21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
ƏYALƏT

Prezidentdən təcili tapşırıq: İki helikopter, FHN-nin 500 əməkdaşı, 50-dən çox texnika Türkiyəyə göndərildi



Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb.

GUNinfo.az  APA-ya istinadən xəbər verir ki, heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

E. Mirzəyev bildirib ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşüb:

“Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib”.

O vurğulayıb ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: “Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir”.

Bənzər yazılar

ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdən metro açılır, marşrut xətləri üzrə avtobuslar tam işə başlayır – RƏSMİ AÇIQLAMA

admin

Qorxmaz Hüseynov himayədarı oliqarx Mikayıl İsmayılova Şabranda villa hədiyyə etdi – BÖYÜK TALANIN İZİ

admin

19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə -ŞİKAYƏT

admin

Azərbaycanda növbəti yumşaldılma:Toyların keçirilməsi ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

admin

“Hazırda Əsgəran uğrunda şiddətli döyüşlər gedir” – SON DƏQİQƏ

admin

VİDADİ İSAYEVDƏN XƏBƏR VAR:Azərbaycan Ordusuna toplanılan yardımları icra başçısı MƏNİMSƏYİR – ŞOK İDDİA

admin