13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Nurəngiz Bəşirova tərəfindən polisə təzyiq edilməsi iddiaları həqiqətə uyğun deyil – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial mediada resuslarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasında xüsusi mühafizə dəstəsinin müəssisənin giriş qapısı ağzında pasientlərlə kobud rəftarı və özbaşınalığını video-qeydə alarkən nəzarətçilərin hücumuna məruz qalan jurnalist R.Məhəmmədoğlunun mobil telefonunun sınması RMX-nın direktorunun sifarişi ilə olduğu iddia olub. Baş verən olayla bağlı polisə müraciət edən jurnalist həmçinin xəstəxananın direktoru Nurəngiz Bəşirovanın polisə təzyiq göstərə biləcəyini vurğulayıb. 

GUNinfo.az bildirir ki,  iddialarla bağlı rayon polis idarəsi açıqlama yayıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında xüsusi mühafizə hissəsinin əməkdaşı ilə jurnalist Qurbanov Ramin Məhəmməd oğlu arasında yaranan mübahisə Beyləqan RPİ-nin tədqiqat şöbəsində araşdırılır. İlkin araşdırmalardan məlum olub ki, jurnalistlə mühafizəçi arasında yaranan mübahisəyə RMX-nın direktoru səbəb olmayıb. Hadisəyə icazəsiz çəkliş edilməsi səbəb yaradıb. Bildirək ki, qanuni çəkliş aparmaq üçün müvafiq orqanlardan icazə alınmalıdır. Bunu jurnalistlər bizlərdən yaxşı bilir. Yəni, qanuna əsasən xəstəxanalarda və bütün tibb müəssələrində çəkilş aparılmasına TƏBİB və ya Səhiyyə nazirliyi qərar verə bilər. Azərbaycan hüquqi dövlətdir, qanunları pozmağa heç kimə haqq verilməyib.  Baş verən hadisə ilə bağlı rayon polis şobəsində araşdırmalar davam etdirilir. Həmçinin bildiririk ki, RMX-nın direktoru tərəfindən hadisə ilə bağlı polisin qanuni işinə heç bir təzyiq göstərilməyib. Yayılan iddialar həqiqətə uyğun deyil. Hadisə ilə bağlı kimisə ittiham edib, qərar vermək  haqlı olmaq deyil. Aparılan araşdırmalardan sonra bu barədə ictimayətə ətraflı məlumat veriləcək…”.

 

 

Bənzər yazılar

İcra başçısının Moskvada ŞOK BİZNESİ:İri şirkətlər, otellər, bahalı mülklər və ofşar hesablar… VƏ NƏLƏR – İDDİA

admin

Ermənilərin Xankəndində terror planının üstü açıldı – ŞOK VİDEO

admin

7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində MÜDHİŞ SAXTAKARLIQ: Arzunun bitməyən əməlləri – SİYAHI

Fikrət Fərhadoğlu

Bakı metrosunun rəisi necə varlandı?- Oğlunun və arvadının dəbdəbəli həyatı və bahalı avtomobilləri + FOTOLAR

admin

TƏCİLİ! İcra başçısı və vəzifəli şəxslər HƏBS EDİLDİ – FOTO

admin

“Hərbi əməliyyatlar hər an…” – Polkovnik Ramaldanovdan ŞOK AÇIQLAMA

admin