19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

1 helikopter, 53 texnika, 220 yanğınsöndürən … – FHN-in növbəti qrupu Türkiyəyə yola düşdü



Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb.

GUNinfo.az Ucnoqta.az-a istinadən  xəbər verir ki, yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.
Qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və müvafiq tapşırıqlar verib.

Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çatacaq və birinci qrupun üzvlərinə qoşularaq yanğınların söndürülməsində iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup ötən gün Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

Bənzər yazılar

SON DƏQİQƏ: Ceyranbatan su anbarında dəhşətli yanğın – FHN təcili hərəkətə kecdi

admin

Deputat nazirə səsləndi: “Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

admin

SON DƏQİQƏ: Əhaliyə ŞAD XƏBƏR, minimum ƏMƏK HAQQI və PENSİYALAR ARTIRILDI – SƏRƏNCAM

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin

Şükürbəyli kəndində Azərbaycan bayrağı dalğalandırıldı – VİDEO

admin

Güzdəkdə yeni ünvana daşınan Sobsan boya fabrikindən növbəti ekoloji TERROR – VİDEO+FOTO

admin