GUNinfo.az xəbər verir ki, Suraxanı rayon icra hakimiyyəti tərəfindən Şəhidimiz kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olunaraq yaşadıqları mənzildə əsaslı şəkildə təmir-bərpa işlərinə başladılmışdır.
Beləki, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov mənzilə baxış keçirərək, görülən işlərlə maraqlanaraq, işlərin keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Bununla yanaşı Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən 14 saylı binada yaşayan ailənin uzun illərdir təmir olunmayan, istismar edilən 3 otaqlı 43 saylı mənzildə kanalizasiya, su və elektrik xətləri dəyişdirilərək, evin mətbəxt döşəməsinə istilik xətləri də çəkilib.
Hazırda döşəmə və tavan yenilənərək otaqların qapıları da tam müasir modeldə yenilənib. Həmçinin, təmirdən sonra yeni mətbəx avadanlıqları alınaraq istifaə üçün bütün şərait yaradılıb.
Demək olar ki, Suraxanı rayonunda Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemləri tamami ilə həll olunur, onlara mənəvi dəstək və dövlət qayğısı xüsusi diqqətə söykənir: