Impera

XƏBƏR LENTİ
22:48Balaca çempion Aydın Əzizov problemlərlə üz-üzə - VİDEO22:43Seymur Həzi azadlığa buraxıldı22:41Tərtərin bir tərəfində şəhid adına olan susuz bulaq, bir tərəfində isə İcra başçsının sayı hesabı biinməyn obyektləri!" - VİDEO22:31Yollarda təhlükə – Sürücü dövlət nömrə nişanını palçıqla bağlayıb – VİDEO22:17Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”22:13Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO22:0973 yaşlı bu qadın İngiltərədən piyada Azərbaycana gəlir - VİDEO22:03Mehdi Cəbrayılov: “Zamin Qələndərovun DƏLƏDUZluğuna hüquq mühafizə orqanları niyə biganə yanaşır? – VİDEO MÜRACİƏT16:39TÜRKLƏR “GUCCİ”NİN ERMƏNİ MODELİNİ LAĞA QOYDU – VİDEO16:3716 dərəcə isti olacaq16:29Sabir Rüstəmxanlının qardaşı haqda həbs qərarı verildi16:12ADAU-DA DEKANLIQ QALMAQALI – İNAM KƏRİMOV BU BİABIRÇILIĞA NƏ DEYƏCƏK?16:08Yeni icra başçısı müavinini vəzifəsindən kənarlaşdırdı16:02Azərbaycanda iki tanınmış məmur quda oldu15:56ŞƏKİDƏ 2500 HEKTAR YAŞILLIQ ƏRAZİSİ MƏHV EDİLİB – VİDEO15:19“RELAX” İSTİRAHƏT MƏRKƏZİ DEPUTAT İQBAL MƏMMƏDOVDAN ALINDI – VDİEO15:17YARDIMLI MEŞƏSİNDƏN ŞİKAYƏT VAR – 500-DƏN ARTIQ AĞAC MƏHV EDİLİB15:07Ağdamın icra başçısı aprel qazisini incidir - VİDEO11:23Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü09:47Bu gündən məktəblilərin payız tətili başlayır09:42Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - VİDEO09:35170 min dolları mənimsəyən Hicran Huseynovanı bu dəfə kim qoruyacaq?09:27Vilayət Eyvazovdan yeni - TƏYİNAT09:24İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO22:00Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı - VİDEO21:49Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi - VİDEO21:34Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - VİDEO21:27Kütləvi sayğac dəyişdirilməsi dayandırılıb21:21Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş - FOTO21:14Alimlərdən şok açıqlama - VİDEO20:24İstirahət günlərində hava necə olacaq?20:18Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir18:11"Nərimanov icra hakimi beş minimi ödəməyib" - Könül Xasıyevaya18:05Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub18:00Azərbaycan Gömrüyündə Azərbaycan qanunları işləmir17:52İlham Əliyev Xalq artistinə ev verdi17:48İlham Əliyev Sultan Dadaşovu təltif etdi17:46Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib11:31“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”11:12Dini liderlər Bakıda - VİDEO11:09Oqtay Şirəliyev niyə istefa vermədi?11:04Baş həkimi Robert Əyyubovun adıyla aldadıb 100 min pul alıblar11:00Nazir yəqin burada baş verənlərdən xəbərsizdir...10:27Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ10:16ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO10:10Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin bir qrup sakini dövlət başçısına müraciət etdi... - VIDEO09:45Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu09:39Elmira Süleymanova istefa ərizəsi yazıb09:37Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları09:32Paytaxda yanğın olub - VİDEO08:54Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə - TƏYİNAT08:45Mehriban Əliyevadan Dünya dini liderlərinin II Bakı Sammiti ilə bağlı paylaşım08:42Elmar Vəliyev türk iş adamına 770 MİN MANAT "ATIB"21:08“Ata ocağı" serialının aktrisası evlənir - FOTO20:54TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO19:07Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi18:51Deputat: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib18:42Qoşunlar yerdəyişmə tapşırıqlarını icra etdi - VİDEO18:32"Whatsapp" bu istifadəçiləri bloklayacaq18:24İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi18:19İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü15:33Mikayıl Cabbarov xəbərdarlıq etdi15:26Türkiyədə hərbi hissədə partlayış - VİDEO15:23Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO15:19Aksiz markası olmayan spirtli içkilər aşkarlanıdı - VİDEO15:12Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı – FOTO15:04Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir14:47“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil14:35Yağışlı hava davam edəcək14:31Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO13:32“Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik” - Diaspor təşkilat sədri13:24SAHİL BABAYEV KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK13:03Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? - VİDEO12:59İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:52Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub11:48Vilayət Eyvazovdan yeni - TƏYİNAT11:42İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində11:38ABDİN FƏRZƏLİYEV SAKİNLƏRLƏ NÖVBƏTİ SƏYYAR QƏBUL KEÇİRMİŞDİR11:32“FHN-nin ləğvi səmərli idarəçiliyə gətirib çıxaracaq”11:27“Azərenerji” qışa tam hazırdır - VİDEO09:21“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı09:18İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?09:14ABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb - VİDEO08:50Almaniyada saxlanılanlar arasında Əlövsət Əliyev də var21:55Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm" - VIDEO21:43“Get, məşq et, Ramil” - VİDEO21:34Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb21:25Ağdaşın deputatı ilə bağlı şok iddialar...21:21İcra başçısının abadlaşdırma işlərinin mühüm nüansları...21:02Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə20:15Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq...20:06Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ20:03Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”19:59Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO16:13İlham Əliyev Cavid Qurbanovu qəbul edib16:02Ata meşədə mal-qara üstündə oğlunu bıçaqladı - VİDEO15:58Üzən metal hazırlanıb - VİDEO15:54Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - VİDEO15:25Zərdab rayon Polis şöbəsinin əməkdaşları ailəyə şiddət yaşadıb - VİDEO15:16Qazaxıstanda un kəskin bahalaşdı
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm

14 okt 2019, 13:56   
“Yüksəliş” - Müasir idarəetmə sistemi üçün effektiv mexanizm

Elşad Miraləm yazır...

Azərbaycanda dövlət idarəetmə sistemi yeni mərhələyə qədəm qoyur. Daha dəqiq ifadə etsək, bu sistemin ən vacib elementi olan kadrların seçilməsi mexanizmi ənənəvi üsullardan tamamilə fərqli bir mexanizm əsasında həyata keçiriləcək.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması - Azərbaycan Prezidentinin “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncamı məhz bu üç mühüm məqsədi özündə ehtiva edir.
Hər bir ölkə üçün intellektual, müasir təfəkkür tərzinə və yeni idarəçilik təcrübəsinə malik kadr bazasının formalaşdırılması dövlətin inkişafının əsas şərtlərindən biri kimi qəbul edilir. Bu baxımdan, təklif olunan yeni mexanizm ölkənin bütün vətəndaşlarına dövlət idarəçiliyində təmsil olunmaq üçün bərabər imkanlar yaradır.
Müasir Azərbaycan reallığında bu, inqilabi addım kimi də xarakterizə oluna bilər. Ölkənin hər yerində yaxşı təhsil görmüş, lakin obyektiv və ya subyektiv səbəblərdən öz potensialını reallaşdırmaq üçün imkan tapmayan yüzlərlə, bəlkə də, minlərlə vətəndaşa bütün intellektual, idarəçilik keyfiyyətlərini nümayiş etdirmək üçün ənənəvi amillərin təsirindən kənar yeni bir platforma təqdim olunur.
Platformanın əsas üstünlüyü hər kəsə bərabər şərtlərə əsaslanan imkanlar yaratmasındadır ki, bu da sosial lift mexanizmlərinin işə salınması deməkdir. “Yüksəliş” ən ucqar kənddə sadə həyat tərzi keçirən bir gənclə paytaxtda yaşayan həmyaşıdları arasında bərabərlik işarəsi qoyur! Nəticədə, rəhbər kadrların seçilməsi, formalaşdırılması üçün mövcud olan qapalı dairə indi müasir, intellektual səviyyəsi yüksək olan bütün insanların üzünə açılır.
Digər bir vacib məqam, heç şübhəsiz, nəhəng və çoxşaxəli dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi, daha çevik elementlərlə zənginləşdirilməsi ola bilər. Sosial-iqtisadi islahatların çox sürətlə həyata keçirildiyi Azərbaycanda çevik idarəetmə mexanizminə indi daha çox ehtiyac var.
Əlbəttə ki, indiki modelin bu tələblərə tam cavab vermədiyini söyləmək üçün ciddi əsaslar yoxdur. Lakin bütün digər sahələr kimi, idarəçilik sistemi də daim yenilənməyə, müasir və indi çox dəbdə olan ifadə ilə desək, yaradıcı olmağa məcburdur.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, süni intellektin bütün sahələri öz inhisarına aldığı indiki zaman kəsimində yenilikçi təfəkkürün nə qədər mühüm önəm daşıdığını izah etməyə, yəqin ki, ehtiyac yoxdur.
Etiraf etmək lazımdır ki, Azərbaycanda kadrlara bərabər imkanların yaradılması sahəsində uzun illər ərzində formalaşmış problemlər var və onları həll etmək artıq günün tələbinə çevrilib. Problemin, belə ifadə etmək mümkünsə, ən təhlükəli tərəfi ondan ibarətdir ki, ölkədə məhdud elita formalaşmağa başlamışdı. Bu da nəticə etibarilə cəmiyyətdə, əslində, bitərəf siyasi baxışlara malik müəyyən qrup və ya təbəqələrin marginallaşmasına şərait yaradırdı.
Məhz bu baxımdan, dövlət başçısının imzaladığı sərəncam idarəetmə sisteminin formalaşmasında yeni mexanizmlərin tətbiqinə, beləliklə, cəmiyyətdə müəyyən sosial qrupların təcrid olunması barədə formalaşmış təsəvvürlərin dəyişdirilməsinə xidmət edir.
“Yüksəliş” müsabiqəsinin ən vacib əhəmiyyəti də elə bundan ibarətdir. Bu mexanizm idarəçiliyə yeni münasibətin ifadəsi olmaqla yanaşı, həm də cəmiyyətdə konsolidasiyanın dərinləşməsinə, güclənməsinə xidmət edə bilər.
Və nəhayət, müsabiqə həm də ölkədə müasir tələblərə uyğun kadr bankının yaradılmasına xidmət edəcək. Azərbaycanda bu sahədə uzun illərdir bir sıra tədbirlər həyata keçirilib. Dövlət qulluğuna qəbul prosedurları xeyli dərəcədə şəffaflaşdırılsa da (test, müsahibələr), bu, daha çox orta və aşağı səviyyəli vəzifələrdə çalışmaq istəyən vətəndaşlar üçün əlçatan sistem kimi özünü ifadə edib.
Eyni zamanda, müxtəlif dövlət orqanları da işəqəbul mexanizmlərini təkmilləşdirsələr də, idarəedicilərin seçimi üçün geniş imkanlar açılmayıb. Ən əsası, bir çox hallarda kadrların seçimi zamanı subyektiv amillərin təsirindən yan keçmək mümkün olmayıb.
“Yüksəliş” müsabiqəsi isə daha yuxarı vəzifələrə layiq gəncləri daha ədalətli şərtlər əsasında müəyyənləşdirməyi hədəf götürüb. Bu baxımdan, yeni mexanizmin əhəmiyyətini artıran əsas amillərdən biri idarəetmə sistemi üçün daha keyfiyyətli kadr bankının yaradılması ola bilər.
İdeya kifayət qədər cəlbedicidir. Bir çox ölkələrin təcrübəsi də göstərir ki, belə bir mexanizmin tətbiqi Azərbaycanda bir addımla bir neçə sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasını təmin edə bilər.
Ən əsas məsələ həm də ondan ibarətdir ki, “Yüksəliş” Prezidentin ötən il başladığı kadr islahatlarının davamıdır. Sadəcə, bu müsabiqə keyfiyyət, forma və məzmununa görə daha böyük strateji hədəflərə istiqamətlənib.

Güninfo.az
OXŞAR MÖVZULAR
loading...