25 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
ƏYALƏT

EGE Hospital Gülnarə Yusifova və Aqil Ağakişiyev ÖZBAŞINALIĞI:80 min ziyan, komaya salınan Rusiya vətəndaşI(ŞİKAYƏT/VİDEO)


Bu barədə Qaynarinfo-ya Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva bildirib.

 

Onun sözlərinə görə, “EGE Hospital”da anasını 11 dəfə əməliyyat ediblər. “Anam fevral ayından “EGE Hospital”dadır.  Fevralın 15-də bağırsaq keçməzliyindən əməliyyat olunub. Əməliyyat zamanı həkimlər anamın bağırsağını deşib klebsiella mikrobu salıblar. Bundan sonra anamın vəziyyəti ağırlaşıb. Artıq 4 aydır xəstəxanadadır. 11 dəfə əməliyyat olunub. Yalnız bunun 3-nə razılığımız olub. Amma 8 dəfə bizdən xəbərsiz 63 yaşlı qadını əməliyyat ediblər. İyun ayından isə anamı görməyə qoymayıblar. Faktiki olaraq anamı gizlədiblər”, – deyə Eren Xuçinayeva bildirib.
Şikayətçinin sözlərinə görə, klinikanın rəhbərliyi vəziyyəti belə görüb onları ələ almağa çalışıb:
“Mənə dedilər ki, bütün xərcləri ödəyəcəyik. Amma siz heç yerə şikayət etməyin. Lakin sonradan gördüm ki, bütün öhdəlikləri üzərimizə götürdüyümüz barədə sənədə imza etdirmək istəyirlər. Bundan imtina etdik. Mayın 31-dən məni anamı görməyə qoymadılar. İndi isə deyirlər ki, komaya düşüb. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Qoy gəlib görsünlər ki, “EGE Hospital”da nələr baş verir. Bunların səhvi üzündən 80 min manat pul xərcləmişəm. Evimi, maşınımı satmışam”.
“Bu 3 nəfər faktiki olaraq məni şantaj edir. Sənədləri imzalamadığıma, onların səhvinə göz yummadığıma görə 18 gün anamı məndən gizlədiblər. 63 yaşlı qadını 11 dəfə əməliyyat edərək komaya salıblar. İndi məni şantaj edirlər. Mən sona qədər bu məsələnin üstünə gedəcəm”, – deyə şikayətçi vurğulayıb.
Dünən gecə saatlarında Eren Xuçinayeva xəstəxananın qarşısında olub. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
“Nəhayət mənə anamı görməyə icazə verdilər. Vəziyyəti ağırdır, komadadır. Xəstəxana rəhbərliyi isə anamın üzərində aparılmış 8 qanunsuz əməliyyatı rəsmiləşdirmək üçün bizə sənədləri imzalatdırmağa çalışır. Bütün bunların foto-video sübutları var. Prokurorluğa da müraciət etmişəm. Hazırda bu məsələ prokurorluqda araşdırılır”, – deyə Xuçinayeva bildirib.
Məlumat üçün deyək ki, Fatimə Xuçinayeva Rusiya vətəndaşıdır. Şikayətçi məsələ barədə Rusiya Xarici İşlər Nazirliyinə də müraciət edib.

Bənzər yazılar

“Hazırda Əsgəran uğrunda şiddətli döyüşlər gedir” – SON DƏQİQƏ

admin

Vətəndaşlar Yardımlı Məşğulluq idarəsi qarşısında etiraza qalxdı: “600 manat rüşvətə 20 qoyun və ya iki qotur inək” – VİDEO)

admin

Raket hücumuna məruz qalan Gəncə – FOTOREPORTAJ

admin

TƏCİLİ!”Azəriqaz” İB əhaliyə necə “torba tikir?” – İNANILMAZ FAKTLAR ÜZƏ ÇIXDI

admin

SON DƏQİQƏ:ÇİN – HİNDİSTAN MÜHARİBƏSİ – ORDU HƏRƏKƏTƏ KEÇDİ(FOTO)

admin

Erməni diasporu daxilində parçalanma: “Müharibə tərəfdarları, “kompromislər partiyası”na qarşı

admin