21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
ƏYALƏT

YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı (SİYAHI)


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, YAP-ın sözügedən rayonlar üzrə yaxın günlərdə yeni sədr müavinləri də təyin ediləcək. YAP-ın Mərkəzi Aparatının bu məsələlərlə bağlı nizamnaməsi hazırlanır və yaxın günlərdə yeni sədr müavinləri də təyin olunacaq.
Sözügedən rayonlar üzrə sədr müavini vəzifəsini itirənlər arasında ictimaiyyət arasında tanınan vəzifəli şəxslər də var.
Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev – 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, partiyanın Nəsimi rayon təşkilatının sədr müavini vəzifəsində çalışıb. Yeni qərara əsasən o, bu vəzifəsini itirib və növbəti dəfə sədr müavini seçilməyəcək.
Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov  2017-ci ildən YAP Binəqədi Rayon Təşkilatının sədr müavini idi. Yeni qərarə əsasən, o da YAP-da bu vəzifəsini itirib. H.Əsgərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun qardaşıdır.
Bununla belə, sözügedən rayonlarda sədr müavini vəzifəsini itirənlər arasında icra başçıları və millət vəkilləri də var.
Həmçinin YAP-ın Mərkəzi Aparatında vəzifəsini itirənlər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə də var. Onlar yenidən YAP Mərkəz Aparatının rəhbərliyində təmsil olunmayacaqlar.
M.Qurbanlı partiyanın uzun illər icra katibinin müavini olub və 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.
Millət vəkili Aydın Mirzəzadə 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.

Bənzər yazılar

Azərbaycan və Ermənistan hərbçiləri arasında ATIŞMA:Qeqarqunik rayonu istiqamətində DÖYÜŞ GEDİR – Ölü və yaralılar var

admin

“Yasmin”(Xalq Bank) olaylarının gizlinləri:”MTN işi”,”kredit hekayəsi”,”Akula Akif” və Bəşirovun GİZLİ PLANI – DETALLAR

admin

İcra başçısının Batumidə 1 milyonluq villası, çox sayda bahaı maşınları və MALİKANƏLƏRİ – İDDİA

admin

SON DƏQİQƏ: Azərbaycan əsgərləri erməni hərbçiləri əsir götürdü – ADLARI

admin

Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi – VİDEO

admin

Bakıda restoranda karantin qaydası belə pozuldu – Gənclərin kütləvi əyləncə yeri “Çanaqqala” – VİDEO

admin