4 C
BAKI
27 Fevral 2021
Guninfo.az
Kateqoriyasız

Ermənistan üçün ŞOK: Rusiya ilə əlaqə kəsildi

Ermənistan üçün ŞOK: Rusiya ilə əlaqə kəsildiGürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.

GUNinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib. Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb. Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.

guninfo.az