Impera

XƏBƏR LENTİ
10:58Yeni bahalaşma dalğası gözlənilir...10:54MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib10:47İcra başçısı Əziz Əzizovun “Sovetski”dən qazandığı milyonlar10:45“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)10:38Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir10:36Bu ərazilərdə qaz təchizatı dayandırılır10:33Nazirin bacısının yanlış müalicəsi...10:28Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir09:56“Instagram” istifadəçiləri nasazlıqdan xəbər verdilər09:54Arzu Rəhimovun yerinə onu gətirirlər?09:49SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər09:45Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”09:34“İnşaat konstruksiyaları” MMC öhdəliklərinə əməl etmir: hər sakindən min manat rüşvət09:30"Dövlət qurumları Ramiz Mehdiyevin məktubuna əhəmiyyət vermir”08:56Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko21:08Prezident Macarıstanın Baş Naziri ilə görüşüb18:48Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO18:37Sabirabaddan prezidentə müraciət olundu - VİDEOİTTİHAM18:34"Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" - Vasif Məhərrəmli - VİDEO18:30Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH18:26Mətanət Əsədova ərə gedir – VİDEO18:24Türk ordusunun hücumu: Plan, hədəf və nəticə - VİDEO18:21Suriya ordusu Türkiyə ilə sərhəddin 6 km-nə qədər yaxınlaşıb - VİDEO18:16Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi18:14Duman olacaq, külək əsəcək18:10Hokkey matçında azarkeş xanım rəqsi ilə qalmaqal yaratdı - VİDEO18:03Kərim: Təranəyə görə atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular – VİDEO18:00Aprel şəhidlərinin övladları ilə “Qarabağ”da görüş - VİDEO17:56ENERJİ İÇKİLƏRİ: GƏLƏCƏYİMİZƏ TUŞLANMIŞ ÖLDÜRÜCÜ SİLAH17:53Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO17:50Binəqədidə ustalardan haqq yığan “Polis Seymur” – Rayon DYP-nin rəisi Mərdan Əliyevin bundan xəbəri varmı?17:46Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı17:40Ərdoğan Bakı səfərindən danışdı - VİDEO17:38İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı17:35İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO17:32İlham Əliyev Ərdoğanla görüşdü - FOTO17:29DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?17:23Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi11:58Vilayət Eyvazov yeni rəis müavini təyin etdi11:49"TƏHSİL NAZİRİ MƏKTƏBDƏ BAŞ VERMİŞ CİNAYƏT FAKTLARINI ÖRT-BASDIR EDİR" - VİDEO11:47Sakinlər Nazim İsmayılovu tapa bilmir...11:44Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb11:40VALİDEYN SUMQAYIT TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ HƏDƏLƏDİ:“BİR ŞEY OLSA..”11:01Gəncədə Vəliyevlər getdi, indi Yusibovlar kabusu – İddialar…10:56“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm10:54Mehriban Əliyeva akademikin vəfatı ilə bağlı başsağlığı verdi10:53Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?09:58“Leş Tofiqin terroru”: “Ovçular” kolbasası yeməlidir?09:48“Qaçqınkom” şefi “sudan quru” çıxmaq istəyir09:45MÜƏLLİMƏ ELDAR QULİYEVDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLADI09:00Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir? - FOTO00:22Paşinyanın casusla yazışması üzə çıxdı - İrəvan çalxalanır00:16SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?23:50Allahverdi Əzizov Beyləqan icra hakimiyyətini "əxlaqsızlıq yuvası"na çevirib - İDDİA23:26Azər Axşamın həyat yoldaşı Səbinə Şabanova - " Azərbaycanda kişi yoxdu,Mübariz İbrahimov da kişi deyil, ermənilər ona..."(FOTAFAKT)23:14Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!23:12Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir, katib - SIYAHI21:29GƏNCƏ ORTA MƏKTƏBLƏRİNDƏ PUL YIĞILIR - ŞİKAYƏT21:13Zakir Qaralov yeni prokuror təyin etdi20:05Astara icra hakimiyyəti MTN işində təqsirləndirilən Zaur Abıyevlə 259 min manatlıq müqavilə bağladı18:25Türk əsgərlərinin Suriyadakı bu görüntüləri hər kəsi kövrəltdi - VİDEO17:3725 dərəcə isti olacaq17:34İtkin düşmüş balıqçı ilə bağlı Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət edildi - VİDEO17:31SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq17:28İlham Əliyev icra başçısını təltif etdi12:09"Azəriqaz" yenə də narazılıq yaradır...12:05"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: 415 terrorçu... - VİDEO12:02GDU-da əmək haqqı böhranı davam edir09:59SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb09:54Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görüldü16:41Bakının məşhur gecə klubunun adı daha bir qalmaqalda16:38Əbülfəz Məlikov həbs olunarsa –Nələr ortaya çıxacaq?16:31Sabah 27 dərəcə isti olacaq16:28"53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib."16:24FHN: yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırılır - FOTO - VİDEO16:16İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO16:10DTX terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO16:07Vilayət Eyvazovdan ciddi dəyişikliklər:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…13:09BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?13:02Lənkəran şefi biznesə girişib...12:51İrana məxsus gəmi VURULDU — VİDEO12:48Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı: Şok - VİDEO12:41Metroda karta pul yükləməyə ehtiyac olmayacaq — "Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR12:37Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO12:31"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə hansı general satdı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO12:24“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - VİDEO12:16“Novruz Məmmədov" Dadaşlinskidən iş istəyib - VİDEO12:14Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO12:10Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO12:07"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"12:04Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində...12:02Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar – VİDEO11:58Azərbaycanda kişi və qadın pensiyaçıların sayı açıqlandı11:55Cavid Qurbanov: İlin sonuna qədər iki qatar alınacaq11:53SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək11:51İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - FOTO11:45“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO11:41Naxçıvanlı iş adamı Moskvada baltalandı - VİDEO11:10"Sən bu cəmiyyətə nə vermisən ki, yaltaqlanmaqdan başqa" - PARTİYA SƏDRİNDƏN SƏRT SÖZLƏR/VİDEO11:07Emmanuel Makron İlham Əliyevdən dəstək istədi
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası

16 sen 2019, 23:03   
Onlar pullarını Türkiyəyə daşıyır - Məmurların biznes imperiyası

Son illərdə Türkiyədə daşınmaz əmlak sahibi olan həmvətənlərimizin sayı durmadan artır.

Statistik göstəricilər onu deməyə əsas verir ki, qardaş ölkədə əcnəbi vətəndaşlara satılan ümumi əmlak sayında ölkəmizi ilk beşliyin içində yer alır, bəzən birinci və ya ikinci yerləri tutur.
Türkiyə tərəfinin rəsmi hesablamalarına görə, azərbaycanlılar orada təkcə son iki ildə 100-dən çox torpaq sahəsi və 1000-nə yaxın ev alıblar.
Həmin rəqəmlərdə Azərbaycanın indiki və sabiq məmurlarının, deputatlarının isə böyük payı var. Belə ki, xüsusilə son bir neçə ildə bizim hazırkı və keçmiş yüksək vəzifəli şəxslərimizin, Milli Məclisdə vaxtilə və indi təmsil olunanlarımızın Türkiyəyə marağı hədsiz artıb, bu marağın kökündə isə şübhəsiz biznes məqsədləri dayanır.
“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo hazırda Türkiyədə biznesi olan indiki və sabiq məmurların, deputatların kimliyini araşdırıb. İndi həmin araşdırmanı sizə təqdim edirik.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (indiki "Xəzər Dəniz Gəmiçiliyi" QSC) sabiq rəisi Aydın Bəşirov tutduğu vəzifədən azad edilməmişdən bir neçə ay əvvəl Türkiyədə gəmiçilik şirkəti qurub. Həmin vaxt həmin şirkətin ümumi dəyəri 120 milyon manat olan yük və sərnişin gəmisinə malik olduğu bildirilirdi.
İstanbulda yerləşən "Sailtrade Denizcilik ve Ticaret Ltd" adlı şirkətin təsisçilərindən biri isə Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur. O zaman yayılan məlumatlarda iddia olunurdu ki, maliyyə vəsaiti Aydın Bəşirova məxsus olan şirkət, XDGİ-dəki korrupsiyadan əldə olunan qeyri-qanuni vəsaitlər əsasında yaradılıb. "Sailtrade Denizcilik ve Ticaret Ltd" şirkəti 2009-cu ildən fəaliyyətdədir. Ticarət və daşıma ilə məşğul olan bu qurumun 20-yə qədər gəmisinin olduğu da deyilirdi.
Məlumata görə, sabiq "gəmiçilik şefi" indinin özündə də vaxtının böyük hissəsini qardaş ölkədə keçirir, Azərbaycana çox nadir hallarda gəlir. Onun Türkiyədəki biznesini son illərdə xeyli böyütdüyü və şaxələndirdiyi də əldə etdiyimiz məlumatlar arasındadır.
Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, Azərbaycan KİV-ində elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmaqda ittiham edilən sabiq deputat Ayaz Orucovun da Türkiyədə biznesi və çoxsaylı əmlakları var. Keçmiş millət vəkilinin təkcə İstanbulda evləri və ofisləri ilə yanaşı, ticarət mərkəzlərinin, fabrik binasının olduğu deyilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hacı Salayevin də Türkiyədə biznesinin varlığı məlumdur. Onun oğlu, "AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən "Alliance Capital İnşaat Telekmmunikasion Sanayi ve Ticaret Limited" şirkətinin sahibidir. Şirkət 2012-ci ilin iyununda qeydiyyatdan keçib, yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.Deputatın digər oğlu Turqut Salayev isə qardaş ölkədə 2017-ci ilin avqustundan "Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti"ni yaradıb.
Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun da Türkiyədə biznesinin olduğu deyilir. Onun bu ölkədəki biznes fəaliyyətinə oğlu Vüsal Qaraşovun nəzarət etdiyi vurğulanır.
Türkiyədə biznes quranlar arasında sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da var. Onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovun gəlini olan qızı adıçəkilən ölkədə ünlü moda evinin sahibidir. Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Əsədov Türkiyəyə tez-tez getməyə başlayıb. Qardaş ölkədə biznes işlərinə girişən Əsədov orada qərar tutmağa çətinlik çəkir və bu üzdən də mütəmadi olaraq Bakıya gəlir.
Ötən il yerli mətbuatda eks "kənd təsərrüfatı şefi"nin Türkiyədəki biznesini genişləndirmək adına paytaxtdakı bir neçə villasını satmaq niyyətində olduğuna dair məlumatlar yayılmışdı.
1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun isə Türkiyəyə bağlayan sırf biznes deyildi. Daha doğrusu, Ələkbərov bu ölkədə kiçik bizneslə məşğul olmaqdan başqa, həm də özəl şirkətlərdən birinin Müşahidə Şurasında təmsil olunur, başqa bir şirkətdə isə baş məsləhətçi işləyirdi.
O, eyni zamanda Türkiyədə elmi işlərini də davam etdirirdi. Keçmiş nazir 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsinə təyin olunub.
Başda İngiltərə olmaqla, bir sıra Avropa ölkələrində gəlir yerləri olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir zamanlar çox nəhəng sayılan "biznes imperiyası" Türkiyədə də lövbər salmışdı. Hələ 2014-cü ildə yerli mediamız yazırdı ki, onun oğlu Anar Məmmədovun qardaş ölkədə birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti" və "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti" şirkətləridir.
"Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsinin hazırlamaq və inşa etmək kimi göstərilirdi.
"Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti” isə bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahələrinin memarlıq layihəsini hazırlamaq və inşa etməklə məşğul olur. Ümumiyyətlə isə Məmmədovlara və onların ailəsinə yaxın şəxslərin adına Türkiyədə bir çox şirkət, daşınmaz əmlak və s. olduğu deyilir.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...