Füzuli Rayon Mənzil İstismar İdarəsi və Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı “Şans-77” MMC ilə toplam maliyyə dəyəri 134 815.69 AZN olan 3 müqavilə imzalayıb.
İxa.az xəbər verir ki, sözügedən MMC Füzuli Rayon Mənzil İstismar İdarəsi ilə bağladığı müqaviləyə əsasən (məbləğ 49 600.19 AZN) Horadiz şəhərində 20 yanvar küçəsini abadlaşdırmalıdır.
Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının “Şans-77” ilə bağladığı 2 müqaviləyə gəlincə, MMC Horadiz şəhərində “Heydər parkı”nda və qarşısındakı kiçik parkda abadlıq işlərini və işıqlandırma sisteminin yaxşılaşdırılmasını (məbləğ 49 498.5 AZN) və dəftərxana, təsərrüfat, maşın və mexanizmlərin təmiri işlərini (məbləğ 35 720 AZN) həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Şans-77” MMC 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş karxana), ev 190-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Həşimli Nicat Miryəhya oğludur.
Açıq mənbələrdə Nicat Həşimli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu şirkətə gəlincə, bir ildir yaranmasına baxmayaraq artıq Füzuli rayonunun büdcə təşkilatlarının keçirdiyi bir neçə tenderin qalibi olub. Məsələn, az əvvəl MMC fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54 850 manat dəyərində satınalınmasının qalibi olub.
Mediada gedən xəbərlərə görə, şirkət əslində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nəzarətindədir. Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub. Söhbət “Çinar-N” MMC (məbləğ 199 326 AZN), “Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və “Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.
Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər” nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni
guninfo.az