17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Qorxmaz Hüseynov himayədarı oliqarx Mikayıl İsmayılova Şabranda villa hədiyyə etdi – BÖYÜK TALANIN İZİ



“Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovla bağlı ilginc məlumatlar yayılıb.

GUNinfo.az-a daxil olan məlumatda sabiq sədrin qanunsuz əməlləri, maxinasiyaları və dövlət büdcəsindən milyonlarla manat vəsaitin mənimsənilməsinə dair faktlar öz əksini tapıb. Həmin məlumatı oxucularımıza təqdim edirik: “Bu ilin mayında “AzərSu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən uzaqlaşdırıldı. 2011-ci ildən bu vəzifədə çalışan Qorxmaz Hüseynovun “AzərSu”-nun fəaliyyətində yol verdiyi nöqsanlar və adının ciddi maliyyə maxinasiyalarında hallanmasına görə vəzifədən kənarlaşdırıldığı qeyd olunurdu. Onun vəzifədən azad edilməsindən sonra isə “AzərSu” ASC-də ciddi yoxlamalara başlanıldı və çoxsaylı korrupsiya əməlləri ortaya çıxarılıb. Yoxlamalar nəticəsində məlum olub ki, Qorxmaz Hüseynovun rəhbərliyi dövründə “AzərSu” ASC dövlət büdcəsindən ayrılan milyonlarla vəsait təyinatı üzrə xərclənməyib və şirkətdə ciddi maliyyə maxinasiyaları baş verib. İlkin məlumatlara əsasən hələ 2015-ci ildə “Azərsu” ASC-yə Xırdalan şəhərində su və kanalizasiya xətlərini yeniləmək məqsədi ilə 100 milyon manatdan çox vəsat ayrılıb. Layihə çərçivəsində 90 km-lik su və kanalizasiya xətlərinin yenilənməsi üçün hər km-ə 1 milyon manat vəsait xərcləndiyi qeyd olunub. Əslində isə təmir bərpa prosesi çox ucuz və keyfiyyətsiz şəkidə həyata keçirilib və milyonlarla dövlət vəsaitinin silinməsi həyata keçirilib. Təmirdən cəmi bir il sonra isə yenilənmənin aparıldığı yolalrda çökmə baş verib. “Azərsu”nun digər bahalı layihəsi Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin qurulması ilə bağlı olub. Belə ki, ümumi dəyəri 52 milyon manat olan layihənin 22 milyon manatı su sisteminin, 30 milyon manata yaxın hissəsi isə kanalizasiya sistemi ilə bağlı işlərin görülməsi üçün nəzərdə tutulub. Lakin bu vəsaitin də hara və necə xərclənməsi barəsində hər hansı məlumat yoxdur”. Həmçinin Qorxmaz Hüseynovun sədr olduğu müddət ərzində qanunsuz və şübhəli tenderlər də icra etdiyi daxil olan məlumatlar aradındadır: “Qorxmaz Hüseynovun rəhbərliyi dövründə “AzərSu” ASC- bir sıra şübhəli və qanunsuz tenderlərin keçirilməsi ilə gündəmə gəlib. Mənimsəmə faktları təkcə “AzərSu” ASC-nin layihələri əsasında deyil, həm də Qorxmaz Hüseynovla birbaşa əlaqli podratçı şirkətlər vasitəsilə həyata keçirilib. Bir müddət əvvəl Qobu qəsəbəsi və ətraf yaşayış məntəqələrinin su təchizatının yenilənməsi, komunal xəttlərin çəkilməsi, içməli su anbarlarının tikilməsi üçün “Azərsu”ASC tender elan edib. Tenderdə fəaliyyət istiqamətləri qaranlıq olan “Vast” MMC qalib olub. Qeyd edək ki, “Vast” MMC “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun kürəkəninə məxsusdur və qayınata – kürəkən birlikdə dövlətə 8 milyon manat ziyan vurub. “Azərsu” ASC-nin podratçı şirkətlərindən biri “Hidro İnşaat Servis” MMC isə Qormaz Hüseynovun “ailə şirkəti” hesab edilir. Tenderlər oyunlarının əsas oyunçularından biri olan bu şirkətə Hüseynovun yaxın adamı Yavər Miriyev rəhbərlik edir, təsisçisi isə qaynı Namiq Cəbrayılovdur. Belə ki, Qorxmaz Hüseynov “Azərsu” ASC-nin rayonlarda həyata keçirdiyi və dəyərli 100 milyonlarla ölçülən su və kanalizasiya layihələrinin bir neçəsini məhz bu şirkət vasitəsilə reallaşdırıb. “Hidro-İnşaat Servis” şirkətinin qalib olduğu ən kiçik tenderin dəyəri 1 milyon manatdır. Qorxmaz Hüseynov tender layihələrində yaxın əlaqələri olduğu digər məmurları da yaddan çıxarmayıb. Belə ki, “AzərSu”nun keçmiş rəhbəri Yevlaxın su ve kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderi şübhəli şəkildə Elmar Vəliyevin ailəsinə yaxın olan “Rusel” şirkətinə verib. Tenderə çıxarılan layihənin ümumi dəyəri 30 milyon manata yaxın olsa da, bu qədər vəsaitin hara və necə xərcləndiyi barəsində hər hansı məlumat yoxdur. Eyni zamanda “AzərSu” ASC ilə Dünya bankı və digər beynəlxalq kredit strukturları tərəfindən ölkədə kollektorların tikilməsi, kanalizasiya sularının təmizlənməsi ilə bağlı 100 milyon dollarlıq layihələrin aqibəti də qeyri-müəyyən olaraq qalır.

Daxil olan məlumatda sabiq sədr Qorxmaz Hüseynovu bu qədər qanunsuz əməllərə, mənimsəməyə yol verməsi ilə yanaşı himayə edən şəxsin də adı açıqlanıb. İddia edilir ki, vəzifədən çıxarılan Qorxmaz Hüseynovu, həmçinin onun qardaşı, hazırda SOCAR-ın Geofizika və Geologiya idarəsinin rəis müavini olan Faiq Hüseynovu Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Mikayıl İsmayılov himayə edirmiş: “Yuxarıda sadlanana maliyyə fırıldaqları və qanunsuz tenderlərdə silinən vəsaiti də nəzərə aldığımızda ortada 100 milyonlarla vəsaitdən söhbət getdiyi aydın olur. Digər tərəfdən 2011-ci ildən etibarən hər ilin dövlət büdcəsindən “Azərsu” ASC-yə 10-20 milyon manat vəsait ayrıldığı da məlumdur. Lakin qəribə şəkildə Vergilər Nazirliyinin yayımladığı dövlətə borcu olan iri şirkətlərin siyahısında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin adı ön sıralarda yer alırdı. Hər il dövlətdən milyonlarla manat vəsait alan bir qurumun vergi borcunun olması isə ciddi şübhələrə əsas verir. Görəsən məlimsənilmiş bu qədər vəsait kimlərə və hara xərclənib? Məlumatlara görə, 2011-ci ildə Qorxmaz Hüseynovu “AzərSu”-ya rəhbər təyin olunmasında birbaşa SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun ciddi rolu olub. Belə ki, hələ “AzərSu”-ya rəhbər təyin olunana qədər Qorxmaz Hüseynov SOCAR-da Mikayıl İsmayılovun yaxın kadrı kimi çalışıb. Mikayıl İsmayılovun Qorxmaz Hüseynovun “AzərSu”-ya rəhbər təyin olunmasında əsas məqsədi isə yeni maliyyə istiqamətləri əldə etmək olub. Elə “AzərSu” ASC-də 2011-ci ildən etibarən mənimsənilmiş vəsaitin böyük bir hissəsi də Mikayıl İsmayılova çatırmış. Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun SOCAR-ın Geofizika və Geologiya idarəsinin rəis müavinidir. Faiq Hüseynovu da bu vəzifəyə təyin olunmasında Mikayıl İsmayılovun rolu olub. Məlumatlara görə, bir çox keyf məclislərndə Faiq Hüseynov şəxsən qardaşının və özünün Mikayıl İsmayılovun himayəsində olduğunu, hətta Mikayıl İsmayılovun ona xidmətlərinin müqabilində Şabran rayonu ərazisində yerləşən (Zeyvə və Gilavar kəndləri), villa hədiyyə etdiyini bildirib”. Məsələ ilə bağlı Dövlət Neft Şirkətinə (SOCAR), şirkətin vitse-prezidenti, iddialarda adı yer alan Mİkayıl İsmayılovun şəxsinə göndərdiyimiz informasiya sorğusu da cavabsız qalıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Ekskluziv.az

Bənzər yazılar

SON DƏQİQƏ! Türkiyə şahinləri hərəkətə keçdi – Təxribatçı düşmən darmadağın edildi

admin

Oğlu polis idarə rəisi Xudayar Rəhimov, həbsdə olan başçı ilə Heydər Əliyev Fondunun vəsaitin necə ələ keçirdi? – ŞİKAYƏT

admin

20 yaşlı “Tender Canavarı” rəqib tanımır – GDU -nun “Sinam” MMC ilə şok satınalma müqaviləsi (FOTO)

admin

Bələdiyyə sədrindən müdhiş saxtakarlıq:Yerli sakinlərin, Şəhid və Qazi ailələrinin torpağın dayısına satdı – VİDEO

admin

ŞOK İDDİA!İcra başçısı özünə 300 minə lüks avtomobil, 50 milyon manat dəyərində isə ərazi aldı-FOTO

admin

SON DƏQİQƏ: Bakının mərkəzində güclü yanğın: Məşhur park alovlar içində – VİDEO

admin