13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

“Azərbaycan insanı Operativ Qərargahdan çox o arvadlara inanır”: DİN-ə, TN-ə, Allaha…

Pərviz Cəbrayıl
“Uşaqlığın son gecəsi” filmindəki Davudun sözü olmasın, vallah, qədeş, məsələ o tələbə bacoğlunun kasıb büdcəsindən oğurlanan 100 manatda deyil, əsas məsələ belə bir cinayətkar şəbəkənin illər uzunu arın-arxayın öz işində olması, bundan da bir hüquq-mühafizə orqanının xəbər tutmasındadı.  
Qısa yazmağa, sadəcə, faktı çatdırmağa çalışacağam.
“22 sentyabr tarixindən etibarən 1-ci və 4-cü siniflər, 29 sentyabr tarixindən 5-ci və 11-ci siniflərin tədrisi başlayır. 29 sentyabrdan həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq”, – Bu, təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə verdiyi şad xəbərdən sitatdı. Rayonlarda yaşayan kasıb tələbələrin qara günlərinin başlamasıyla bağlı şad xəbər!
Bundan bir həftə əvvəl isə tədrisin 29 sentyabrda başlayacağını bulaq başında yığışan arvadlar demişdi, ancaq Operativ Qərargah bildirdi ki, tələsməyin, hələ heç nə deyə bilmərik, səbirli olun, qərar vaxtında açıqlanacaq. Hətta deyəsən peyğəmbərlə bağlı bir hədisdən də sitat gətirdilər: “Heç nə vaxtından bir saniyə tez, bir saniyə gec baş verə bilməz”.
Bir qardaş isə hökumətin ləng qərarlarına öz şərhiylə möhür vurmuşdu: “Barı təhsil açılandan bir gün qabaq məlumat verin ki, çimə bilək”.
Əlbəttə, çimmək burda metafordu. Tələbənin klassik tədrisə başlaması üçün bir dünya qayğısı var ki, birincisi də gəlib Bakıda kirayə ev tapmaqdı.
Bildiyiniz kimi, ölkəmizdə 51 ali təhsil müəssisəsi var ki, onlarda da təxminən 180 min tələbə təhsil alır. O tələbələrdən üçü də mənim bacımın ailəsindədir.
Təhsil naziri ənənəvi tədrisin başladığını xəbər verən kimi, onlar da kirayə ev axtarışına başladılar. Təsəvvür edək ki, o 180 minin azı 95 faizi rayonlarda yaşayır və təxminən bir o qədər kirayə evə ehtiyac yaranır. Kirayə verənlər dərhal öz alverçi mahiyyətlərini üzə çıxardılar, fürsəti fövtə vermək olmazdı, qiymətləri kəllə-çarxa qaldırdılar. Toyuq hinləri saray qiymətinə! Bunu da qoyaq bir kənara. Fürsətcilliyimizi allah kəssin.
Gənclər başaldı ev elanlarını axtarmağa. Təsəvvür edin, uşaqlar ayın 29-na kimi oturub telefonda, hər saniyə ev elanlarını yeniləyir, yeni elan çıxanda baxırsan ki, artıq azı 100 baxış var, yenə də “ya umud” deyib zəng edirlər, məlum olur, ev artıq gedib, kimisi “10 dəqiqə sonra zəng elə” deyir, ancaq sonra bir daha həmin nömrəyə zəng edə bilmirsən. Zəng edə bildiklərinin də bir hissəsi dələduz çıxır, bir hissəsi süründürüb aldadır və s. Xərclənən konturları, əsəbləri təsəvvürünüzə gətirin! Və hər saniyə səhifə yeniləmələri davam edir. Elə bil dünyanın ən böyük hərrac bazarıdı.
Bir yandan da bulaq başının arvadları deyir ki, təhsil açılandan bir ay sonra yenidən bağlanacaq. Təbii ki, Azərbaycan insanı da Operativ Qərargahdan çox o arvadlara inanır. Niyə də inanmasın? OQ-nin dediklərinin heç 10 faizi düz çıxmayıb, onlar isə azı 90 faiz düz “şayiə” yayıblar. İlk dəfə karantin başlayanda nə qədər tələbə kirayə evi əlində saxlamaqla rayonlara öz evlərinə qayıtdı, aylar keçdi, təhsil bərpa olunmadı, bu bədbəxt əhali qalmadıqları evlərə görə üst-üstə yığışan ayların kirayə haqqını ödədilər və bir yolluq hökumətə inamı itirdilər. Beləcə, bir yandan da bu dəfə yenə qaldılar odla su, yəni arvadlarla hökumət arasında. 

Bənzər yazılar

Surxay Mədətovun oğlu, Şuşanın “müdafiəçisi” Ohanyan kimdir? – XƏBƏRİN OLSU!

admin

YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı (SİYAHI)

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ:ÇİN – HİNDİSTAN MÜHARİBƏSİ – ORDU HƏRƏKƏTƏ KEÇDİ(FOTO)

admin

Antiterror əməliyyatlarına qərar verildi: General-leytenant Kərim Vəliyevdən ƏMR – RƏSMİ

admin

“Azəravtoyol”un sədr müavini Əvəz Qocayev özünə DƏBDƏBƏLİ milyonluq “obyekt” UCALDIR – Video

admin

Dəhşətli yol qəzasında ağır yaralanan Bayram Nurlu reanimasiyada VƏFAT ETDİ – TƏCİLİ

Fikrət Fərhadoğlu