18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER ƏYALƏT

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim, AMMA…”(VİDEO)

Astara RTŞ-nin müdiri Rəşad Həsənova 200 manat pul, 1 balon bal rüşvət olaraq verilməsi iddia olunur.
GUNinfo.az-ın elektron ünvanına göndərilən müraciətdə belə deyilir.
Astara “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən redaksiyaya ünvanlanan müraciətdə deyilir:
“Bildiririk ki, Rəşad Həsənov son vaxtlar, demək olar ki, ən populyar təhsil müdiridir. Onun adı, haqsız işdən çıxartma, maxinasiya, rüşvət və bir çox “qaranlıq” işlərdə hallanmaqdadır.
YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN, Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı təhsil müdiri tərəfindən kəsilərək, pul müqabilində başqasına verilib. Biçarə qadın da dərs saatının qayıtması üçün məlum banklardan birindən faizilə kredit götürüb R.Həsənova gətirib. Biçarə müəllimə təhsil müdirinə  200 manat pul və işinin bal kimi getməsi üçün də  1 balon bal verib. Amma, nə dərs saatı qayıdıb, nə də pul ilə bal…
Köməksiz müəllimə çıxış yolunu yuxarılara yazmaqda görür. Təhsil nazirinə və bir çox yerlərə müraciət etsə də ona yardım edən tapılmayıb. Pulu və haqqı əlindən alınmış Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərova, R. Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan edir və səsinə səs verilsin deyə mediada işıqlandırılmasını xahiş edir. Biçarə qadın həmçinin Prezident ilham Əliyevdən, Mehriban xanım Əliyevadan və DTX-nin rəisi Əli Nağıyevdən də kömək istəyir…”

 

Bənzər yazılar

RUSİYADAN ŞOK RAZILAŞMA! Xocalı və Şuşanın kəndləri bu şərtlərlə qaytarılır, əvəzində… – VİDEO

admin

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin

“Deputatı Jalə Əhmədova seçiciləri təhdid və şantaj edir” – Qarabağ Qazisi ŞOK MƏLUMATLAR YAYDI

admin

TƏCİLİ XƏBƏR!Türkiyədə silahlı Rusiya casusları saxlanıldı – FOTO

Fikrət Fərhadoğlu

Ərdoğanın bu açıqlaması Kremli TƏLAŞA SALDI – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ!Azərbaycan Ermənistanı qazla təmin edəcək – Moskvanın Bakıdan ŞOK TƏLƏBİ

admin