10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
ƏYALƏT

ŞAD XƏBƏR!Bakı metrosu bu tarixdən açılır – RƏSMİ AÇIQLAMA

“COVID-19” virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Sfera.az bildirir ki, bu barədə Bakı Metropoliteninin yaydığı məlumata görə, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək:
“Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, “COVID-19” koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir”

Bənzər yazılar

Raket hücumuna məruz qalan Gəncə – FOTOREPORTAJ

admin

SON DƏQİQƏ! Xaçmazda yüzlərlə insan icra başçısına ETİRAZ QALXDI – MƏHKƏMƏ İŞİ

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

Erməni barbarları Tərtərdə dinc əhalini top atəşinə tutdu – yaralıları çıxaran 2 icra nümayəndəsi yaralandı

admin

Deputat oğlunun Londonda 1 milyon 300 minə aldığı beşinci evi – mənzillərin ünvanları və qiymətləri(FOTO)

admin

Prezident mətbuatla bağlı sərəncam imzaladı – 1 ay vaxt verildi

admin