16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Evli tələbəsiylə eşq yaşayan Cəlilabaddan seçilən deputat Elman Nəsirov: “Bədənin məni dəli edir” – ŞOK VİDEO



GUNinfo.az xəbər verir ki, cəmiyyətdə ciddi narazılıq yaradan bu qalmaqallı iddia ilə bağlı deputat Elman Nəsirov Manşet.az-ın suallarını cavablandırıb.

Elman müəllim xanım tələbənizlə bağlı  yayılan xəbərlərə münasibətiniz necədir?

-Tələbəm deyil, Qərb universitetində oxuyub o xanım. Boş söhbətlərdir. Demişəm, tapsınlar xanımın özünü, reaksiya versin.

Sizin evli xanımla yazışdığınız iddia olunur. Yayılan məlumat doğrudur?

-Bunlar hamısı yalan məlumatdır, “fiktivni”dir. Kişi manyakdır, onun əri narkomandır. Qadın məhkəmədə iddia qaldırıb, əmlak bölgüsü tələb edir. Xanım ondan çoxdan ayrılıb.  Bu kişi də istəyir ki,  keçmiş arvadını əxlaqsız çıxarsın, uşaqlarını əlindən alsın. İddiası olmasın. Belə ər olar, belə kişi olar? Qadın  parlamentə müraciət edib, biz də Ədliyyə nazirliyinə göndərmişik. Baxılar və cəzalandırarlar.

Konkret mesajların sizin profilinzdən yazıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?

-Mənim profilim olmayıb.

Hamı o yazışmaların sizin profilinizdən göndərildiyini deyir. Bu necə olur?

-Bu mövzu haqda danışmaq istəmirəm. Qadın danışanda məsələyə aydınlıq gələcək .

Burda sizə qarşı ciddi ittiham var. Bu barədə fikirləriniz maraqlıdır.

-Burda ciddi ittiham yoxdur. Mən deputatam. Mənə məktub göndəriblər. Mən də göndərmişəm baxılması üçün. Qadın danışsın, sonra bəlli olacaq ki, bu dözülməz şəraitdə yaşayıb. Manyakdır, uşaq döyüb. Kimə qarşı qadın şikayət etsə, onu ittiham eləyir. Bax belə… Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar. Saxta profil açıblar.

Adıçəkilən adam sizi bununla bağlı məhkəməyə verib?

-Yox qətiyyən. Siz nə danışırsınız. Bu adam dözülməz bir adam olub. Qadın onu məhkəməyə verib. Hazırda onların Suraxanıda məhkəməsi gedir.

Elman müəllim, qadının əri iddia edir ki, sizinlə yazışmasını tutandan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə nə söyləyə bilərsiniz?

-Qadının yazdığna görə bunlar çoxdan ayrılıblar. İş məhkəmədədir. Qadına hazırda zəng çatmır ki, bunlara cavab versin. Siz təsəvvür edin, əgər o qadın jurnalist kimi sizə müraciət etsə, ona kömək edin. Onda oğlan sizi ittiham edəcək ki, jurnalistlə görüşürsən. Özü də həmin adam haqda narkoman, aqressiv, hakimiyyəti pisləyən, evdə də ancaq bu ruhda danışırlar.

Belə məlumatlar var ki, Milli Məclisin İntizam Komisiyyası sizin bu məsələyə baxacaq. Bu məlumat doğrudur?

-Bu yalan məlumatdır. Belə bir məlumat yoxdur.

Qeyd edək ki, Cəlilabaddan seçilən millət vəkili Elman Nəsirovla bağlı qalmaqallı iddianı Emil Cabbarov adlı şəxs mediaya çıxaraq həyat yoldaşı  ilə deputatın arasındakı yaxın münasibətləri ictimailəşdirib.

O, deputat Elman Nəsirovun xanımı ilə yazışmalarını da mediaya təqdim edib.

Emil Cabbarov bildirir ki, məsələnin üstü açıldıqdan sonra boşanma üçün məhkəməyə müraciət edib. Elə həmin vaxtdan xanımı yaşayış ünvanını dəyişərək övladını da ona göstərmir.

GUNinfo.az deputat E.Nəsirovla bağlı iddianı və mesajları videosujet formada təqdim edir:

Bənzər yazılar

Partiya sədrindən açıqlama: “Hədəf Broker” yalnız Səfər Mehdiyevin qara işlərini həyata keçirir – Digər şirkətlərin SİYAHİSİ

admin

Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib – ŞİKAYƏT(VİDEO)

admin

Ağdərə istiqamətində düşmənin xeyli sayda hərbçisi və döyüş texnikası MƏHV EDİLDİ – RƏSMİ

admin

TƏCİLİ!”Azəriqaz” İB əhaliyə necə “torba tikir?” – İNANILMAZ FAKTLAR ÜZƏ ÇIXDI

admin

Sərhəddə rəqs edən xüsusi təyinatlı qadın əsgərlərin videosu rekord qırır – ŞOK GÖRÜNTÜ(VİDEO)

admin

Qorxmaz Hüseynov 100 milyonluq dəbdəbəli VİLLAsında Yaponiyadan gətirdiyi itlərə belə təlimçi tutdu – VİDEO

admin