Impera

XƏBƏR LENTİ
23:27Azərbaycanda Respublika Günü qeyd edilir23:20İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO23:16Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet23:13Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladı23:11İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO11:21Nazir oğlunun toyunda erməni mahnısı sifariş edib, gəlini və qudaları ilə belə oynadı - VİDEO23:33AXCP Nəzarət Təftiş Komissiyasının üzvündən Əli Kərimliyə SON XƏBƏRDARLIQ20:13"Sədərək"dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA19:47SON DƏQİQƏ: Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxdu, 4-ü öldü - RƏSMİ19:37Azərbaycanda 40 vəzifəli şəxs işdən çıxarıldı19:28Mingəçevirdə kirvələr hakimiyyəti - Qanunlar ayaqlar altında - FOTO19:17Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi – ”Qozbeli qəbir düzəldər” – Araşdırma11:45Şuşanın "Şöhrət" ordenli icra başçısının fantastik sərvəti - SİYAHI09:54Azərbaycanda koronavirusun İKİNCİ DALĞAsı başlayıb? - Rəsmi AÇIQLAMA14:31Prezident nazir müavinini işdən çıxardı – SƏRƏNCAM14:20SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu(VİDEO)12:10SON DƏQİQƏ! Baş prokuror müavinləri Rüstəm Usubov və Namiq Əsgərov işdən çıxarıldı23:21SON DƏQIQƏ: Azərbaycanda koronavirusa tutulan 41 nəfərin vəziyyəti ağırlaşdı,41 nəfər də vəfat edib17:33Yardımlı İcra Hakimiyyəti TƏKZİB ETDİ13:55Röyanın biabırçı hərəkəti - Xalq artisti sinəsini açıb ... nümayiş etdirdi(VİDEO)23:59Laçın sakinindən şok tələb: İcra başçısı bu məmurlarla əlbirdir, DTX gəlsin(VİDEOMÜRACİƏT)13:00Prezident Administrasiyasında da işini itirənlər var - Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən çıxarıldı(SİYAHİ)11:29Füzuli bu gün - Foto00:22Bakıda iki oğlanın nişanı oldu: üzük taxıb... - BİABIRÇILIQ00:01SON DƏQİQƏ! Nazirlər Kabineti bu dəqiqələrdə məlumat yaydı — LƏĞV EDİLDİ23:07Əbülfəs Qarayev istefa verdi – yeni Mədəniyyət və Turizim naziri bu məşhur xanım KİMDR?12:05Əli Kərimlidən antiazərbaycan qüvvələrinə mühüm tapşırıq - Keçmiş cəhbəçidən ŞOK YAZI21:05SON DƏQİQƏ: Türk təyyarəsi Rus müdafiə sistemini vurdu - Ölənlər var14:18İmişli rayonunun yeni icra başçısı bəlli oldu - SON DƏQİQƏ13:02Prezidentin istefaya göndərdiyi bu şəxsi Elçin Quliyev DSX-də müşavir təyin etdi - SON DƏQİQƏ10:54SON DƏQİQƏ! İşdən çıxarılan icra başçısının evində QƏTL - ÖZÜNÜ GÜLLƏLƏDİ01:01Məhşur müğənninin çılpaq fotoları yayıldı - lüm-lüt eyvana çıxıb... FOTOLAR18:48Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI18:43Vilayət Eyvazov məşhur generalı işdən çıxardı — FOTO15:12Əli Həsənovun “tələbə klubu” - Mediaya yardım adı altında mənimsənilən milyardlar( ŞOK FAKTLAR)14:57SON DƏQİQƏ: Fövqəladə Hallar nazirliyinin 15 əməkdaşında koronavirus aşkarlandı14:41Sabirabad Regional Mədəniyyət İdarəsinin müammalı TENDERLƏRİ - SİYAHI11:44XƏBƏRDAR OL! Koronavirusun İKİNCİ DALĞASI ÖLDÜRÜCÜ OLACAQ - Bu tarixdən başlayır...00:30Kamran Əliyev 5 rayonun prokurorunu və idarə rəisini təqaüdə göndərdi - SİYAHI18:06SON DƏQİQƏ! DTX-dən şok əməliyyat: General həbs olundu12:48Bu şəxslərə ŞAD XƏBƏR - İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI12:40Siyavuş Novruzov: “Korrupsiya üstündə tutulan Əli insanov indi onların ağsaqqalıdır”12:14Bərdənin icra başçısı Vidadi İsayevin gözqamaşdıran sərvəti - SİYAHI11:02İcra başçısının Yardımlıdan İngiltərəyə qədər uzanan SƏRVƏTİ - SİYAHI10:51TƏCİLİ! Azərbaycan Ordusu 4 gün sonra HƏRƏKƏTƏ KEÇİR - 10 min hərbçi, yüzlərlə texnika və...10:47Vilayət Eyvazov rəis müavinini işdən çıxardı - YENİ TƏYİNAT10:41Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi - son dəqiqə20:24SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var12:44Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü — ŞAD XƏBƏR11:58Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşüb - FOTO11:03Gilanın QANLI ZEYTUN BAĞI - (VİDEO)10:18Daha dəhşətli bəla gəlir, yüzmilyonlarla insan öləcək – Tixanski10:13Alı Alıyev aztəminatlı ailələrə ərzaq yardımı edib - Foto10:11Prezident nazir müavinini təqaüdə göndərdi11:09Füzuli RİH-dən aztəminatlı ailələrə ərzaq yardımı davam edir FOTO12:13SON DƏQİQƏ! Prezident İlham Əliyevdən mühüm sərəncam10:42Füzuli RİH-nin başçısı 1, 3, 4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib20:07Mənsimovun SOCAR-ı məhkəməyə verməsi iddiası yalan çıxdı19:05“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"13:28Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri10:25Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ10:20Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”10:09İlk qurban Rusiya olacaq - Dəhşətli böhran gəlir...10:02Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir - DƏHŞƏTLİ NƏTİCƏLƏR!09:48Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib12:32Valideynlərin nəzərinə! Övladlarınıza da pul yardımı veriləcək - RƏSMİ11:47Vilayət Eyvazov polkovnik-leytenant Müslüm Quliyevi işdən çıxardı10:58"Azərişıq"dan əhaliyə mühüm məlumat - VİDEO10:55ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq - Nazir müavini AÇIQLADI(VİDEO)10:48Qalmaqallı "tikinti kralı"nın oğlu karantini belə pozdu - TƏFƏRRÜAT10:46SON DƏQİQƏ! Elman Rüstəmovla bağlı qərar verildi10:49Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - ARAŞDIRMA09:50İcazə alanlara VACİB XƏBƏR - yeni funksiyalar işə düşdü — VİDEO17:26İlham Əliyevdən mühüm SƏRƏNCAM16:57SON DƏQİQƏ! Azərbaycanda koronovirusa xeyli sayda yoluxan və ölən var16:46SON DƏQİQƏ! Sumqayıtda 190 manata görə etiraz aksiyası - VİDEO13:40Azərbaycanlı əsir qız Ermənistandan məktub yazdı - VİDEO11:29Vilayət Eyvazovdan yeni QƏRAR11:20DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO18:06SON DƏQİQƏ! General Akif Çovdarov azadlığa çıxdı - Prezident onu da əfv etdi16:22Nizami İcra başçısı oğlunun dəbdəbəli həyatı ilə bağlı ŞOK MƏLUMATLAR YAYILDI - VİDEO+FOTO13:36LERİK TƏHSİLİNDƏ BİABIRÇILIQ! 11 sinif şagirdi rus dili müəllimindən hamilə qaldı - (18+)13:27Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi?! - ŞOK DETALLAR13:22İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi12:50Vaqif Əliyevin “Azfen” üzərindən talanı: işçi azalır, xərc çoxalır, vergi gizlədili - ŞOK MƏLUMATLAR12:47“Zakir Fərəcov iqtidarı belə biabır edir” - İş adamlarından Prezidentə müraciət12:30SON DƏQİQƏ! Xəstəxanaya aparılan 13 nəfərdən 8-i öldü — Azərbaycanda12:32SON DƏQİQƏ! Azərbaycanda koronovirusa yoluxanların sayı artdı -RƏSMİ12:28Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub12:17Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - DONDURULDU12:11Füzuli icra hakimiyyəti toplantını belə keçirdi - FOTO10:44Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM10:40Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir - Foto11:43Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir10:54Evdə qalaq , bostan əkək , ekoloji təmiz məhsul yetişdirək - Füzuli İcra Hakimiyyətindən maraqlı təşəbbüs - FOTO10:31ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi10:27Koronavirusla bağlı SON STATİSTİKA10:24Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO10:19500 il sonra bu torpaqlarda azan oxundu - VİDEO09:18Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
BÜTÜN XƏBƏRLƏR

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”

10 apr 2020, 10:20   
Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinin hesabatına SƏRT TƏNQİD: “Hökumətimiz Neftçalanı unudub”Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilən Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatına münasibət bildirib.

GUNinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, Sabir Rüstəmxanlı təqdim olunan hesabatın peşəkarlıqla hazırlandığını, ölkə həyatının müxtəlif sahələrində 2019-cu ildə baş verənləri tam əks etdirdiyini vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, indiki vəziyyətdə ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşılmalıdır:

“Aprel ayının 9-da Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Hesabat müzakirə edilir. Bu barədə bəzi fikirlərimi hörmətli həmkarlarımla bölüşmək və Nazirlər Kabinetinin nəzərinə çatdırmaq istəyirəm.

Öncədən onu deyim ki, Hesabat səliqəylə və peşkarlıqla hazırlanıb. Görülən işi təqdim etmək də bacarıq və məsuliyyət tələb edir. Bu baxımdan Hesabat lazımi tələblərə cavab verir; ölkənin 2019-cu ildə keçdiyi yolu, makroiqtisadi vəziyyəti, real iqtisadi artımı və onun mənbələrini təfərrüatı ilə əks etdirir.

Bu mənbələr sırasında qeyri-neft sahəsinin inkişafı və bu məqsədlə sənayeyə, kənd təsərrüfatına, sahibkarlığa diqqətin artırılması, vaxtı keçmiş kreditlərin dövlət tərəfindən ödənilməsi, özəl sektora təzyiqlərin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ayrıca vurğulanır.

Hesabatda il ərzində ölkədə aparılmış iqtisadi tənzimlənmələrdən, bölgələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi siyasətindən başlamış xidmət sektoru, elm, mədəniyyət, beynəlxalq əlaqələr və s. sahələrdə görülən işlərə qədər, həyatımızın bütün geniş spektri əksini tapıb.

Müasir dünyanı bürüyən pandemiya vahiməsi bu deyilən sahələri etkiləyərək həm iqtisadiyyatı, həm də insanların sağlamlığını, psixologiyasını çətin sınağa çəksə də ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşmalı, insanların əlinin-qolunun işdən soyumasına yol vermədən çalışmalıyıq”.

Sabir Rüstəmxanlı hesabatda özünün millət vəkili seçildiyi Neftçala rayonunun sosial-iqtisadi və digər sahələr üzrə vəziyyətinin əks olunmamasına etirazını bildirib:

“Mən Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən seçildiyimə görə bu hesabata həm də Neftçalanın gözü ilə baxdım. Baxdım və düzünü deyim, pərt oldum. Çünki 420 səhifəlik bu sənəddə əksini tapmış irili-xırdalı heç bir görülən işdə, başlanan layihələrdə, nəzərdə tutulan proqramlarda Neftçalanın adı keçmir.

Sanki il boyu onun nə sənayesi, nə kənd təsərrüfatı, nə ekologiyası, nə əhalinin məşğulluq səviyyəsi, nə inkişaf perspektivləri və çətinlikləri bizim hörmətli hökumətimizin yadına düşməyib. Heç 2019-cu ilin büdcə müzakirələrində verilən təkliflərdə və bildirilən arzularda da Neftçala ilə bağlı bir şey yoxdur.

Belə çıxır ki, bu rayonda hər şey gözəldir, işlər tam qaydasında gedir və daha deyilməli söz qalmamışdır. Şübhəsiz rayonun durumunu hamıdan çox yerli icra hakimiyyəti bilir və bu təkliflər ondan gəlməli, Neftçalanın ölkənin ümumi inkişafından kənarda qalmamasına ilk növbədə o çalışmalı idi.

Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Neftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb.

İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb, rayon baxımsız vəziyyətə düşüb. Hətta Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib…

O boyda şəhərdə xırdaca bir otel tikilməyib. Yan-yana kəndlər var birinə qaz verilir, birinə yox. Hər birinin 400-500, bəzən daha çox şagirdi olan iri məktəb binaları ya təmir edilməli, ya da yenidən tikilməlidir. Belə məktəblərin bir çoxunda siniflər odunla qızdırılır, kənddə qaz var, amma məktəbə qaz verilməyib.

Bankə qəsəbəsində və başqa iri kəndlərdə vaxtilə tikilmiş möhkəm özüllü gözəl Mədəniyyət evləri baxımsız və təmirsiz vəziyyətdədir. Bol suyu olan rayonun bir sıra kəndləri həm içməli, həm də suvarma su sarıdan əziyyyət çəkir. Köhnə qışlaq yerlərinin, kəndlərin örüşünün və bələdiyyə torpaqlarının bir hissəsi ayrı-ayrı adamlar tərəfindən zəbt edilib.

Bölgənin ilk neft quyularının qazıldığı Yeniqışlaq kəndinin yanından Rusiyaya aid bir neft şirkətinin istismar etdiyi mədənə su gedir, amma kənd susuzdur, camaatın gözünün qabağından qaz xətti keçir, amma kənd qazlaşdırılmayıb. Rayon əhalisinin böyük bir hissəsinin yaşadığı Xol bölgəsində Şorsulu-Xəzərkənd arasındakı 30 km-lik yol keçilməz vəziyyətə düşüb; bizim təşəbbüsümüzlə burda bəzi təmir işləri görülsə də yolun əsaslı tikintisinə ehtiyac var.

Akkuşa kanalından bu bölgəyə suayırıcıları qoyulmayıb. Bəzi kəndlərdə adi tibb məntəqəsi yoxdur, kitabxanalar ləğv edilib. Bankomatlar olmadığından, adamlar xırda bir bank əməliyyatı üçün 40-50 km yol getməli olurlar. Köhnə balıqçı qəsəbələri işsiz-gücsüz, yeni balıqartırma zavodlarının tikilməsi ümidiylə gözləyirlər…

Ümumi vəziyyət belədir. Rayon üçün özəl inkişaf proqramı hazırlamaq bir yana, onu bəzi ümumrespublika və ya bölgə proqramlarından da kənarda saxlayıblar. Amma Neftçalanı qısa müddətdə ölkənin ən qabaqcıl rayonlarından birinə çevirmək olar. Bunun üçün hər cür imkan var. Rayonun inkişafı ilə bağlı real, əsaslandırılmış layihələr hazırlansa ölkə başçısı onları diqqətdən kənarda saxlamazdı.

Neftçalanın bərəkətli torpaqları, dənizi, çayı, gözəl havası və ən başlıcası işgüzar, dinc, xeyirxah, yüksək mədəni səviyyəli insanları var. İlk növbədə suvarma sistemləri bərpa edilib yenilənməli, otlaqlar suvarılıb müasir heyvandarlıq üçün uyğun hala gətirilməlidir. Ənənəvi təsərrüfat sahələri dirçəldilməlidir. Rayonun müalicə suları və bütün ölkə əhalisinin istirahətinə şərait yaratmaq imkanı olan təmiz sahilləri var.

Burda gözəl istirahət-müalicə mərkəzləri tikmək olar. Kürün deltasında və yaxındakı adada turizmi inkişaf etdirmək mümkündür. Bunlar nəzərə alınsa, bu işə sərmayədarlar cəlb edilsə tezliklə Neftçalanı ölkənin cazibə mərkəzlərindən birinə çevirmək olar.

Mən istərdim ki, Azərbaycan hökuməti rayonlarımızın inkişafı ilə bağlı proqramlarda Neftçalaya qayğı ilə yanaşsın və deyilən çatışmazlıqların aradan qaldırılmasına şərait yaratsın”.
OXŞAR MÖVZULAR