10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
ƏYALƏT

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu tarixdə bağlanır (RƏSMİ)

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.
Bilidyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

Bənzər yazılar

Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanıldı -VİDEO

admin

SON DƏQİQƏ!Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: hərbiçilər səfərbər oldu – VİDEO

admin

Vətəndaşlar Yardımlı Məşğulluq idarəsi qarşısında etiraza qalxdı: “600 manat rüşvətə 20 qoyun və ya iki qotur inək” – VİDEO)

admin

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Azərbaycan ordusu Ağdərədəki hərbi bazanı darmadağın etdi – VİDEO

admin

SON DƏQİQƏ: Əhaliyə ŞAD XƏBƏR, minimum ƏMƏK HAQQI və PENSİYALAR ARTIRILDI – SƏRƏNCAM

admin