10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
ƏYALƏT

SON DƏQİQƏ! Mühüm xəbəri nazir şəxsən açıqladı +VİDEO

“Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil”.

Oxu24.com -un  xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi:

“Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı icitmaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”.

E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq:

“Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur”.

 

 

Bənzər yazılar

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Ermənilərin bu gecə məhv edilən hərbi texnikasının – SİYAHISI

admin

Ermənistan Xocalı Polis Şöbəsini və məktəb binasını vurdu – RƏSMİ

admin

Müsavat Ağdam səfərindən niyə imtina edib? – Arif Hacılı PA-dan gələn təklif haqda

admin

“Azərbaycan Ordusu bu işi özü həll edəcək” – Kəlbəcərlə bağlı SƏRT AÇIQLAMA

admin

Kreml “düymə”yə basdı – İrəvandakı səfirlikdə müəmmalı görüş

admin