Impera

XƏBƏR LENTİ
19:21Vilayət Eyvazov generalları topladı - FOTO18:49Ən iddialı namizədlərdən biri Elmir Qurbanov18:45İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO18:37Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub18:32İlham Əliyev regionda sabitlik və təhlükəsizliyin təminatını vacib hesab edir18:28Prezident: Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır18:22İlham Əliyev Putinlə görüşünü anons etdi18:20İlham Əliyev görüş keçirdi18:17İlham Əliyev Polşa Prezidenti ilə görüşdü18:09İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda23:10Dilindən tələyə düşən “lal deputat”ın mandat iddiası22:58Sabiq nazir Səlim Müslümovun oğlunun FOTOLARI YAYILDI22:52Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb - FOTO - VİDEO22:44Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb19:46Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb19:28Seçiciləri 15 ilin spikerini tanımır – VİDEOFAKT19:23Qarabağ Qazilərindən Fəzail Ağamalıya dəstək - VİDEO19:20Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi19:05Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib - VİDEO18:29İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb13:51Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir13:40Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO13:33Əfqanıstan İqtisadiyyat naziri: Əfqanıstan İqtisadiyyat naziri: "Lapis-Lazuli” layihəsinin üzərində işlər uğurla davam etdirilir" - VİDEO12:53Deputatlığa namizəd YAP-dan və deputatdan şikayətləndi12:48Rasim Balayev tanınmış həkim namizədlə bağlı çağırış etdi - VİDEO12:45Sabahın havası: Duman, külək12:42Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət - VİDEO12:39"Bazar Store"da biabırçı hadisə... - Satılan lokumdan qurd çıxdı - VİDEO12:36Mikayıl Cabbarov gənclərə səsləndi - VİDEO12:33Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı12:31Həftərin bu qərarı neft bazarında qiymətləri artırdı12:15İlham Əliyev İsveçrədə görüş keçirdi12:07Azərbaycan Prezidenti Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək11:04Prezidentin nazirlərlə birgə telefonla elçilik etməsi görüntüləri yayıldı - VİDEO10:54Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu - VİDEO10:50“Azərişıq” ASC şəffavlaşdırma istiqamətində nələr edib? - VİDEO10:45İcra başçısı maaşı ilə necə milyonçu olmaq olar?10:35Əbülfəs Qarayevin də yola salınacağı deyilir...10:29Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar10:22Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir...10:16Bu ərazidə işıq olmayacaq10:13Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”09:12DSMF-nin pensiya özbaşınalğı...08:44Vilyam Hacıyev öz köhnə "şakər"indən əl çəkməyib08:41"Kontakt Home"-nin shibi deputatlıq toxunulmamazlığı arzusuna düşüb- İTTİHAM19:13Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR16:29Xərçəngdən milyonlar qazanan illərin lal deputatın biznes imperiyası (SİYAHI)16:19Mübariz Mənsimovdan cənub rayonlarından “seçilən” deputatlara ağır sözlər: “…yalnız öz mənafelərini güdüblər”16:13Qaxın deputatını mən seçirəm, camaat yox! icra başçısından PA rəhbəri Samir Nuriyevə məruzə16:07Xızıda narazılıq yaradan məmur kimdir? - VİDEO15:59Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTO12:26Rauf Arifoğlu növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO12:21Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı ŞOK SÖZLƏR - VİDEO12:15Çiskin olacaq, şimal küləyi əsəcək12:13"Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..."12:11Lerikdə sükut pozuldu: Cinayətkarı yenidən deputat etmək istəyirlər - VİDEO12:07Azərbaycanda qəbiristanlıqlar qarət edilib - VİDEO11:59"Biz bilirik, onlar gözləyirlər" - VİDEO11:52“20 Yanvar” Türkiyə televiziyasında - VİDEO11:4020 manata seçici alan, hər danışığında "quş buraxan" SABİQ DEPUTATLAR - VİDEO11:34Xırdalanda nələr baş verir - "Köhnə bazarın"- "qoçu sahibkarı" - VİDEO09:23Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım09:19İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib13:29Kirayə mənzillər belə satılacaq - VİDEO13:17Abşeronda “İKOŞ” ləqəbli qadın narkotacir tutuldu - VİDEO13:1320 Yanvar gününə olan hava proqnozu13:05Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – VİDEO13:00İlham Əliyevdən 20 Yanvarla bağlı paylaşım - VİDEO11:03İcra başçısının nümayəndəsi Qarabağ qazisinin evini uçurdu - VİDEO10:57Bezmisən??? Onda FUADA səs ver!10:52Səməd Seyidova başağrı namizəd kimdir?10:49“Azərittifaq” rəhbəri seçiciləri təhdid edir? — Eldar Quliyevdən Baş prokurora müraciət10:27Şala bürünmüş Ali Sovet sədri, generalın qəzəbi, “Diqqət, danışır…" - Mediada ilk - Səbuhi Məmmədli yazır - VİDEO22:36Astarada rüşvətə etiraz etdiyinə görə işdən azad edilən ingilis dili müəllimi- VİDEO22:26Yasamalın icra başçısı ilə deputatlığa namizəd arasında mübahisə - VİDEO22:22Vilayət Eyvazovdan gücləndirilmiş rejim ƏMRİ22:19Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib22:11Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal – VİDEO22:05“Nəsimi icra başçısı tikinti şirkətindən 3 milyon alıb” - Tanınmış cərrahdan Prezidentə müraciət22:01Səməd Vəkilov Baş Prokurora müraciət etdi12:3710 dərəcə isti olacaq12:34Bu ay pensiyalarda növbəti artım olacaq - Nazirdən ŞAD XƏBƏR12:29Sərxoş qadın keçmiş sevgilisinin restoranını daşladı - VİDEO12:25Bakıda bu videoda polis rüşvət alıb? - VİDEO10:34AMİ-nin Qazax və Gəncə filalından saxta diplom əldə ediblər – Füzulidə saxta diplomlu bağça müdirlərini kimlər müdafiə edir?09:29Çovdarov və digər MTN generallarının şikayətinə baxılacaq09:26İcra başçısı 6 saylı Qayıdış qəsəbəsində qəbul keçirib - FOTO09:25Kəmaləddin Heydərov və Samir Şərifov vəzifədən gedir?09:21YAP-ın 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən deputatlığa namizəd Rauf Əliyev komstitusiyanı pozub - Bağqa dövlət qarşısında öhdəlii var..20:30Çingiz Qənizədədən ŞOK İDDİA: Səs versələr də, verməsələr də MANDAT MƏNİMDİR19:32"Polkovniklərin hərəsindən 10 min AZN rüşvət istənildi, cənab Prezident" -VİDEO19:252 saylı uşaq evində nə baş verir? - Psixoloji və fiziki zorakılıq iddiaları - VİDEO15:13Sabahın havası: Güclü şimal-qərb küləyi əsəcək15:08"Instagram"da tanış olduğu qızın əkizi olduğunu öyrəndi - VİDEO15:05Məni video çəkməyə məcbur etdilər: Rusiyadan Bakıya zorla gətirilən qız anasını ittiham etdi - VİDEO15:02Bakıya elektriklə işləyən müasir taksi gətirilib - VİDEO14:58İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEO14:54General Vilayət Eyvazova hesabat verdi14:32Bu stansiya yay aylarında istifadəyə veriləcək13:38Gəncədə polislə silahlı qarşıdurmanın görüntüləri yayıldı - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Emin Axundzadə: "Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır"

16 yan 2020, 17:41   
Emin Axundzadə: "Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır"

Ötən ilin yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu istifadəyə verilib. Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Karbamid Zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən həyata keçirilib. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.

Bəs Karbamid zavodunun Azərbaycan üçün hansı üstünlükləri var?

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, bu gün Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bir sıra prioritet hədəflər mövcuddur. “Bunlar qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, ölkəyə xarici valyuta axınının təmin edilməsi və yeni iş yeri imkanlarının yaradılmasıdır. “SOCAR Karbamid” zavoduna nəzər saldıqda, Azərbaycanın bu strateji hədəflərinin hər birinə cavab verən bir layihə olduğunu görə bilərik”, - E. Axundzadə deyib.
O qeyd edib ki, Azərbaycanda atılan əsaslı addımlar nəticəsində son illərdə qeyri-neft sektorunda yüksələn xətt üzrə artım qeydə alınır. “Təkcə ötən il qeyri-neft ixracımız 14% artıb. Bildiyiniz kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafında “lokomotiv” olan sektor kənd təsərrüfatı sənayesidir. Kənd təsərrüfatı sənayesinin inkişafında və əlavə dəyər yaradılmasında isə əsas faktor xarici komponentlərdən asılılığın aradan qaldırılmasıdır. Məlumdur ki, bu sektorda əsas xam mal mineral gübrələrdən meydana gəlir. Ancaq Azərbaycan 2018-ci ilə qədər tamamən gübrə idxalından asılı vəziyyətdə idi və illik təqribən 90 mln. ABŞ dolları gübrə idxalına ayrılırdı. Belə bir vəziyyətdə, Azərbaycanın daxilində gübrə istehsal edən zavodun tikilməsi labüd idi", - deyə energetika üzrə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu çərçivədə “SOCAR Karbamid” zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı baxımından strateji əhəmiyyət daşıyır: “Bildiyiniz kimi, mineral gübrələr içərisində azot gübrələri ən keyfiyyətli gübrə sayılır. Azot gübrələri içərisində isə karbamid azotun tərkibinə görə ən dəyərlisidir. Çünki karbamidin tərkibində 46,3% azot mövcuddur . Tədqiqatlar göstərir ki, torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru almağa, eyni zamanda torpağın məhsuldarlığını dəfələrlə artırmağa səbəb olur. Bu səbəbdən, dünyada istifadə olunan azot gübrələrinin 75%-i məhz karbamidin payına düşür. Beynəlxalq Gübrə Assosiasiyasına görə, 2023-cü ilə qədər qlobal karbamid tələbatı 1,2% artaraq 183 milyon tona çatacaq”.
E. Axundzadə xatırladıb ki, “SOCAR Karbamid” zavodunda istehsal olunan karbamidin 30%-i daxili bazar, 70%-i isə ixrac üçün nəzərdə tutulur. O qeyd edib ki, idxal üçün ayrılan illik 90 mln. dollar məbləğində vəsait ölkədə ərazisində qalacaq və əlavə olaraq illik təqribən 160 milyon dollar ixrac gəliri gözlənilir.
“Beləliklə, idxal əvəzləməsi və ixrac nəzərə alındıqda karbamid zavodunun Azərbaycanın xarici ticarət saldosuna illik 250 milyon dollar müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Xarici ticarət saldosunun artması Azərbaycanın milli valyutası olan manatın da dəyərinin güclənməsinə səbəb olacaq”, - deyə E. Axundzadə bildirib.
Karbamid zavodunun yerli fermerlər üçün üstünlüklərinə gəldikdə isə E. Axundzadə qeyd edib ki, nəqliyyat xərclərinin və nəqliyyat risklərinin aradan qaldırılması, habelə yerli fermerlərin daha keyfiyyətli məhsul ilə təchiz olunması qeyd edilə bilər: “Bildiyiniz kimi, bundan əvvəl gübrə müxtəlif ölkələrdən Azərbaycana idxal olunurdu. Bu da əlavə maliyyət demək idi. Nəzərə alsaq ki, ölkəmizin birbaşa dənizlərə çıxışı yoxdur, dəniz yolu ilə idxal olunan məhsullar birbaşa Azərbaycana gətirilə bilmir və 3-cü tərəflərin limanlarından istifadə edilir. Bu həm əlavə xərc yaradır, həm də nəqliyyatın müddətini və riskini artırır. Risk ona görə artır ki, nəqliyyat əsnasında hər hansı gecikmə olduqda, bu, məhsulunun yetişmə müddətini uzadır, nəticədə məhsulun maya dəyərinə mənfi təsir göstərir. Bəzi hallarda sahibkarlar gecikmələrdən sığortalanmaq üçün ehtiyacdan daha çox gübrə alıb anbarlarda saxlamalı olurlar. Belə halda saxlama maliyyəti də maya dəyərinin üstünə əlavə olunur. Ancaq hazırda yerli fermerlər üçün nəqliyyat və saxlama xərci, gecikmə riski yoxdur, ən əsası isə daha keyfiyyətli gübrə ilə təmin olunurlar. Məhz atılan bu və digər addımlar nəticəsində 2019-cu ildə kənd təsərrüfatı sektorunda 7% artım qeydə alınıb”.
Ekspert, həmçinin qeyd edib ki, zavod Azərbaycanda məşğulluq səviyyəsinin artırılması baxımından da önəmli funksiyanı yerinə yetirir. “Təkcə karbamid zavodunda hazırda 500 nəfər işlə təmin olunub. Əlavə olaraq, zavod kənd təsərrüfatı sektorunun canlanmasına, istehsal həcmlərinin artmasına şərait yaratdığı üçün bu sektorda yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin artmasına da dəyərli töhfə verir.
Artıq 2019-cu ildə zavodda 171 min ton karbamid istehsal olunub, bunun da, 107 min tonu Braziliya, Bolqarıstan, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna və Moldova kimi xarici ölkə bazarlarına ixrac olunub. Bu da öz növbəsində sözügedən ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına imkan yaradır. Bu il isə zavodun tam gücü ilə fəaliyyət göstərəcəyi planlaşdırılır. Yəni, karbamid zavodunun Azərbaycana qazandıracağı dividendlər bu il dəfələrlə artacaq”, - deyə E. Axundzadə əlavə edib.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...