13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Azərbaycan, Ermənistan və Rusiya dini liderləri təcili bəyanat yaydı – MƏTN

Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib ki, bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm.

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.

Bənzər yazılar

Ceyranbatan 1 saylı məktəbdə müəllimlər koronavirusa yoluxdu:Direktor isə…- VİDEO

admin

Laçının deputatı Mahir Abbaszadə litirlik arağını şəhid adına bulaqda soyutdu – KEF MƏCLİSİNƏ DAHA KİMLƏR QATILDI?- FOTOLAR

admin

İcra başçısı şəhid atası ilə qırğna çıxdı, təhqir etdib, haqqın taptadı(VİDEO + FOTO)

admin

Müdiri-təhsilin Bakıya 3 günlük gətirdiyi qət təzə xanım direktor – Masallıdan Türkiyəyə uzanan video konfrans DÜZƏNİ

admin

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin

“Dəfələrlə müraciət edilsədə, Astaranın icra başçısı və deputatı maraqlanmadı” – Qazi prezidentə üz tutdu(FOTO)

admin