17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Dotasiyaları mənimsəyən XIRDALAN BƏLƏDIYYƏ SƏDRİ “kupças”ız evlərdən PUL YIĞIR – AÇIQLAMA



“Mənzilə görə bələdiyyə vergisinin ödənilməsi üçün bildiriş paylayıblar. Mətn elə yazılıb ki, sanki ödəniş edən olmazsa, sakinləri döyəcəklər. Bu üslubda, belə yazı tərzi ilə vətəndaşlarla danışmazlar. Hələ bələdiyyə guya seçkili orqandır.
Yazdığınız üslubla indi də gedin mənzil sahibini tapıb, görək ödətdirə biləcəksiniz? Adamları heç mən tapa bilmirdim lazım olanda”.

GUNinfo.az bildirir ki, bu fikirləri jurnalist Rəsul Mirhəşimli yazıb. Onun qeydlərinə görə, bildiriş Xırdalan bələdiyyəsindən gəlib.

Rəsul Mirhəşimli

Bildirişdə vətəndaşların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacağı və maliyyə sanksiyası tətbiq ediləcəyi qeyd olunur. Bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil. Bununla bağlı Vergilər Nazirliyindən rəsmi açıqlama verilib. Açıqlamada qeyd olunur ki, Vergi Məcəlləsinin 197.1.1 maddəsinə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Yəni kupçası olmayan mənzilə görə əmlak vergisi tutulmur.
Nazirlikdən qeyd edilib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır.
Abşeron Gənclər şəhərciyində “kupça” verilməyən mənzillərdən əmlak vergisini tələb etmək qanunsuzdur. Sakinlər bu bildirişlərin tələb tonunda yazılmasından əndişəyə düşməsinlər. Bizim yaşayış massivində yalnız “kupça” olan mənzillərin sahibləri əmlak vergisini ödəməlidir. Bu vergilər də vətəndaşın yerli bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alındığı gündən hesablanır. Əvvəlki illərə və vergilərin ödənilmədiyi dövrə görə heç bir faiz tutula bilməz.”Tia”

Bənzər yazılar

Erməni diasporu daxilində parçalanma: “Müharibə tərəfdarları, “kompromislər partiyası”na qarşı

admin

Qarabağ veteranı xanım döyüşçüdən Prezidentə ŞOK MÜRACİƏT: “icra başçısı dedi ki, onun ağzını belə- belə edim, HƏBS EDİN”- VİDEO

admin

Dövlət Sərhəd Xidməti əsgərə verilən Tuşonka” konservilərini Ukranya bazarında belə satdırır – VİEDO

admin

“Dəfələrlə müraciət edilsədə, Astaranın icra başçısı və deputatı maraqlanmadı” – Qazi prezidentə üz tutdu(FOTO)

admin

Bazarı, işıqforu olmayan ŞƏLALƏLİ YARDIMLI – unudulan və tərk edilən rayon

admin

Vüqar Gülməmmədovla Azad Rəhimovun bir ayda 5 dəfə kabinet görüşünün GİZLİNLƏRİ – ŞOK MƏLUMATLAR

admin