13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

İcra başçısı polis oğluna 200 min manata “Lexus-570“ aldı – Korrupsaner xanın ŞOK SƏRVƏTİ AÇIQLANDI

Alı Alıyev polis oğluna 200 minlik avtomobili hansı pulla alıb? 

Azərbaycanda məmurların dəyəri milyonlarla ölçülən villalara, obyektlərə sahib olması barədə çox yazılıb. Korrupsiya yolu ilə özlərinə var-dövlət toplayan bu cür məmurların övladları da sadə vətəndaşlardan fərqli olaraq atalarının dövlət büdcəsindən taladıqları pulların hesabına dəbdəbəli həyat tərzi sürürlər.

Qlobal.az-ın əldə etdiyi məlumata görə dəbdəbəli həyat yaşayan məmur övladlarından biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

A.Alıyevin oğlunun sürdüyü avtomobilin dəyərinin 200 min manat olduğu deyilir.

Ərazisinin böyük hissəsi düşmən işğalından yenicə azad edilmiş, əhalisinin əksəriyyəti hələ də məcburi köçkün həyatı yaşayan Füzuli rayonunun İcra başçısının oğlunun 200 min manatlıq son model “Lexus” avtomobilini hansı pulla aldığı ciddi suallar yaradır.

Qeyd edək ki, Alı Alıyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin yaxın kardlarından hesab edilir. 

Ölkə mediasında adı milyonluq korrupsiyada və saxta MMC-lərlə tender oyunlarında hallanan Alı Alıyev 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır. 

 

 

Bənzər yazılar

XƏBƏR AZ ÖNCƏ GƏLDİ:Ordumuz düşmənin komanda məntəqəsin darmadağın etdi – ANBAAN VİDEO

admin

Deputat nazirə səsləndi: “Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

admin

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin bəyanatlarından ciddi nəticələr çıxarmalıdır

admin

TƏCİLİ: Düşmən Tərtərə atəşi bərpa etdi, Azərbaycan ordusu hərəkətə keçdi

admin

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Masallı “Təhsil Canlı” müdirinə xitabən:”Övladi -şəird qoy hələ avarə dolansın, Rusyata möhtac olur olsun, nə işim var?!”

admin