21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
ƏYALƏT

“Bandotdel”dən daha bir uğurlu əməliyyat: Təhlükəli mütəşəkkil dəstə HƏBS EDİLDİ – VİDEO


Gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib

GUNinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində müəyyən olunub ki, Şəmkir rayon sakinləri Vaqif Əhmədov və oğlu Nicat Əhmədov Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırlayıblar. Daha sonra bu şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Gəncə və Şəmkir şəhərlərində adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sex və anbarların fəaliyyət göstərdiyi ünvanlara da baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, boş şüşə qablar, keyfiyyətsiz, istifadəyə yararsız saxta spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün də olduqca təhlükəlidir.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri olan Vaqif Əhmədov, Orxan Quliyev və Bəxtiyar Əzimzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması, habelə, təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sonda qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra  davam etdirəcəkdir.

Bənzər yazılar

Gənclər və idman idarəsində bu məşhur məmurun intim görüntüləri yayıldı – Oda videozəng qurbanı oldu

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ! Prezident də koronavirusa yoluxdu – RƏSMİ AÇIQLAMA

admin

Xocavənddə erməni əsilli Azərbaycan vətəndaşı minaya düşüb – FOTO

admin

İcra başçısı və polis rəisi “ağ ölüm”ə qarşı hərəkətə keçdi – Salyanda narkotacirlərlə barışmaz birgə mübarizə(FOTO)

admin

TƏCİLİ!Müdafiə Nazirliyi açıqlama yaydı: Ermənilər bu istiqamətdən də HÜCUMA KEÇDİ

admin

SON DƏQİQƏ! Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmasını pozdu

admin