Impera

XƏBƏR LENTİ
02:01"Qorbaçov Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı" – Ramiz Mehdiyev01:39ABŞ İranı vurmağa hazırdı - Gərginlik Azərbaycana TƏHLÜKƏ VƏD EDİR01:35Vilayət Eyvazovdan daha bir təyinat01:32Yaxın günlərdə müharibə olacaq - Zakir Həsənovdan ŞOK açıqlama(VİDEO)01:14Telman Qarayev Baş Nazirə minnətdarlığını bildirdi23:34Oktyabrda 38 yaşını qeyd edəcək, qollara doymur - VİDEO23:28Balakəndə iqtisadi sabotajı kimlər edir - VİDEO23:21Restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştəriləri imiş…23:17İran Dağlıq Qarabağın “müstəqil”liyini tanıdı – Bakıya xəyanətin detalları - VİDEO23:07XANIM İCRA BAŞÇISI MASAZIR MƏKTƏBİNDƏ - FOTO23:03Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası22:51Avtobus sürücüləri “AMAL-D” şirkətini məhkəməyə verdi22:45Sinoptiklər tutqun hava proqnozlaşdırırlar22:41“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO22:34Elgiz Əkbər: "Bakılı oğlanlar" məni təhqir edib" - VİDEO22:29Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO22:23DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi22:19Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO22:00İlham Əliyev və xanımı bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində17:40Putin Ankaraya gedib17:36İlham Əliyev Türkiyə vitse-prezidenti ilə görüşüb17:30Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO17:25İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında15:25Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım15:18Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət… – Araşdırma - VİDEO15:10Əşya satışı saytlarında tanışlıq: “Özünə güvənənlər və ciddi olanlar zəng etsin” - VİDEO15:07Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO15:04Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO14:57Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:54“Lotu Quli”nin düşməni olan “GƏNCƏLİ ALBERT” kimdir? – VIDEO12:40DYP və BNA-dan sürücülərə XƏBƏRDARLIQ – VİDEO12:34Damlanın "intim videosunu" yaydığı deyilən İradənin biabırçı görüntüləri - VİDEO12:29Bəyəndiyi maşını yoxlamaq istədi - VİDEO12:25Son 26 ilini mübarizədə qoyan Əli Kərimlini İlqar Məmmədov necə yenə bilir axı? - VİDEO12:11“Paşinyan Ermənistanı müharibəyə və məhvə aparır, gedib xiyar əksə yaxşıdır...”12:01Azərbaycanda keçmiş məmur ŞİRKƏT YARADIB11:54Sabirabad Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevin Özbaşnalığı11:52Arzu Rəhimovun general rütbəsinə şübhə edən şöbə rəisi necə ifşa edidi? ŞOK11:48“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır” - VİDEO11:44Nazir MİQ-29 qəzasından danışdı: "Tam məsuliyyətimlə deyirəm ki..."11:35Hərbi Prokurorluğun bir neçə əməkdaşı medalla təltif edildi - ÖZƏL11:23Azərbaycanın 4 rayonunun bir hissəssində qaz təchizatı dayandırılacaq11:20Bakıda YPX maşını ağır qəzaya düşdü11:16“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…11:05Cəlilabad təhsilində bitməyən rəzalət: Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları (VİDEO)21:45Beyləqan icra başçısı xanım müavin təyin etdi21:41Baş nazir BƏYAN ETDİ: 140 nüvə bombası atılacaq - ŞOK18:06Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO18:03Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO18:00Olqa Kazakova: Dil baryerinin olmaması Rusiya mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO17:57Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO17:55Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO13:51İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO13:36Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)13:26Tailandda itmiş it 4 il sahiblərinin yolunu gözləyib - VİDEO13:22İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq13:20BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO11:49Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO11:45Bakıda içkili qadın yolda yatdı - VİDEO11:41Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürdü - VİDEO11:13Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı11:08Vergilər nazirdən sensasiyalı açıqlama11:06SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi10:54Cəlilabad təhsil müdiri məktəblərində saxtakarlıqlara şərait yaradır - PREZİDENTƏ VƏ NAZİRƏ MÜRACİƏT00:08Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir00:05“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi23:57Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır23:50Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi23:44“Qalatasaray” qələbə qazandı - VİDEO23:42Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib - VİDEO17:27Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ17:22Tovuzdakı qətlin araşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb17:20Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR17:11Xidmət rəisi viza rejiminin ləğvindən danışdı17:07Nazirdən əmr: küçədə piyadaları cərimələyən polislərin səlahiyyətlərinə xitam verildi16:59İcra başçısının müavini Teymur Səmədova ŞOK ittihamlar - Rüşvət, intihara təhrik etmə və s.16:56Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz…16:54Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO16:51"Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"16:42İlham Əliyev Bakıda peşə məktəbinin açılışında - FOTO16:40Xırdalanda intihar hadisəsi - őzűnű binanın 10- cu mərtəbəsindən atdı(FOTO)16:31Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu - FOTO16:25Vəkil icra başçısından Prezident Administrasiyasına şikayətçi düşdü16:22Ceyranbatan bələdiyyə sədri Cavanşir Zeynalov məndən 3 min manat rüşvət istədi - İsmayıl Sadıqovdan şok açıqlama16:18Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar16:17Deputatın "Porsche"si ilə adam öldürən şəxs bəraət istəyir16:12Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?16:09Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - VDEO16:06Sinoptiklər 28 dərəcə isti vəd edirlər13:07İlham Əliyev Bakıda açılışda - FOTO12:57"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..."12:54Yenilməz “Sədərək” imperiyası - VİDEO12:27Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - VİDEO12:23Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir12:19Ramiz Zeynalovun qohumu tanınmış vəkili qətlə yetirdi12:15Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi - VİDEO11:44Yol polisi əməkdaşları rayondan paytaxta qaçırılan qızı xilas etdi - VİDEO11:38SON DƏQİQƏ! Məhkəmə Elinanın ölümündə təqsirləndirilən direktor barədə QƏRAR VERDİ11:35Misir Mərdanova VƏZİFƏ VERİLDİ11:31Vilayət Eyvazovdan yeni - TƏYİNAT
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiyanın etimad göstərmədiyi fiqur: yaxud başsız nazirin Moskva uğursuzluğu

28 yan 2019, 20:17   
Rusiyanın etimad göstərmədiyi fiqur: yaxud başsız nazirin Moskva uğursuzluğuErmənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya budəfki səfəri də bir sıra maraqlı nüansları ilə diqqəti cəlb etdi. Həm yerli, eləcə də xarici siyasi analitiklərin qənaətlərindən bəlli oldu ki, Paşinyan Rusiya siyasi hakimiyyəti tərəfindən ciddi fiqur kimi qəbul olunmur və etimad göstərilmir. Prezident Vladimir Putin iş qrafikinin zəngin oldugunu bəhanə gətirərək mədəni sutətdə görüşdən imtina etdi. Rusiyanın baş naziri Dmitri Medvedev isə yalnız Nikolun israrlı xahişdən sonra protokol qaydasında onunla "işçi” görüş keçirdi. Bu incə məqamlar rəsmi Moskvanın Ermənistana yönəlik taktiki gedişlərini müəyyənləşdirməyə imkan verdi.

Xatırladım ki, ötən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiyanın Ermənistanla baglı siyasətində korrektələrin ediləcəyi anonsu verilmişdi. Putin bu ölkə ilə siyasi və iqtisadi əlaqələrin dinamikasının Paşinyanın atdıgı addımlara adekvat olacagını açıq aşkar bəyan etmişdi. Rusiyanın Ermənistanda əsas investor olduğu, bu ölkəyə kubu cəmi 150 dollara ucuz qaz verildyi, habelə atom və istilik enerjisi sahəsində dəstək göstərildiyi xatırladılmışdı. Putin bu açıqlamasıyla Ermənistan iqtisadiyyatının 75%-ni Rusiya kapitalının təşkil etdiyinə işarə etməklə bu ölkənin iqtisadi asılılıgına eyham vurmuşdu. Cari ilin yanvarında qazın kubunun 200 dollara qaldırılması ilə baglı Rusiya tərəfindən açıqlama veilməsi və Ermənistanda buna adekvat etirazların başlaması təsdiq etdi ki, Paşinyan hökumətinə təzyiqlər başlanıb. Ermənistan rəhbərliyinin sözdə strateji dost saydıgı əməldə isə antirus siyasət yürütməsi sonda erməniləri iqtisadi məngənəyə salır. Nikolun Rusiyaya iqtisadi münasibətləri qaydaya salmaq məqsədi güdən son səfərinin ugursuz alınması da ötən ilin sentyabrında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə cavabı kimi də dəyərləndirilə bilər.

Nikol Paşinyanın 2018-ci il mayında çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra ölkədə rusofob meyillərin güclənməsi və hakimiyyət postlarına da antirus mövqeli insanların gətirilməsi də məslədə az rol oynamayıb. Məsələn, Ermənistanın müdafiə naziri vəzifəsinə NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan təyin edilib. Bu şəxs 1998-ci ildən NATO əməliyyatlarının birgə komandanlığında müxtəlif vəzifələrdə çalışıb. 2004-dən 2007-ci ilədək Ermənistan silahlı qüvvələrinin qurumdakı nümayəndəsi olub. Xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən rus saytlarında qeyd olunub ki, NATO-da işlədiyi vaxt David Tonoyan 2005-ci ildə ABŞ xüsusi xidmət orqanlarına işləməyə başlayır və məhz bundan sonra onun karyerasında yüksək sıçrayış baş verir.
Ermənistanın diaspor nazirinin müavini Babken Ter-Qriqoryan Parisdə böyüyüb, gəncliyi ABŞ-da keçib və orada da təhsil alıb. Ermənistanda Ter-Qriqoryan Soros fondunun həyata keçirdiyi proqramların koordinatoru olub, "Transparency International”da və planetin müxtəlif "qaynar nöqtələrində” ərazilərin minadan təmizlənməsi ilə məşğul olan "HALO Trust” təşkilatında işləyib. Rusiya xüsusi xidmət orqanları "HALO Trust” təşkilatını casusluqda ittiham edib. Ter-Qriqoryan Paşinyanla birgə keçirilən aksiyalarda Putinin ünvanına çox təhqiramiz söyüş yazılan plakatı tutduğu şəkli ilə də çox məşhurdur.
Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da "Transparency International”da seçki proqramlarının koordinatoru vəzifəsində çalışıb. Məlumat üçün deyək ki, "Transparency International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros fondu tərəfindən maliyyələşdirilir.

Dövlət nəzarət xidmətinin rəisi David Sanasaryan erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi qərbyönümlü "İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob reputasiyaya malikdir. Rusiyanın İrəvandakı səfirliyi önündə keçirilən anti-rus aksiyalarında mütəmadi iştirak edib, rus hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edir. Sanasaryan Rusiyaya nifrət etdiyini heç də gizlətmir.
Əmək və sosial məsələlər naziri, "Yelk” blokunun üzvü Mane Tandilyan Ermənistanın Amerika universitetində menecment ixtisası üzrə təhsil alıb. 2009-cu ildən ABŞ şirkəti "Sinopsis Ermənistan”ın maliyyə direktorudur. Elm və təhsil naziri Araik Arutyunyan qrant təşkilatı olan "Helsinki assossiasiyası”nda çalışıb. 2014-cü ildən isə "Transparency International”da işləyib. Rusiyada bu təşkilat "xarici agent” kimi tanınır. Onlar da Ermənistanın Rusiya ilə münasibətlərinin yaxşı heç nə vəd etmədiyini qurtuluş yolu kimi Qərblə əməkdaşlıgın qurulmasında maraqlıdırlar.
Ermənistan baş nazirinin də ABŞ və Qərbi Avropa ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya dairələrində Ermənistana qarşı inamsızlığı daha da artırır. Xarici siyasət kursunda qeyri-müəyyənlik, məsələlərə qeyri-adekvat münasibəti ilə seşilən Paşinyan xaricdə də ciddi siyasi fiqur kimi qəbul olunmur. Misal olaraq, BMT-nin 73-cü sessiyasında iştirak üçün dəvət edilən Nikol həmin dəvətdən imtina etdi. Səbəb kimi isə İrəvanda keçirilən mer seçkilərini göstərmişdi. Halbuki Paşinyanın Nyu-Yorka səfərdəm imtina etməsinin başlıca səbəbi onun Donald Trampla görüş istəyinə razılığın verilməməsi idi.
Onun ölkə daxilində bir cür xaricdə isə fərqli siyasi mövqe sərgiləməsi bu insanın təfəkkür probleminin oldugunu göstərir. Nikol Paşinyanın hədəfləri qeyri-müəyyən olan gedişləri ilə baglı siyasi ekspertlərin yanaşmaları da maraqlıdır. Rusiya analitiki, Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin virtualaz.org-a açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin aydın və əvvəlcədən proqnozlaşdırıla bilən hərəkət edir. Tərəddüd edən Nikol Paşinyan onun çox xoşuna gəlmir, amma hələ ki bu, necə deyərlər, işçi məsələdir", - deyə Aleksandr Duqin vurğulayıb.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan tərəfdarlarına məktubda Nikol Paşinyan hökumətini siyasi savadsızlıqda və kobud səhvlər buraxmaqda itiham edib: "Yaxın vaxtlarda biz məyusluq dalğasının şahidi olacağıq. Daxili və xarici siyasətdə, iqtisadiyyatda fiksə olunacaq səhvlərin bədəli çox ağır olacaq. Təəssüf ki, hər birimiz bu səhvlərə görə cavab verəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən səhv ağır nəticələrə səbəb ola bilər. Mən iki aydır azadlığımdan qanunsuz məhrum olsam da, Ermənistan, Qarabağ və regiondakı hadisələri yaxından izləyirəm. Aydındır ki, təəssüf ki, Baş nazir Paşinyanın rəhbərlik etdiyi hakimiyyət orqanları siyasi və dövlət rəhbərliyi baxımından çox zəifdirlər”

Ermənistanın keçmiş hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün facebook səhifəsində yazıb ki, Nikol Paşinyan ölkəni təmsil etməyi öyrənməmiş daxili istehlak üçün baş nazirdir. Onun baş nazirliyi dönəmində erməni-Rusiya münasibətlərində "qırışlar" əmələ gəlib. Ermənistanda Rusiya biznesinə təzyiq davam edir və buna görə də Rusiya Federasiyasının böyük biznesini Ermənistanda investisiyalar qoymağa inandırmaq çətin olacaq.
Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirib ki, indi yeni erməni hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin qurulması prosesi gedir. Amma bu qurulma uğurlu alınmır, hər şeydən görünür ki, Moskvada indiyə qədər İrəvanın xarici siyasətinə kifayət qədər ehtiyatla yanaşırlar.

Nikol Paşinyan hazırda Rusiyanın qəbul etmədiyi, qeyri-müəyyən addımları ilə Ermənistan cəmiyyətində başsız baş nazir kimi tanınır. (Ermənilər Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar). Özlüyündə Qərbyönümlü siyasət kursu yürüdən reallıgda isə Ermənistanın təcridinə yönələn bu siyasi kurs Ermənistanın siyasi və iqtisadi çöküşünü sürətləndirir. Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycana həqiqi strateji müttəfiq kimi yanaşması və bunun yüksək səviyyələrdə etirafı diplomatik ugurlarımızın daha bir göstəricisidir.

Elnur Hacıəli
OXŞAR MÖVZULAR
loading...