Impera

XƏBƏR LENTİ
02:01Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?01:48Erməni generaldan Qarabağla bağlı son dəqiqə aşıqlaması : Paşinyan İlham Əliyevlə razılaşdı23:45Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”23:38Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO23:36Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik16:04Bakıda cadugər məhşur milyonçunu görün nə hala saldı - VİDEO15:44GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var15:42Hava dəyişkən buludlu olacaq15:27“Bir kərə yüksələn bayraq bir daha enməz” – Ərdoğan - VİDEO15:25Qeydiyyat-İmtahan İdarəsində yenə - "Köhnə hamam, köhnə tas"dır...15:13Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır15:04İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması14:33"Bandotdel"dən uğurlu əməliyyat: “Beluqa Tahir”in mütəşəkkil dəstəsi ifşa edildi - FOTO14:24Göygöl DYP-yə yeni rəis təyin olunub12:02“Evrascon” ASC şirkətində maaş QALMAQALI: 5 aydır məvacib ala bilməyən 1000-dən çox işçi etiraza qalxdı11:29Texniki Universitetdən Baş Lift İdarəsinə və gömrük generalına qədər gedən maxinasiya labirinti-ARAŞDIRMA10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Süpürgəçi işlədiyini ailəsindən gizlədən qadın: - “8 Mart günü işdə olacam”

07 mar 2017, 07:33   
Süpürgəçi işlədiyini ailəsindən gizlədən qadın: - “8 Mart günü işdə olacam”

















Biz səhər harasa getmək üçün evdən çıxanda şəhər küçələrinin ya təmiz olduğunu, ya da əlində süpürgə olan müxtəlif yaş kateqoriyasına aid qadınların oraları təmizlədiyini görürük. Görürük və keçirik. Halbuki həmin qadınların hər biri özü ilə bir insan hekayəti daşıyır: öz hekayətlərini. Biz də 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində o qadınlardan biri ilə söhbətləşdik. Beləliklə, “Report” Bakı küçələrini süpürən qadınlardan birinin həyat hekayətini təqdim edir.
Süpürgəçi işlədiyini ailəsindən gizlədən qadın
Yazımın qəhrəmanı ilə şəhərin parklarından birində rastlaşdım, sözün düzü, siması mənə çox xoş gəldi deyə məhz ona yaxınlaşdım, çox ehtiyatla məqsədimi dedim. O isə “Qızım, səninlə söhbət etmək mənə xoş olardı, amma bağışla, danışmaq istəmirəm, birdən şəkil çəkib qoyarsan, adımı yazarsan, axı mənim ailəm süpürgəçi işlədiyimi bilmir” - dedi.
Tanımadığım bu qadının simasındakı ifadəni, gözlərini aşağı salmasını görüb çox təsirləndim. Təbii ki, kimsə özünün, ahıl valideyninin, həyat yoldaşının, qız övladının soyuqda, istidə, boranda, qaranlıqda yola çıxmağını və küçələrdə ictimai işləri ilə məşğul olmasını istəməz, demək ki, bu qadınlar hansısa səbəbdənsə buna məcburdurlar.
Ona söz verdim ki, nə foto çəkəcəm, nə də adını yazımda qeyd edəcəm. Çətinliklə də olsa razılaşdı.

Nəhayət G.M. ilə söhbət etməyə başladıq. Öncə nəyə görə ailəsindən işini gizlətdiyini soruşdum, o isə “Mən süpürgəçi işləməkdən utanmıram, bala. Amma bilirəm ki, həyat yoldaşım süpürgəçi işləməyimə razı olmayacaq. Mən isə məcburam işləməyə, çünki o, iş tapa bilmir, evimizə də hardansa pul gəlməlidir. Bu səbəbdən də, ona restoranlardan birinin mətbəxində işlədiyimi demişəm” - deyə cavab verdi.
58 yaşlı G.M.-nın üzünə sanki nurlu bir sima hopmuşdu, əsl Azərbaycan qadını, fədakar Ana, həyat yoldaşı... O, Bakıda anadan olub, ailə qurandan sonra sovet respublikalarından birinə köçüblər. Uzun müddət orda yaşayıblar, orada da üç övlad dünyaya gətirib: iki qız, bir oğlan.
İmkansızlığın hekayəti
“Mən məcbur qalıb bu işlə məşğul oluram. Təhsilim də var, texnikumda oxumuşam. Əvvəllər yaşadığım ölkədə 8-9 il zavodda işləmişəm. Orda hər şey yaxşı idi, təəssüf ki, qalmağımız mümkün olmadı”, - deyir müsahibimiz.
G.M. Bakıya gələndən sonra müxtəlif yerlərdə çalışıb. Təmizlik işləri ilə məşğul olmağa da məcbur olub. Ən çox özəl şirkətlərdə işləyib. Qəhrəmanım tənha qocalara baxıb, 11 qocanın evinə ərzaqlarını alıb aparıb, onlara yardım və nəzarət edib. Həmin qocaların problemləri olanda, səhhəti pisləşəndə müvafiq qurumlara xəbər verirmiş. Söhbət etdikcə insanlara yardım etməyi, xeyirxahlığı sevən bu qadının simasındakı nurun səbəbini də öyrənmiş oluram.
“Yolda buz çapırıq, qar təmizləyirik...”
G.M. ötən ilin ortalarından süpürgəçi işləməyə başlayıb. Deyir işin ağırlığı müxtəlif ərazilərdə işləməyə məcbur olmalarıdır: “Bir yerdə işləmirik, aparırlar fərqli yerlərə. O yola çıxırıq, bu yola aparırlar. Soyuqda lap çətindir... Yollar buz bağlayır, səhər tezdən işə gəlmək olmur, gələndə də işimiz çox ağır olur. Yolda buz çapırıq, qar təmizləyirik. Səhər 7-də işə başlayırıq, 16:00-da işimiz qurtarır. Ən pis işdi, bala. Amma pul qazanmaq üçün işləməliyik”.
Qəhrəmanım deyir ki, küçəyə hər cür zibil atırlar: “Parklara isə daha çox “semiçka”, siqaret tökürlər. Zibili atanlar düşünməlidirlər ki, biz məcbur olub bu işlə məşğul oluruq, çox çətin işdir, çox... Onlar isə bizim işimizi daha da çətinləşdirirlər. Axı şəhərdə addımbaşı zibil qutuları var, xüsusən də parklarda...”

Ağır işlə məşğul olanların istirahəti
Müsahibim və onun iş yoldaşları istirahət günlərini özləri seçir. Lazım olanda, istəyəndə müdirləri onlara icazə verir. G.M. rəhbərliyindən razıdır. Deyir nəsə kömək istəsələr edir, hətta səhhətlərində problem yaranarsa (məsələn, başları ağrısa) müəyyən müddətlik dincəlməyə də icazə verirlər onlara...
Harda dincəldiklərini, nə yediklərini soruşuram. Qəhrəmanımız deyir ki, saat 11-də onların istirahət vaxtı başlayır və 2 saatadək davam edir: “İcra hakimiyyəti bizə dincəlmək üçün yer ayırıb. Orada otururuq, yeyirik, istirahət edirik. Yeməyimizi evdən gətiririk. Ürəyimiz nəsə istəyəndə atışırıq yoldaşlarımızla, ərzaq alırıq, bişiririk”.
Bu qədər çətinliklərə, ağır işə baxmayaraq işindən narazı olmadığını deyir müsahibim. Olduğu vəziyyət üçün şükür edir, şükür edir ki, əziyyət çəkib, alın təri ilə halal pulunu qazanır. G.M. həmçinin deyir ki, ailəsinə, həyat yoldaşına dəstək olmalıdır: “Övladlarımdan biri Bakı Dövlət Universitetini bitirib, magistratura pilləsindədə oxuyub, amma iş tapa bilmir. Ailədə hər kəs bir-birinə dəstək olmalı, kömək etməlidir. Yükü bir nəfərin üstünə atmaq olmaz”.
Süpürgəçilərin bayramı günü və bayram hədiyyəsi
“Şənbə, bazar, bayram günləri necə, istirahət etməyə icazə verirlərmi sizə” – sualıma “Təbii ki, hamıya birdən icazə vermək olmaz. Bayram günlərində də öz istəyimizlə icazə ala bilərik, yəni kim istəyirsə. Elə işçilər də var ki, heç istirahət günü götürmür, yəni istirahətsiz işləyir. Məsələn, mən bu 8 Mart günü işdə olacam”.
G.M. deyir ki, hər bayram maaşlarına əlavə olur: “Bayramlarda bəzi vətəndaşlar bizə hədiyyə verir: ərzaq, qurbanlıq ət...”.
P.S. Məqalədəki təsadüfi fotoların yazının qəhrəmanı ilə əlaqəsi yoxdur.
OXŞAR MÖVZULAR
loading...