18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

FHN təcili məlumat yaydı:Bu rayonların kəndləri su altında qaldı – Ölü və yaralılar var(VİDEO)

Sentyabrın 23-u gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

GUNinfo.az bildirir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat yayıb.

Qəbul edilən müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, FHN tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Belə ki, Mazıx, Qəbizdərə, Meşleş, Yolayrıc kəndlərində həyətyanı sahələrə, əkin sahələrinə və evlərə yağış suları dolub. Kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxanov Abdulbari Müslüm oğlu həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.
Yağan yağışlar səbəbindən Balakəndə 600 hektar əkin sahələri su altında qalıb, yaşayış evlərindən birində ildırım vurması nəticəsində yanğın olub. Balakən və Zaqatalada 8 elektrik dirəyi aşıb, 3 transformatoru isə ildırım vurub. Hazırda aidiyyəti qurumlar tərəfindən leysan yağışlarının bölgələrdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Nazirliyin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Əlavə məlumat veriləcək.

 

Bənzər yazılar

“Respublika” qəzeti korrupsioner melioratorun yalanlarını niyə və neçəyə tirajladı? – İfşaedici TƏHLİL

admin

Siyasi fəala yaşadılan ailə FACİƏSİ: İki azyaşlı uşaqlara və həyat yoldaşına edilən DƏHŞƏTLİ SUİ – QƏSD?

admin

SON DƏQİQƏ: Bakının mərkəzində güclü yanğın: Məşhur park alovlar içində – VİDEO

admin

Ermənilərin Xankəndində terror planının üstü açıldı – ŞOK VİDEO

admin

TƏCİLİ ƏHALİNİN NƏZƏRİNƏ: Bakı və Abşeronda çox güclü zəlzələ olacaq? -“Hər an hazırıqlı olun” – RƏSMİ

admin

SON DƏQİQƏ:ÇİN – HİNDİSTAN MÜHARİBƏSİ – ORDU HƏRƏKƏTƏ KEÇDİ(FOTO)

admin