13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER ƏYALƏT

“Proqress 2016″ MTK rəhbəri tərəfindən pulları mənimsənilən yüzlərlə vətəndaşdan ETİRAZ – ŞOK “Whatsapp” YAZIŞMASI

Son zamanlar vətəndaşların mətbuata göndərdiyi şikayətlər arasında tikinti şirkətlərinin özbaşınalığı əsas problemlərdən birinə çevrilib, desək yanılmarıq.

Vətəndaşlar tikinti şirkətlərinin cəlb edici reklamlarına inanıb əlində olan bütün pullarını verir ki, ev-eşik sahibi olsun, dələduz və fırıldaqçı MTK rəhbərləri isə insanları aldadaraq pullarını mənimsəyirlər.

Mediada bununla bağlı araşdırma aparsaq, görərik ki, vətəndaşların ən çox şikayətçi olduğu tikinti şirkətlərindən biri də “Proqress-2016” MTK şirkətidir. Zamanla “Proqress-2017″ MTK şirkəti və onun hazırkı rəhbəri Emil Səməndərov haqda mediada fırıldaqçı, vətəndaşları aldadan və 15 ildən çoxdur ki, Xırdalan şəhərəi M.Ə.Rəsulzadə 1A, ünvanda 5 bloklu, 365 mənzilli çox mərtəbəli yaşayış binası hələ də tikilib qurtarmır ki, qurtarmır.

Dəfələrlə AMİA.AZ saytı olaraq, “Proqress-2016″ MTK şirkəti və onun rəhbəri Emil Səməndərovla bağlı vətəndaşların haqlı narazılığını işıqlandırsaqda, heç bir müsbət nəticə olmur. Əksinə,  “Proqress-2016” MTK şirkətindən mənzil alan vətəndaşlar illərdir nə mənzillərinə yığışa bilir, nədəki  MTK-nın rəhbəri Emil Səməndərovdan pullarını ala bilmirlər.

“Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti Emil Səməndərovun qanunsuz əməllərindən məlumatlıdırlar.

Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə Emil Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır.

Bundan başqa, onu da qeyd edək ki, AMİA.AZ saytının redaksiyasına şikayətçilər tərəfindən yaradılan “Proqress-2017” vapçat qrupundakı yazışmalarının skrin edilmiş şəkillər göndəriblər.
“Proqress 2016" MTK-da "dərə xəlvət Tülkü bəydir"?! Vətəndaşlar illərdir mənzil gözləyirlər - (ÖZƏL)“Proqress 2016" MTK-da "dərə xəlvət Tülkü bəydir"?! Vətəndaşlar illərdir mənzil gözləyirlər - (ÖZƏL)“Proqress 2016" MTK-da "dərə xəlvət Tülkü bəydir"?! Vətəndaşlar illərdir mənzil gözləyirlər - (ÖZƏL)“Proqress 2016" MTK-da "dərə xəlvət Tülkü bəydir"?! Vətəndaşlar illərdir mənzil gözləyirlər - (ÖZƏL)“Proqress 2016" MTK-da "dərə xəlvət Tülkü bəydir"?! Vətəndaşlar illərdir mənzil gözləyirlər - (ÖZƏL)
Şikayətçilərin yazışmalarından da belə aydın olur ki, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov narazı vətəndaşları nəyinki qəbul etmir, heç onlara mənzillərinin nə vaxt təhvil verəcəyi vaxtı onlara deməkdən belə boyun qaçırır.

Sonda “Proqress 2016”-dan narazılıq edən vətəndaşlar AMİA.AZ-a göndərdiyi şikayət məktubunda onu da qeyd ediblər ki, problemləri ilə bağlı cənab Prezident İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nagıyevə və digər adiyyati dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticə yoxdur.

Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.

AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı.

Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
Nicat Ocaqlı

Bənzər yazılar

İRANIN İÇ ÜZÜ İFŞA OLUNDU:Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərdi- SƏNƏDLƏR

admin

İRAN yenə Azərbaycana qarşı ÇAŞDI: Həyasızcasına BU ƏRAZİLƏRİ İSTƏYİR +ŞOK VİDEO

admin

SON DƏQİQƏ: Ordumuz Qarabağda HÜCUMA KEÇDİ, anti-terror əməliyyatı başladı – ÇOX SAYDA ƏSİR VAR

admin

İran Azərbaycana qarşı şəbəkəsin hərəkətə keçirdi – TƏCİLİ AÇIQLAMA

Fikrət Fərhadoğlu

TƏCİLİ!Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə aldı – VİDEO

admin

İranın, Azərbaycan “təbliğatçısı” Nurəddin Şirin KİMDİR? – fars molla rejimi əlaltıları HƏRƏKƏTLƏNDİ

admin