21 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
ƏYALƏT

“Şöhlət oğlu” restoranında şəhid və qazi övladları ayaqyoluna buraxmadı, üstəlik kobudluq və zorakılıq edildi – ŞOK



İsmayıllı rayon ərazisində yerləşən “Şöhlət oğlu” restoranının rəhbərliyi şəhid və qazi övladlarına kobudluq və zorakılıq edib.

GUNinfo.az bildirir ki, bu barədə Bizim.Media-ya açıqlamasında “Əmanət” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinin rəhbəri Sərxan Bağırlı bildirib. O, açıqlamasında qeyd edib ki, layihə çərçivəsində 33 şəhid və qazi övladları üçün Şamaxı rəsədxanasında düşərgə təşkil edilib.

“Səfər çərçivəsində uşaqlara müxtəlif rayonlara turlar təşkil edirik. Bu gün proqramda uşaqlar üçün Qəbələ turumuz var idi. İsmayıllı rayonuna çatanda uşaqlar təbii ehtiyaclarını ödəmək istədiklərini dedilər.

Bizdə hər zaman olduğu kimi bir restoranın yanında saxlayıb, rəhbərlikdən xahiş etdik ki, bu işdə bizə yardımçı olsunlar.

Lakin restoranın administratoru bizə rəhbərlik tərəfindən buna icazə olmadığını bildirdi. Mən yenə də onların mərhəmət hisslərinə arxayın olub qeyd etdim ki, bu uşaqlar şəhid və qazi övladlarıdır.

İcazə verin, uşaqlar restoranın ayaqyolundan istifadə etsinlər. Özünü restoran nəzarətçisi adlandıran şəxs qəti surətdə bizə bildirdi ki, buna müdiriyyət icazə vermir, biz buraxa bilmərik.

Bu zaman mən onlardan heç olmasa ödənişli əsaslarla icazə verməklərini xahiş etdim. Bu uşaqların atalarının qanı ilə qazanılan bayrağı restorandan asıb saxta görüntü verən şəxslər yenə də israrla bizə məkanı tərk etməyi bildirdilər.

Restoranın rəhbəri isə uzaqdan bunu görüb əli ilə administratora işarə etdi ki, bizi məkandan uzaqlaşdırsın. Bu zaman dözməyib onlara “Heç olmasa onların atalarının qanı ilə qazanılan bu bayraqdan utanın” deyə iradımı bildirdim. Buna cavab olaraq administrator bildirdi ki, “Bunu problem etmirik, bir dəfə dedik ki, buraxmırıq”.

Layihə rəhbəri həmçinin qeyd edib ki, məsələ ictimailəşəndən sonra bir neçə dostumuz ictimai qınaq üçün restorana gediblər.

“Bu zaman restoran rəhbərliyi onları söyərək təhqir edib”. 

Qeyd edək ki, “Əmanət” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək vətəndaş cəmiyyəti noyabr ayından fəaliyyət göstərir. Cəmiyyət 120 nəfərlik müəllim heyəti ilə 200 qazi və şəhid övladlarına təmənnasız təhsil verir.

Bənzər yazılar

SON DƏQİQƏ!Sahil Babayev bu xəstəliyə yoluxdu – Nazirə qadağa qoyuldu (FOTOFAKT)

admin

ŞAD XƏBƏR!Bakı metrosu bu tarixdən açılır – RƏSMİ AÇIQLAMA

admin

Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi – FOTO

admin

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz – TAM SİYAHI

admin

SON DƏQİQƏ!İcra hakimiyyətinin qarşısında ETİRAZ AKSİYASI: Yerli sakinlər tələblər irəli sürdü – VİDEO

admin

Masallı “Təhsil Canlı” müdirinə xitabən:”Övladi -şəird qoy hələ avarə dolansın, Rusyata möhtac olur olsun, nə işim var?!”

admin