17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

SON dəqiqə! Türk generallar təcili Bakıya toplandı – AÇIQLAMA


Türkiyə Yüksək Hərbi Şurasının Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda  təmsil etmək üçün göndərdiyi 4 general artıq Bakıya gəlib. Onlar Bakıya şuranın 25 avqustda verdiyi qərar əsasında gəlib, bu barədə Türkiyə mətbuatı məlumat verib. 

 

Məsələ ilə bağlı hərbi məslələr üzrə ekspert Heydər Mirzə deyir ki, prezident İlham Əliyev bu ilin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçəcəyini anons etmişdi.

“Bu Azərbaycan silahlı qüvvələrinin tarixində yeni bir mərhələdir. Müşahidə etdiyimiz Azərbaycan-Türkiyə ordusunun birgə hərbi təlimləri, xüsusilə Laçında keçirilən taktiki hərbi təlimlər bunun göstəricisidir. Əgər bu türk modelinə keçiddisə, biz bunu öz ordumuzla edə bilmərik. Bunun ilk addımı Türkiyədən paşaların, generalların ölkəmizə gəlməsidir.  Türk silahlı qüvvələrinin, türk komandanlığını özünün buradakı nümayəndə aparatını gücləndirməsi məhz bu hədəfi güdür. Düşünürəm ki, generalların da əsas hədəfi bu keçidə müşavirlik etməsidir”, – deyə ekspert bildirib.

Digər hərbi ekspert Səxavət Məmmədin fikrincə,  Azərbaycanda Türkiyənin hərbi bazasnı qurmağa ehtiyac yoxdur, hər iki ordu vahid mərkəzdən idarə olunacaq.

“Bu, hərbi bazadan daha önəmlidir. Yəni iki ölkənin vahid ordusudur. Türkiyə Azərbaycan Xidmət Qrupunun yaradılması və ora bir ildən çoxdur ki, Azərbaycanda olan generalların təyin olunması, faktiki olaraq Türkiyənin 3 əsrlik arzusunun həyata keçməsi anlamına gəlməlidir. Türkiyə rəsmi olaraq Cənubi Qafqazdadır. Bu təbii ki, Rusiya ilə də razılaşdırılıb. Əslində isə Rusiya Türkiyənin Azərbaycana, Cənubi Qafqaza daxil olmasına razılıq verməyə məcbur qaldı. Belə ki, Azərbaycan ordusu Rusiyanın təsir dairəsindən çıxıb. Bunun region üçün çox ciddi əhəmiyyəti var. Faktiki olaraq regiondakı və regionda maraqları olan dövlətlər Azərbaycanla hesablaşmaq məcburiyyətində qalacaq. Ola bilər ki, kimsə Türkiyənin çox güclü ordusunun olduğunu, Azərbaycana ehtiyacı olmadığını deyə bilər. Bununla qətiyyən razılaşmıram. Azərbaycanın insan resursu, potensialı Azərbaycan ordusunun Türkiyə ordusuna yamaq kimi görünməyəcəyinə dəlalət edəcək”, – deyə ekspert vurğulayıb.

Ekspert deyir ki, hələ 2012-ci ildə iki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı çox ciddi sənədlər imzalanmışdı. Əslində Şuşa bəyənnaməsi məhz o sənədlərin yekunudur:

“Türkiyə üç əsrdən çoxdur Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmışdı. Məsələ ondadır ki, SSRİ quruldu və Cənubi Qafqaz tamamilə Türkiyənin təsir dairsəndən çıxmış oldu. Azərbaycan müstəqil olandan sonra müharibə ilə üz-üzə qalmışdı. 90-cı illərin əvvələrində də Türkiyədən olan hərbçilər Azərbaycana gəlmişdi. Ancaq onların fəaliyyəti dar çərçivədə idi. Bəzi türkiyəli hərbçilər Qarabağda aktiv döyüşlərə qatılmışdı, Azərbaycan ordusunun müharibəyə hazırlanmasında iştirak etmişdilər. Uzun illərdir ki, Azərbaycan ordusunda xidmət edən zabitlərin hazırlanmasında, xüsusilə Xüsusi Təyinatların formalaşmasında Türkiyənin çox böyük əməyi olub. Müstəqillikdən dərhal sonra azərbaycanlı zabitlər Türkiyədə hərbi təhsil almağa göndərildi. Bu gün baş verən proseslər əslində 30 ilə yaxın vaxt alıb. Yəni, dünənin, bu günün işi kimi bunları təqdim etmək doğru deyil”,-deyə Səxavət Məmməd bildirib.

Səxavət Məmməd deyir ki, Azərbaycan ordusunun Türkiyə modelinə keçid mərhələsi demək olar ki, yekunlaşıb. “Plan işləri artıq bitib.Yeni ştatlar yaradılıb. Bunun praktikada da öz həllini tapdığını görürük. İki ölkə ordusunun tez-tez təlimlər keçirməsi bu anlama gəlir”, – deyə o əlavə edib.

Azərbaycan  Müdafiə Nazirliyi məsələyə münasibət bildirmədi.

Samirə Əli

 

Bənzər yazılar

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü — Komendant təyin olundu

admin

Prezidentdən təcili tapşırıq: İki helikopter, FHN-nin 500 əməkdaşı, 50-dən çox texnika Türkiyəyə göndərildi

admin

Oğlu könüllü olaraq müharibədə iştirak edən DAİM direktoru 94 şəhid ailəsi ilə görüşüb…

admin

Özünə ad günü keçirib qızıl bəxşişlər alan, 187 saylı məktəbin direktoru xüsusi karantin rejimi qaydalarını belə pozdu- VİDEO

admin

“Hərbi prokurorluq Xanlar Vəliyev xain generalları yox, qalib əsgərləri əzir” – AÇIQLAMA

admin

Sərhəddə rəqs edən xüsusi təyinatlı qadın əsgərlərin videosu rekord qırır – ŞOK GÖRÜNTÜ(VİDEO)

admin