməyinə verdiyiniz yüksək qiymət kimi qəbul edirəm. Mənim üçün isə bu, olduqca böyük şərəf və eyni zamanda, daha da böyük məsuliyyətdir.
Sizi əmin edirəm ki, göstərdiyiniz etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Verəcəyiniz göstərişləri yerinə yetirmək üçün Komitənin bütün potensialını səfərbər etməyə çalışacağam.
Cənab Prezident, son müddət ərzində Sizin təşəbbüsünüz və böyük dəstəyinizlə ölkəmizdə şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirilir. Qəbul etdiyiniz qərarlara, verdiyiniz tapşırıq və göstərişlərə uyğun olaraq, institusional dəyişiklik, quruculuq işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə öyrənilərək tətbiq edilir, dövlət idarəçiliyinin səmərəliliyi artırılır, yeni şəhərsalma layihələri icra olunur.
Şəhərsalma fəaliyyətinin təşkili Sizin hər zaman xüsusi diqqət mərkəzində saxladığınız məsələlərdən biridir. Şəhərsalma proseslərinin planlı, sistemli, qanunvericiliyin tələblərinə uyğun təşkili Komitə qarşısında qoyduğunuz başlıca vəzifələrdəndir. Həmkarlarımla birgə gündəlik işimizdə bu prinsipləri rəhbər tutmağa çalışırıq.
Mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Öz növbəmdə, rəhbərliyinizlə Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinə uyğun olaraq, paytaxt Bakı və digər şəhərlərimizdə rahat, sağlam, təhlükəsiz həyat şəraitinin təmin olunması üçün əlimdən gələni əsirgəməyəcəyimə, Komitənin bu məqsədlə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlığını davam etdirəcəyinə söz verirəm”.
Prezident İlham Əliyev: “Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və dediyim bu prinsiplərə gündəlik işdə əməl edəcəksiniz”.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...