Impera

XƏBƏR LENTİ
17:28İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - FOTO16:02Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO15:49Qadağalara əməl etməyən yaşlılar: “Mən hamıdan yaxşı bilirəm” - VİDEO15:39Zirəddin yenə virusdan danışdı: Nə vaxt yox olacaq?15:34Polşadan Azərbaycana 96 sərnişin gətirən təyyarə geri qayıtdı - VİDEO15:29Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO10:58Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək10:52Koronavirusa yoluxan Mirvari Fətəliyeva danışdı - VİDEO10:42Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - VİDEO10:37Keçmiş polis rəisi koronavirusa yoluxdu - Azərbaycanda - VİDEO10:32Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ19:39Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - VİDEO19:33FHN sərhəd-keçid məntəqələrində çadırların sayını artırdı - FOTO - VİDEO19:25Azərbaycanda koronavirusa yoluxanlar danışdı - VİDEOREPORTAJ18:15Azərenerji ASC #evdəqal videoçarxı yayımladı - VİDEO18:00Polislər yaşı 65-dən yuxarı əcnəbi vətəndaşa xəbərdarlıq etdi - VİDEO17:55AZAL koronavirusla mübarizədə “ön cəbhədə” olanlara videoçarx həsr etdi - VİDEO17:51ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı - VİDEO17:45Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM17:44İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı12:21Bakıda xidməti avtomobilin törətdiyi dəhşətli qəzanın VİDEOSU12:17Cəlilabadda dərman qırğını - VİDEO12:10Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”12:07Vilayət Eyvazovdan yeni TƏYİNAT11:58BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”10:29Professor Adil Qeybulladan Koronavirusla bağlı son durum - VİDEO10:23Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " - VİDEO10:19Koronavirusa görə bu rayonlara giriş-çıxış bağlandı10:17Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”10:13Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək10:09Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu09:30Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu - VİDEO09:22Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”09:21Deputatlar 16 məsələni müzakirə edəcəklər16:09İranda daha 157 nəfər koronavirusdan öldü16:05Koronavirusdan sağalan türk qadın nələr danışdı? - VİDEO16:00Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub15:57Sabahın havası: Duman olacaq, külək əsəcək15:53Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO15:46Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ12:11Bu gün G20 ölkələrinin liderləri pandemiyaya görə videokonfrans keçirəcəklər12:01Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı - VİDEO11:52Deputatlar bu tarixdə parlamentin iclasına toplanacaq11:17Bakı metrosunun fəaliyyəti dayandırıla bilər10:56Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib - FOTO10:50Rusiya hava məkanını bağlayır10:28İraqda iki türk əsgəri həlak oldu10:26Koronavirusla bağlı son STATİSTİKA09:28Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu - VİDEO09:231000 nəfərdən çox insan ölüb - VİDEO09:17Marneuli-Tbilisi istiqamətində son vəziyyət! - VİDEO09:12Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO08:56Oqtay Şirəliyevin tikinti maxinatoru, Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?08:51Neftçilər vətəndaşlara çağırış etdilər - VİDEO18:12“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…17:22Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ17:13Sabahın havası açıqlandı17:06Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - VİDEO16:58Sumqayıt və Abşeronda postlar quruldu - FOTO16:51Apteklərdə spirt və maska qıtlığı – BELƏ NƏ QƏDƏR DAVAM EDƏCƏK?16:41Komitə sədri Azərbaycan ailələrinə çağırış etdi16:37172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO16:31Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”16:24Kredit borclarının aqibəti necə olacaq? - VİDEO16:19“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA16:14Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb16:05Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL10:10Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH09:29Putin koronavirus xəstələri olan xəstəxananı belə ziyarət etdi - VİDEO09:01Səudiyyə hökuməti Kəbəni ziyarətə açdı – YENİ VİDEO08:54Neft bahalaşdı08:50Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq08:43Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” variantı var”08:40"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO15:59Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi15:52Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri: Ən qocamanının 74 yaşı var15:45Prezident neftin ucuzlaşmasından danışdı: narahatlığa əsas yoxdur!15:40İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi15:33İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO15:25Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO15:20Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO14:43İtaliyadan daha bir VİDEO yayıldı - Gündə 50-60 koronavirus xəstəsi...14:28İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO14:15Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər13:47Sabahın havası: 18 dərəcə isti olacaq13:33Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - VİDEO13:14Koronavirusdan sonra AB-ni nə gözləyir? – ŞƏRH13:05Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA12:57Vəkillər koronavirusa qarşı mübarizəni dəstəkləyir12:16Adil Qeybulla Operativ Qərargaha MÜRACİƏT ETDİ12:11Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR11:45Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb11:41Neftin qiyməti artır11:33Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq - RƏSMİ10:21İctimai iaşə müəssisələrində bu sahələr dezinfeksiya edilməlidir - SİYAHI10:08Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır08:4065 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək08:35Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı08:28Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq21:53“İxtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək” - Mikayıl Cabbarov - VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...

27 fev 2020, 10:07   
KİVDF yalanları: süni nəfəs aparatına qoşulan qəzetləri və maxinasiyaları...

Madam ki, Azərbaycanda kağız mətbuatı can verib, o halda süni nəfəs aparatına qoşaraq illərdir koma vəziyyətində saxlanılmasının, dövlət tərəfindən yüz minlərlə vəsaitin ayrılmasının mənası nədir?!

Nəzərə alsaq ki, ölkənin olan-qalan bir neçə qəzetinə də ayrılan yardımlar dayandırılıb, (Unikal, Bizim Yol və s.) o zaman yazılı mediada oxunmayan nəşrlərə nə üçün hələ də maliyyə verilməlidir...
Anaxeber.info-nun bu məsələyə diqqət ayırmasının səbəbi 2020-ci il üçün də bəzi qəzetlərə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan maliyyə verilməsidir.
Dünya və Azərbaycan sosial media ilə hesablaşır, ictimai rəyi sosial şəbəkələr formalaşdırır, ən ucqar dağ kəndində yaşayan insan belə əlindəki mobil telefonla internetə daxil olaraq müxtəlif portallardan, agentliklərdən, ən əsası facebook-dan informasiya əldə edir, KİVDF isə tərəvəz bağlamalarına yararlı olan kağız parçalarına maliyyə verilməsini davam etdirir.
Bu dəmdə Sabirin qəzəlinin imitasiyası yerinə düşür: “Özgələr göydə balonlarla gəzir, KİVDF rəhbəri Vüqar Səfərli isə...”
Hansı ki, həmin qəzetlər satılmır, oxucusu yoxdur, əksəriyyəti ailə-podratına çevrilib, Vüqar Səfərlinin özünə yaxın KİV-lərdir.
Halbuki, həmin vəsaitləri elektron mediaya yönəltməyin vaxtı çoxdan çatıb, hətta gecikib.
Çünki zaman sübut edir ki, internet mediası sürətlə inkişafdadır, köşklərdən qəzet alıb oxumaq dövr qurtarıb, həmin oxucu nəsli də tək-tükdür, xalq virtuala köçüb, dünyadan və ölkədən yalnız onlayn media və sosial şəbəkə hesablarından xəbər tutur.
Buna baxmayaraq, meziolit dövründən qalmış Vüqar Səfərli və ətrafı yuxarıları inandırır ki, qəzetləri yaşatmaq, süni nəfəst aparatından ayırmamaq lazımdır. Ona görə ki, ilk növbədə KİVDF rəhbərinə sərf edir.
V.Səfərli bu yolla hər il yüz minlərlə pul yaxın çevrəsinə aid qəzetlərə ayırmaqla yaxşı biznes qura bilib.
Əvvəldən qəzet yayımçısı olmuş Səfərlinin indi imkanları daha da genişlənib: Əli Həsənov ona diktə edə bilmir, müəyyən qədər sərbəstləşib.
Amma unudur ki, KİVDF-nin də ömrünə çox qalmayıb, qəzetlər kimi...Bu qurum fəaliyyətdə olduğu müddətdə kağız mətbuatının inkişafına zərrə qədər fayda verməyib. KİVDF ələbaxımlılığı, ütülü yazmağı və maxinasiyanı vərdişə çevirdi.
Odur ki, 2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısına baxanda mənzərə çılpaqlığı ilə aydınlaşır.
Məlum olur ki, Vüqar Səfərli yenə oğlunun rəhbəri olduğu oxunaqsız “Mövqe” qəzetinə yenə ayına 20 min ayırıb. İlin sonuna qədər qəzet dövlətdən 240 min manat yemlənəcək. Həmin qəzeti nə oxuyan var, nə nüfuzu...
Deməli, 240 min manatdan redaksiya xərclərini istisna etsək, yuxarı-aşağı 100 min manat mənimsəmək mümkündür. Ardınca yenə də köşklərdə yatan “Səs”, “Yeni Azərbaycan” kimi qəzetlərə eyni məbləğdə vəsait verilib.
Axı onların heç biri nə hakimiyyətin, nə dövlətin informasiya siyasətində effektiv iş apara bilirlər. Ən azından ictimai rəydə bu işi görə bilən iqtidaryönlü xəbər saytlarına KİVDF-nin vəsaitlərini yönəltmək olar.
Bundan əlavə, birçox qəzetlərə yenə aylıq 10 min manat ayrılıb.
Bu qəzetlərin adlarını heç oxucular tanımırlar. Görəsən, prezidenti aldatmaq, ona yalan məruzələr etmək, qəzet mətbuatının əhəmiyyətini süni şəkildə siyasi rəhbərliyə çatdırmaq kimlərin maraqlarına uyğundur?!
Əlbəttə, bu yalan təqdimatı verənlərdən birinin də KİVDF rəhbəri olduğu şübhə yaratmır. Çünki Vüqar Səfərli ustadı Əli Həsənovdan necə öyrənibsə, estafeti elə də davam etdirir. Amma yanlış məruzələrin axırının necə yekunlaşdığını gərək “qulağında sırğa” edəsən.
Yəni, faktiki olaraq yazılı mətbuat bir yandan elektron mediaya uduzur, bir tərəfdən də dövlətin ayırdığı pullar havaya sovrulur.
Həmin vəsaitlə internet mediasında özünü təsdiqləmiş müəyyən agentlikləri, portalları, müstəqil və tənqidçi saytları maliyyələşdirmək olar.
Onların inkişaf etməsi Azərbaycanın maraqlarını, dövlətin informasiya siyasətini daha yüksək səviyyədə çatdırmaq baxımından önəmlidir.
Dünya və düşmən ölkə Azərbaycanı qəzetlərdən oxuyaraq izləmir, məhz internet üzərindən təqib edir. O halda V.Səfərlinin yaxınlarına aid qəzetlərə pul paylanmasının azad mətbuatın inkişafına nə aidiyyatı var?!
Əgər faydası olsaydı, “Kaspi” qəzetinə də növbəti dəfə maliyyə verilərdi. Amma “ustadına kəm baxanın, gözlərinə qan damar” misalına məhəl qoymayan Vüqar Səfərli hətta Əli Həsənovun qəzetini belə KİDFV-nin yardım siyahısından kənarda qoydu.
Bir gün onun oğluna aid “Mövqe” qəzetinə də maliyyə ayrılmasın deyiləndə əmrə müntəzir olacaq. Sadəcə, indiki halda çıxış yolları göstərilməlidir. Dövlət rəhbərliyinə məlumat verilməlidir ki, KİVDF-nin fəaliyyət proqramı dəyişməli, dövlətin mediaya dəstək siyasətinin müstəvisi, platforması yenilənməli, müasir tələblərlə ayaqlaşmalı, sosial medianın və onlayn mətbuatın üstün olması reallığı qəbul edilməlidir.
Əks halda V.Səfərlinin maraqlarına xidmət edən bu maliyyə yardımları bir gün özü ilə bərabər hamını yandıracaq. Əgər Azərbaycan jurnalistikasının rifahını, müstəqilləşməsini və modernləşməsini istəyiriksə, KİVDF ya ləğv olunmalı, ya da saxlanırsa həmin maliyyə saytlara yönəldilməlidir.
Bəs qəzetlər necə yaşasın, oxucusu azalan, lakin az-çox populyar olan kağız medialarının taleyi necə olsun söylənə bilər, biz tamamilə ölkədə qəzetçilik ənənəsini məhv edə bilmərik, “Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər böyük yol, məktəb keçmiş qəzet məktəbini necə yoxa çıxaraq sualları da ünvanlana bilər.
Bunun üçün çıxış yolları da mümkündür - populyarlq qazanmış, tarixi olan həmin qəzetlərə reklam bazarı imkanları yaradılsın. Əslində, eyni model internet mediasına da aiddir. Sadəcə, bəzi saytlar müəyyən qədər reklam ala biliblər, hərçənd ki çox məhduddur.
Onda V.Səfərlinin minnətli pullarına nə qəzetçilərin, nə internet mediasının ehtiyacı olacaq. Bu siyasət qəbul olunmursa, heç olmasa öləziyən qəzetlərə reklam bazarında şərait yaradılsın, inkişafda olan onlayn mediaya isə dövlətin vəsaitləri yönəldilsin. Hələliksə ən pis yol seçilib - Vüqar Səfərlinin qəzetlərini yemləmək...
(AnaXeber.info)

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...