21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
ƏYALƏT

Baydenin Paşinyana təbrik məktubundakı gizli mesaj – “Tiflisi Ankaranın önünə çəkmək istəyir”


ABŞ bölgədəki proseslərə Gürcüstanın daha çox təsir etməsini arzulayır. Başqa sözlə, Türkiyənin oynadığı rolu Gürcüstanın sahiblənməsinə çalışır. Amma Bayden anlamaq istəmir ki, regionda Rusiya ilə İranın təsirini neytralalşdırmağın ən uyğun variantı məhz Türkiyədir”. 
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda Bakı ilə İrəvan arasındakı danışıqlar prosesində Gürcüstanın dəstəyinə etimadını ifadə etməsinə münasibət bildirərkən, QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib:
“Regional əməkdaşlıığn inkişafı bölgə ilə yanaşı, Qərbin də maraqlarına uyğundur. Çünki, Qərb regionun Rusiya və İran kimi dövlətlərin təsir dairəsindən xilas olmasında maraqlıdır. Qərb hər zaman bölgədaxili proseslərə təsir etməyə çalışıb. Ancaq Qarabağın işğalda qalmasl bu prosesə mane olurdu. Müharibədən sonra isə Qərbdə hesab edirlər ki, proseslərə təsir etmək üçün uyğun şərait formalaşıb”.
Həmsöhbətimizə görə, ABŞ Prezidentinin Azərbaycanla Ermənistanın mümkün danışıqlar prosesində Gürcüstanın adını xüsusi qabartması onunla bağlıdır ki, Ağ Ev adminstrasiyası sözügedən məsələdə Tiflisin oynaya biləcəyi rolu bölgədaxili münasibətlərin inkişafı baxımından əhəmiyyətli hesab edir:
“Gürcüstanın bölgənin digər iki ölkəsilə birbaşa əlaqəsi var. Digər tərəfdən, burada Gürcüstan Qərbin ən çox güvəndiyi ölkə olması da mühüm rol oynayır. Ona görə də ABŞ bölgədaxili münasibətlərin normallaşmasında Tiflisin əhəmiyyətli rol oynamasında maraqlıdır. Belədə Qərb Tiflis vasitəsilə regionun digər iki dövlətində –  Azərbaycan və Ermənistanda təsir dairəsini genişləndirmək niyyətindədir”.
N. Cəfərsoy hesab edir ki, ABŞ-ın Tiflisi irəli çəkməkdə niyyəti Bakı ilə İrəvan arasındakı münasibətlərə təsir etmək baxımından Rusiya və İranın səylərini neytrallaşdırmaqdır: “Bu yanaşma isə həm də onu göstərir ki, ABŞ Türkiyənin bölgədəki artan nüfuzundan ciddi şəkildə narahatdır”.

Bənzər yazılar

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

AAAF Park Xırdalanda yerləşən “Limu Forest” restoranında heyvanlara qarşı xüsusi amansızlıq: Aidiyyatı qurumlar niyə susur?

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

Sərhəddə rəqs edən xüsusi təyinatlı qadın əsgərlərin videosu rekord qırır – ŞOK GÖRÜNTÜ(VİDEO)

admin

Neftçala icra başçılarının “rüşvət dəftəri”ndə birinci olan Elçin Əsədovdan ŞOK MƏLUMATLAR – VİDEO

Fikrət Fərhadoğlu

Ermənilərin bu gecə məhv edilən hərbi texnikasının – SİYAHISI

admin