31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
ƏYALƏT

Salyanda“Dollar Tahir” ləqəbli məhşur İDARƏ RƏİSİNİN “ölü canlar”, meliorativ korrupsiya və şübhəli TENDER ƏMƏLİYYATI

Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.Salyan rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Tahir Yusifovun üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü illərlə Meliorasiya və Su təsərrüfatı ASC-nin kecmiş sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Tahir Yusifov da məhz belə məmurlardandır.GUNinfo.az -a Salyan rayonundan daxil olan başqa məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Tahir Yusifov Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin yeni sədrini də aldadır.
Belə ki Tahir Yusifov dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.

Məlumatda bildirilir ki, Vaqif müəllim sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ fantastik rəqəmlərlə şişirdilir ki, bu pulla bir neçə yeni su nasosu almaq mümükündür.Bildirilir ki, təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi ücün ayrılan on min manatlarla pul sadəcə silinib, amma su kanallarında son 10 il müddətində heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Tahir Yusifovun şəxsi kassasında yoxa çıxır.Həmçinin məlumatda o da bildirilir ki, su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndilərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Tahir Yusifov mənimsəyir.Bildirilir ki, rayonun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır.

Məlumatda Tahir Yusifovun adı həmçinin işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da bəhs olunur.

…..

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb.

Bu 5 müüqavilənin hamısı “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətlə imzalanıb. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə İdarə Şirkətə 279447.39 AZN, Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 263401.88 AZN, Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 279447.39 AZN, Mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 197079.06 AZN, təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması adlı tendeerə görə isə 266140.27 AZN ödəyəcək.

Xatırladaq ki, Salyan Suvarma Sistemləri İdarəsinə uzun illərdir Tahir Yusifov rəhbərlik edir. O, bölgədə “Dollar Tahir” ləqəbi ilə məhşurdur.

Axtarış portallarında T. Yusifovun adını axtarışa verərkən haqqında onlarla neqativ xəbərlər üzə çıxır. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi haqda məlumatlara rast gəlmək mümkündür. Milyonçu kimi təqdim olunan idarə rəisinin hazırkı icra başçısı Sevindik Hətəmovla hesablaşmadığı da qeyd edilir. “Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonradan Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb” deyə xəbərlərin birində qeyd edilir.Ümumiyyətlə, Azərbaycanda hazırda tenderlərin korrupsiya mənbəyi olması haqda ən yüksək səviyyələrdə dəfələrlə fikirlər səsləndirilib. Belə halda bir gündə 1.2 milyonluq 5 tenderi eyni şirkətin qazanması əlbəttə ki, şübhələrə yol açır.

Bəs “Sevinc 96” şirkəti kimə məxsusdur. Yenə də açıq mənbələrə müraciət edək. Mediada yayılan məlumatlara görə, “Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur.

İş adamının “İlkin N” adlı şirkəti də var və maraqlıdır ki, həmin şirkət də davamlı olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan idarələrin tenderlərinin yenilməz qalibi olur.

Q. Abbasov sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-ləri idarə edir.

Daha bir maraqlı məqam ondan ibaarrətdir ki, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi, Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanasının elan etdiyi ümumilikdə 148 tenderi təkcə “İlkin-N” MMC adlı şirkət tərəfindən qazandığı bildirilir.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, “Sevinc 96” şirkəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin də tenderlərini bir gün fərqlə qazanmağı bacarıb. Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı informasiya Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə bağlı məlumatla bu gün fərqlə dövlət satınalmaları portalına yerləşdirilib.

MMC Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin 3 tenderi üzrə 777 min 713 manatlıq müqavilə bağlanıb. Dövlət İdarəsi bağlanan müqavilələr üzrə şirkətə Mexanizmlərin ehtiyat hissələrinin satınalınmasına görə 278843.1 AZN, Nasos və mexaniki avadanlıqların ehtiyat hissələrinin satınalınmasına görə 289876.84 AZN, Təmir işləri üçün tikinti materiallarının satın alınmasına görə 208994.87 AZN ödəniş edəcək.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Məmməd oğlu İsmayılovdur. A. İsmayılov haqda da internet resurslarında neqativ xəbərlər “göydə uçuşur”.

Salyan bölgəsində “Dollar Tahir” ləqəbi ilə məhşur olan İDARƏ RƏİSİ - Şok korrupsiya, şübhəli tender əməliyyatı

 

QEYD: T.Yusifovun tender — satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar vardır.

GUNinfo.az bildirir ki, vaxtaşırı  lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin “təyinatı üzrə” silinərək “səmərəli” xərclənməsi də Tahir bəyə az qazanc gətirməyib.

Korrupsaner rəis Tahir Yusifovun  rayonda malik olduğu 100 kvadrat-metr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir pal-paltar mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlakların sahibi olaraqda bilinir. Tahir Yusifovun adı həmçinin işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da bəhs olunur. Bu barədə isə növbəti yazıda…

GUNinfo.az

 

Bənzər yazılar

Deputat nazirə səsləndi: “Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

admin

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

admin

“Dəfələrlə müraciət edilsədə, Astaranın icra başçısı və deputatı maraqlanmadı” – Qazi prezidentə üz tutdu(FOTO)

admin

Qarabağda Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov kimdir? (ŞOK DOSYE)

admin

“Respublika” qəzeti korrupsioner melioratorun yalanlarını niyə və neçəyə tirajladı? – İfşaedici TƏHLİL

admin