18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

“Tezliklə Qarabağda bir erməni əsgəri belə qalmayacaq” – Rus sülhməramlıların sərt qərarı ELEN EDİLDİ

“Azərbaycan öz torpaqlarını azad edəndən sonra kapitulyasiya aktı imzalanan ərəfədə müəyyən suallar var idi, ancaq biz dəfələrlə səbrli olmağı, gözləmək lazım olduğunu qeyd edirdik”.

GUNinfo.az bildirir ki, bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev ötən gün rus sülhməramlılarının Ermənistanda məzuniyyət müddəti bitdikdən sonra Qarabağda yerləşən hərbi hissələrə qayıtmaq istəyən erməni hərbçilərini dayandırması faktını şərh edərkən deyib.
Müsahibimiz bildirib ki, eyni zamanda proseslərin zamanla istədiyimiz kimi olacağını və sülhməramlıların öz fəaliyyətlərində ilk anlarda müəyyən nöqsanlar buraxmasına baxmayaraq, zamanla missiyalarını yerinə yetirməyə məcbur qalacaqlarını vurğulayırdıq:
“Çünki burada diqtə edən tərəf Azərbaycandır, bura Azərbaycan ərazisidir. Sülhməramlılar da burada müvəqqəti olaraq fəaliyyət göstərirlər. Ərazilərimizdə bizim icazəmiz olmadan heç kim, heç bir fəaliyyətlə məşğul ola bilməz.  Həmçinin qanunsuz erməni silahlı dəstələrinin də burada fəaliyyət göstərməsi mümkün deyil və olmayacaq – Azərbaycan heç vaxt buna göz yummayacaq. Sülhməramlılara dəfələrlə bu təxribatlarla bağlı məlumat verilmiş və qarşısı alınmışdır.
Hazırda bilirsiniz ki, bütün proseslər Azərbaycan əsgərləri, silahlı qüvvələrinin nəzarətindədir. Həm quru, həm havadan prosesləri nəzarətdə saxlayır, müşahidələr aparırıq. Azərbaycanın Ermənistana təzyiq etməsi üçün çoxlu alətləri var. Ancaq biz güc yolu ilə problemin həllini artıq istəmirik. Çünki Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi isə postmünaqişə dönəmində cərəyan edən hadisələrdir ki, burda biz yumşaq davranmalıyıq. Çalışmalıyıq ki, düşmən və revanşist fikirlərlə yaşayan insanlar qətiyyən öz istəklərinə çatmasın, regionda yenidən hansısa münaqişə alovlanmasın”.
Millət vəkili qeyd edib ki, sülhməramlılar vəzifələrinin nə olduğunu anlayırlar:
“Azərbaycan ərazisində yaşayan etnik ermənilər, yolunu azmış erməni vətəndaşlar da qanunlarımız çərçivəsində yaşamağa və Azərbaycan qaydaları ilə razılaşmağa meyllidirlər. Bir neçə dəfə bu, onlar tərəfindən nümayiş etdirilib. Bir sözlə, zamanla bütün narahatlıqlar aradan qalxacaq. Regionda uzunmüddətli sülhün bərqərar olması üçün tək Azərbaycan tərəfi deyil, Ermənistan tərəfi də real addımlar atmalıdır. Sülhməramlıların erməni silahlı dəstələrinin bu əraziyə qayıtmasının qarşısını alması isə təqdirəlayiq hərəkətdir.
Rus sülhməramlıları öz işlərinin öhdəsindən layiqincə gələcəklər, Azərbaycanın ərazisində fəaliyyət göstərdiklərini unutmayacaqlar. Təxribata meylli hərəkətlər olacağı təqdirdə isə,  onun qarşısı mütləq alınacaq. Tezliklə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh danışıqlarına başlayacaq. Ermənistan götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək”.
Xatırladaq ki, Qarabağda qanunsuz xidmət edən erməni əsgərləri məzuniyyət vaxtı Ermənistan ərazilərinə gedib. Məzuniyyət müddəti bitdikdən sonra onlar Qarabağa yenidən qayıtmaq istəyəndə əraziyə buraxılmayıb. Bu erməni KİV-lərində “tezliklə Qarabağda bir dənə də olsun erməni əsgəri qalmayacaq, düşmənin tələbi ilə erməni qoşunları yavaş-yavaş “Artsax”dan geri çəkilir” kimi şərh edilib. Ermənilər isə baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Bənzər yazılar

SON DƏQİQƏ! Xaçmazda yüzlərlə insan icra başçısına ETİRAZ QALXDI – MƏHKƏMƏ İŞİ

admin

Ceyranbatan 1 saylı məktəbdə müəllimlər koronavirusa yoluxdu:Direktor isə…- VİDEO

admin

SON DƏQİQƏ!Qarabağda bu səbəbdən gərginlik artdı – Xankəndində etiraz aksiyası

admin

İcra başçısının Moskvada ŞOK BİZNESİ:İri şirkətlər, otellər, bahalı mülklər və ofşar hesablar… VƏ NƏLƏR – İDDİA

admin

Zeynal Nağdəliyev və oğullarının milyonları Rusiya və Avropaya necə daşınır? – İNANILMAZ SƏRVƏTİN SİYAHISI

admin

Gəncə Hava Limanında vəzifəli şəxslər ƏLBƏYAXA OLDULAR – xəsarət alanlar var

admin