Guninfo.az
ARXİV Business CƏMİYYƏT DÜNYA ƏYALƏT GÜNDƏM İDMAN KAT-2 KRİMİNAL MANŞET RƏSMİ SEÇMƏ SİYASƏT SOSİAL ŞOU-BİZNES

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMAMinskdə baş verənlər çox qorxulu oyundur. Ehtimal edirəm ki, məqsəd Belarusu tam nəzarətə götürməkdir. Gördüyünüz kimi Belarusda əsas namizədlər Rusiya tərəfdarıdır, Rusiyanın müəyyən şirkətlərinin nümayəndələridir.

Belarusda fəaliyyət göstərən bu şirkətlər əsas müxalifəti təşkil edir. Təhlükəli məqam odur ki, bu gün Belarus xüsusi xidmət orqanlarının həbs etdiyi hərbçilər eyni zamanda Donbasda, Luqanskdə döyüşlərdə iştirak edib. Onların Minskə müəmmalı səfəri böyük ehtimalla Belarusda sabitliyi pozmağa yönəlib.

Oxu24.com xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Belarus kəşfiyyat orqanlarının paytaxt Minskdə onlarla Rusiya muzdlu döyüşçülərinin həbs edilməsi haqda danışarkən deyib.

Millət vəkili xatırladıb ki, artıq Belarus rəsmi mövqeyini açıqlayıb: “Prezident Aleksandr Lukaşenko da bəyan edib ki, bu şəxslərin məqsədi ölkədə sabitliyi pozmaq olub. Təhlükəli prosesdir.

Məncə, bunun arxasında həm də zor gücünə Sovet İttifaqını bərpa etmək planları durur. Məqsəd həm də Belarusu tam nəzarətə almaqdır. Bəllidir ki, digər sovet ölkələrinin əksəriyyətinin ərazi bütövlüyü, münaqişə kimi problemləri var. Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Osetiya və Abxaziya, Ukraynanın Krım, Donbas, Moldovanın Dnestryani bölgə kimi böyük çətinlikləri var. Məncə, bu cür yolla, hansısa təxribatların təşkili ilə mərkəz yenidən nəzarəti öz əlinə keçirməyi planlaşdırır”.

Bununla belə müsahibimiz hesab edir ki, rus muzdlu döyüşçülərin Minskdən istifadə etməklə Afrika və ya digər regionlara getməsi versiyası və Belarusun bundan yararlanaraq siyasi şou təşkil etməsi kimi fərziyyələr ağlabatan görünmür.

Siyasi şərhçi xatırladır ki, onsuzda rus muzdlu döyüşçüləri Suriyada, Misirdə, Liviyada və digər ölkələrdə var: “Həm də bu ölkələrə Moskvadan uçmaq daha asandır, nəinki Minskdən”.

guninfo.az

 

 

Bənzər yazılar

İqbal Əliyevin Şəmkirdə meşə ”TERRORU”…- Muxtar Babayevin nəzərinə

admin

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

admin

Aybəniz Haşımova BNA-nı BİABIR ETDİ: “Görün həyətin içində də maşına cərimə yazarlar?”

admin

Karantin qaydalarını pozaraq toy mərasimi keçirilən “Atlantis” restoranı bu MƏŞHUR GENERALIN imiş- ŞOK VİDEO

admin

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu tarixdə bağlanır (RƏSMİ)

admin

SON DƏQİQƏ!FHN-in modul tipli xəstəxanasında partlayışdan ölənlərlə bağlı BAKIDA ETİRAZ AKSİYASI

admin