17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Erməni liderdən ŞOK AÇIQLAMA: “Oktyabrın 1-də çox ciddi proseslər olacaq”



“Qorxuram ki, oktyabrın 1-də ölkədə  ictimaiyyətin gec öyrənəcəyi çox ciddi proseslər baş versin”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “5165” hərəkatının lideri Karin Tonoyan “TALK TIME” verilişində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, artıq sülh müqaviləsinin imzalanmasından danışa bilərik:

 

“Bununla bağlı baş nazirdən bir açıqlama tələb etdik. Lakin səlahiyyətlilərdən heç bir cavab ala bilmədik. Sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycanın bir hissəsi olaraq tanınması ilə nəticələnəcək. Mənim üçün bu qəbuledilməzdir” – Tonoyan vurğulayıb.

Tonoyan əlavə edib ki, hakimiyyət “soyqırım”ı tanımaqdan və Türkiyəyə qarşı tələblərdən imtina etmək bahasına bu sənədi imzalayacaq: “Mən bundan çox qorxuram. Deyirlər ki, indi sınaq dərsliklərində “Erməni yüksəklikləri” anlayışı yoxdur. Bütün bunlar proseslərin hansı istiqamətdə aparıldığını göstərir. Erməni xalqı başa düşməlidir ki, onlara təcavüz edilir və bu işdə  bir nəfər dirijor rolunu oynayır. Həlak olan əsgərlərin cəsədləri hələ də soyuducularda saxlanılır və gizlədilir. İnsanların duyğuları ilə oynamağa, torpağın, kəndlərin təslim edilməsinə və sülh razılaşması imzalamaq istiqamətində hazırlıqlara davam edirlər”.

“Əgər əvvəllər müəyyən dərəcədə müstəqil idiksə, indi bundan əsəs-əlamət qalmayıb. Baş nazir hər şeyi qəsdən edir. Yalnız Vətən üçün canını verən və ölümü gözə alan oğlanlar müstəqildir. Mənim üçün müstəqillik bir mübarizədir” – Karin Tonoyan fikirlərini yekunlaşdırıb.

Bənzər yazılar

Patriot.az saytının 5 yaşı tamam olur

admin

DTX-a tərəfindən həbs edilən icra başçısı müğənniləri üz-üzə qoydu: Kim kimin sevgilisidir? – ŞOK GƏLİŞMƏ

admin

YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı (SİYAHI)

Fikrət Fərhadoğlu

DİQQƏT! Təhsil Nazirliyi MƏLUMAT YAYDI: Sabah saat 11:00-dan etibarən…

admin

TƏCİLİ: Düşmən Tərtərə atəşi bərpa etdi, Azərbaycan ordusu hərəkətə keçdi

admin

Bakıda restoranda karantin qaydası belə pozuldu – Gənclərin kütləvi əyləncə yeri “Çanaqqala” – VİDEO

admin