18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER ƏYALƏT

Yevlaxda ARA QARIŞDI:Kənd camaatı icra başçısı və deputata qarşı ETRAZA QALXDI – VİDEO

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşları qəbul etmir. 

GUNinfo.az bu barədə  Yevlax rayonu Qaraməmmədli kəndinin sakinləri bildiriblər.

Yerli sakin iddia edir ki, iki aya yaxındır kəndin bir hissəsində su yoxdur: “Kənddə əvvəllər su ilə bağlı ciddi problemimiz olmayıb. Lakin iki aya yaxındır ki, 41 ailənin həm içməli suyu yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün istifadə etdikləri artezian quyusu işləmir. Məsələ ilə bağlı rayon icra hakimiyyətində qəbula yazılsaqda, bizi qəbul edən olmadı.

Nəinki həyətyanı sahələr və əkin sahələrinin suya tələbatı ödənilmir, əhali heç içməli su da tapa bilmir. Maşını olanlar 2-3 km məsafəyə – kəndin aşağı hissəsinə gedərək su gətirir. Digər ailələr isə bunu edə bilmir. 70 yaşlı insanlar çətinliklə su daşımalı olurlar.”

Kənd sakinlərinin sözlərinə görə, İcra Hakimiyyətinə, su təsərrüfat idarəsinə dəfələrlə müraciət ediblər, ancaq müraciətləri elə müraciət olaraq da qalıb: “Həyətimizdə əkib becərdiyimiz tərəvəzlər məhv olub. 3 dəfə kənd sakinləri yığışıb rayon icra hakimiyyətinə getmişik. Lakin rayon rəhbəri Anar Tağıyev vətəndaşları qəbul etmir. Ölkə rəhbəri Anar Tağıyevi rayona nə üçün göndərib? Vətəndaşların problemlərini dinləyib, aradan qaldırılmasında yardımçı olmalıdır. Əfsuslar olsun ki, nə rayon rəhbəri nə də ki, deputat bizimlə maraqlanmır. Dəfələrlə rayonun deputatı İlham Məmmədova zəng etmişik, telefonlarımızı açmır. Biz onu nə üçün seçmişik?”– deyə sakinlər bildirib.

İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən tapılmadı.

Mənbə KanalS.az

 

Bənzər yazılar

Ermənistana eniş edən Türkiyə təyyarəsi AÇIQLAMASI: Paşinyanın Zəngəzur xahişinə Ərdoğan bu şəxsləri göndərdi

Fikrət Fərhadoğlu

Abşeron icra başçısından şübhəli sərəncam: Saxta qazilərlə tikinti aparan şikayətçilərə hücum edən Araz Musayev

admin

Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ – “The Times” şirkətində fırıldaqçı Ceyhun KİMDİR?

admin

ŞAD XƏBƏR! Gələn ildən uşaqpulu veriləcək: nazirlik məbləği açıqladı

admin

SON DƏQİQƏ: Bərdə şəhərinə daha üç raket zərbəsi endirlidi: Ölənlər və yaralılar var – CANLI YAYIM

admin

TƏCİLİ!Yerevan QARIŞDI: Paşinyanın avtomobil kortejinin qarşısını kəsdilər, baş nazir ilə adamları… – ŞOK VİDEO

admin