10 C
BAKI
26 Oktyabr 2021
Guninfo.az
Image default
ARXİV

Nazirin köklü islahatlarına kölgə salınan İDARƏÇİLİK: Lənkəran “MERO”da votsap bazarı – QİYMƏTLƏR

Lənkəranda rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobillərin texniki baxışdan keçməsinin “müasir texnoloji” üsulu “votsapla texniki baxış” tətbiq olunur.

GUNinfo.az xəbər verir ki, bəzi lənkəranlı sosial şəbəkə istifadəçiləri maşınların texniki baxışdan keçməsi üçün şöbəyə getməyə lüzum olmadığını yazırlar.

Onların sözlərinə görə, texniki baxışı onlayn şəkildə həyata keçirən şöbə rəisi nə özlərinə, nə sürücülərə əziyyət verir.

Belə ki, avtomobilin texniki pasportunun fotosu votsapla şöbənin təlimatlandırılmış, sürücülərlə tanışlığı olan əməkdaşlarına göndərilir, maşınlar qeydiyyatdan keçirilir. Bunun üçün şöbə rəhbərliyi tərəfindən tariflər də müəyyənləşdirilib:

Minik avtomobillərinin sahibləri 70 manat, “Qazel” və “Ford” sürücüləri 80 manat, “Ateqo” “Zil” 90 manat, “Kamaz” şoferləri 100 manat ödəniş etməlidirlər. Bu da özlüyündə qanunları saymamaqdır.

Göründüyü kimi, Lənkaran MERO rəisi texniki baxış bazarı açıb və Dövlət Yol Polisi rəhbəri, general Ramiz Zeynalovun tapşırıqlarına zidd, nazir Vilayət Eyvazovun köklü islahatlarına kölgə salan fəaliyyətlə məşöuldur.

Mənbə:TİA.az

Bənzər yazılar

Inside Kazakhstan’s labyrinthine bazaar

admin

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin

Ərdoğanın sabaha vəd etdiyi “sürpriz” nədir? – Azərbaycan bu addımı atacaqmı?

admin

Macchu Picchu in Peru

admin

Füzuli rayonunda taxıl biçini davam edir

admin

American Football

admin