ABŞ-dan Türkiyəyə inanılmaz təklif - Bu razılıq Rusiyanı ŞOKA SALACAQ
Tarix: 29-06-2020, 23:25 | Bölmə: siyaset / dunya

ABŞ-dan Türkiyəyə inanılmaz təklif - Bu razılıq Rusiyanı ŞOKA SALACAQABŞ Senatı 2021-ci il üçün nəzərdə tutulan Müdafiə büdcəsinə dair qanun layihəsinə əlavələr edib.

GUNinfo.az
Redaktor.az-a istinadən xəbər verir ki, əlavələrə görə, ABŞ ordusuna Türkiyənin arsenalında olan "S-400” hava hücumundan müdafiə sistemlərinin alınması üçün səlahiyyət verilib. Bildirilir ki, Türkiyə buna razılıq verərsə, Vaşinqton və Ankara arasında bütün gərginliklər aradan qalxacaq.

Mütəxəssislər hesab edir ki, razılıq baş tutarsa, ABŞ Türkiyəyə "F-35”lərin satılması üçün əngəlləri aradan qaldıracaq. Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400" alması ABŞ-da ciddi narazılıq yaradıb. ABŞ rəsmiləri hesab edir ki, "S-400"lər NATO sistemlərinə uyğun olmadığı üçün alyans üzvü tərəfindən istifadəsi qəbuledilməzdir.

GUNinfo.az




229 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər