19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
ƏYALƏT

Türkiyədən Ermənistana ŞOK QADAĞA: İravanın 19 mülki və 1 hökumət təyyarəsinə EMBARQO QOYULDU



Ermənistanda qeydiyyatdan keçən təyyarələrin Türkiyənin hava məkanına girməsi qadağan edilib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu qərar 2020 -ci ilin sentyabr ayından etibarən verilib. Belə ki, Türkiyə heç bir əsas gətirmədən Ermənistanda qeydiyyatda olan təyyarələrin hava məkanına girməsinə qadağa qoyub.

Nəşr yazır ki, avqustun 2-nə olan məlumata görə, Ermənistanda 19 mülki və 1 hökumət təyyarəsi qeydə alınıb. Ermənistan rəsmiləri bunu rəsmi İrəvana qarşı düşmənçilik kimi xarakterizə ediblər. Amma Ermənistan rəsmiləri Azərbaycan və Türkiyə qardaşlığından irəli gələrək belə bir addımın atıldığını anlamamış deyillər.

Qeyd olunur ki, Ermənistana məxsus təyyarələrə Türkiyənin hava məkanına daxil olmaqla bağlı ilk imtina qərarı sentyabr ayının 9-da verilib. Daha sonra isə həmin ayın 18-i və 25-i, ardınca isə 2021-ci il mart ayının 19-u və 23-ü verilib.

Ermənistanın Mülki Aviasiya Komitəsi qeyd edir ki, beynəlxalq səviyyədə tanınmış qaydalara uyğun olaraq hava məkanının istifadəsinə qoyulan qadağa və məhdudiyyətlər haqqında məlumatlar Türkiyənin aviasiya məlumat paketində dərc olunmalı idi. Lakin bu məlumatlar dərc edilməyib və kağız üzərində qadağa ilə bağlı rəsmi məlumat yoxdur. Lakin Türkiyə bu qadağanı qeyri-rəsmi şəkildə tətbiq edir. Məlumata görə Türkiyə son olaraq 29 avqust 2020 -ci il tarixində Ermənistana məxsus mülki təyyarənin uçuşuna icazə verib, bundan sonra qadağa tətbiq olunub.

Nəşrin yazdığına görə, 2014-cü ildən etibarən Azərbaycanda qeydiyyata alınmış təyyarələr Ermənistan səmasında uçmayıb və əksinə Ermənistan təyyarələri də Azərbaycanın hava məkanından istifadə etmir.

Bənzər yazılar

Ermənilər tərəfdə vuruşmuş osetinlərdən ibarət terror dəstəsi – Şok fakt!

admin

Güney Azərbaycan Astarasının imamı da SARSAQLADI

Fikrət Fərhadoğlu

Oğlu könüllü olaraq müharibədə iştirak edən DAİM direktoru 94 şəhid ailəsi ilə görüşüb…

admin

Donbas könüllüləri Qarabağda Azərbaycana qarşı muzdlu vuruşmaqdan imtina etdi – SENSASİON DETALLAR

admin

SON DƏQİQƏ! Metropoliten, AZAL və BakuBus-la bağlı TƏCİLİ QƏRAR QƏBUL OLUNDU

admin

İcra başçısı və polis rəisi “ağ ölüm”ə qarşı hərəkətə keçdi – Salyanda narkotacirlərlə barışmaz birgə mübarizə(FOTO)

admin