17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Neftçala icra başçılarının “rüşvət dəftəri”ndə birinci olan Elçin Əsədovdan ŞOK MƏLUMATLAR – VİDEO


Ulu Öndər  Heydər Əliyev deyib: “Meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən  SƏMƏRƏLİ  istifadə etməliyik”. 
Mərhum Prezident bir cümlədə 2 mühüm məsələyə toxunub. Birincisi, suyun milli sərvət olması barədə fikrini bildirib.  İkincisi, Ulu Öndər bildirb ki, sudan səmərəli istifadə edərlər.
Görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov başa düşmür ki, milli sərvəti dağıtmazlar, talan etməzlər.  Amma, Elçin Əsədov isə sudan nəinki səmərəli istifadə edir, əksinə başını açıb fermerlərə, sahibkarlara baha qiymətə su sataraq milyonlar qazanır.  Təsadüfi deyil ki, Neftçalada gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Elçin Əsədovun adı olub.
Elçin Əsədov neçə illərdir ki, idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satır və bu yolla yüz min manatlar dövlətdən oğurluq edərək qazanc əldə etmiş olub. Elçin Əsədov eyni zamanda idarənin keçirdiyi tenderləri “sataraq”  tenderlərdən külli miqdarda “otkat” alır  və dövlətin ayırdığı vəsaiti  təyinatı üzrə deyil, şəxsi  maraqları üçün istifadə edir.
Elçin Əsədov  fermerlərin idarə ilə bağladığı müqaviləni bir kənara tullayıb, dövlət rüsumundan əlavə  xeyli miqdarda pul tələb edir. Torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Elçin müəllimin maraqlarını nəzərə almalıdır.
Yəni Elçin Əsədovun özünün müəyyən etdiyi “su rüsumları” var. Bu “rüsum” ödənilməsə heç kimə su verilmir.
Elçin Əsədov  köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir. Və su kanallarını təmizləmədiyi üçün su itkisi Prezident İlham Əliyevin dediyi kimi 40-50 faizə çatır. Buna görə də əkin sahələrində ciddi problem yaranır.
Bunlardan əlavə cənab rəis kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulunu mənimsəyir. Dövlət yeni su kanalalrının çəkilməsi üçün milyonlar ayırır. Ancaq Elçin Əsədovdan soruşan yoxdur ki, bu pullar hara xərclənib ?
Elçin Əsədov  kimiləri  başa  düşmür ki, milli təhlükəsizliyin əsas elementlərindən biri də ərzaq təhlükəsizliyidir. Əgər  əkin sahələri normal su ilə təmin olunmursa, biz hansı ərzaq təhlükəsizliyindən danışa bilərik.
Elçin Əsədov həm də qohum-əqrəbasını dövlət qurumuna  dolduraraq özünün korrupsiya əməllərinə münbit şərait yaradır.
Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq şəxsi ciblərə gedir.
Rayon sakinləri Elçin Əsədovun əlindən beziblər. Vətəndaşlar konkret olaraq  müxtəlif orqanlara yazır ki, Elçin Əsədov idarəyə  ayrılan tonlarla yanacağı  kənar adamlara sataraq  milyonlar qazanır.
Və Elçin Əsədov  qazandığı milyonların hesabına Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir.
Vətəndaşlar  bildirir ki, Elçin Əsədov rüsumdan əlavə  hər hektara 200 manat pul tələb edir, bu isə  camaatı  dövlətdən narazı salır.
Məlumdur ki,  Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır.
Lakin Elçin Əsədov  istədiyi “summa”nı almasa  buna razılıq vermir.
Beləcə, Prezidentimizin dediyi aqrar sektorun inkişafı məsələsi nəticə vermir.
Çünki Elçin Əsədovlar üçün Prezidentin tapşırığı deyil, öz cibləri və maraqları daha önəmlidir.
Bir sözlə, Neftçalada Elçin Əsədovun zülmü ərşə  dirənib.
Görəsən, dövlət orqanları bunu görmür ?
Növbəti sayımızda istintaqda dili dodağı topuq vuran Elçin Əsədovun İsmayıl Vəliyevlə maxinasiyalarından bəhs edəcəyik. Bizi izləyin.
Ətraflı videoda:

gundelik-baku.com

Bənzər yazılar

“Azərsu” ASC-nin sabiq sədri istintaqa çağrılır: Qorxmaz Hüseynovun “qara kassa”sı və yaxın adamlarının həbsi başlatıldı

admin

Erməni diasporu daxilində parçalanma: “Müharibə tərəfdarları, “kompromislər partiyası”na qarşı

admin

Suqovuşan: Qələbəyə ilk addım… – VİDEO

admin

Özünə ad günü keçirib qızıl bəxşişlər alan, 187 saylı məktəbin direktoru xüsusi karantin rejimi qaydalarını belə pozdu- VİDEO

admin

TƏCİLİ!Azərbaycan ordusu yenə irəlilədi: Xocalı və Xankəndi ilə bağlı gizli razılaşma – Ermənilər ŞOKDA

admin

Sumqayıtda böyük İZDİHAM – Əhali küçələrə axışdı – SON DƏQİQƏ(VİDEO)

admin