31 C
BAKI
21 İyun 2021
Guninfo.az
ARXİV CƏMİYYƏT ƏYALƏT GÜNDƏM İDMAN KAT-2 KRİMİNAL MANŞET RƏSMİ SEÇMƏ SİYASƏT SOSİAL ŞOU-BİZNES

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

Ramazan Mirzəyev – Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənnilərin sponsoru
İşbaz HACININ “qara kassası” Rəşad kimdir?

Hacı, “xeyriyyəçi” və “Tender karlı” kimi tanınan Ramazan Mirzəyevi milyonçu edən layihələr və Bakı şəhər icra hakimiyyəti ilə ilginc münasibətləri haqqında Realliqinfo.org saytına bir sıra faktlar daxil olub. Həmin faktlara nəzər salanda məlum olur ki, “Məmmədoğulları”MMC –nin rəhbəri, nazirliklərin iri layihələrinin saxta yollarla qalibi, dövlətin milyonlarını şəxsiləşdirə bilən Ramazan Mirzəyevin fəaliyyəti ilə bağlı araşdırmaların nəticəsinin hesabatı bu günə qədər aparılmayıb.

Adı müğənnilərin istəklisi kimi önə çıxarılan, gah da xeyriyyəçi kimi gündəmə gələn Hacı Mirzəyevin gizli əməlləri barədə mediada bir sıra məlumatlar da dərc olundu. Lakin adıçəkilən “Tender Kralı”nın “qara kassası”- Rəşad adlı şəxsin “ƏLİ AÇIQLIĞI” faktların ört-basdır edilməsinə xidmət etdi.

Təsadüfi deyil ki, müğənni Şəbnəm Tovuzlu ilə ilişkiləri haqqında dərc olunan yazılar Mirzəyevin qəzəbinə tuş gəlmişdi. Lakin bunun nə qədər həqiqət olub olmadığını düşündüyümüz zaman sayt rəhbərləri “Tender Kralı”nın təzyiqləri ilə üzləşməli oldular. Nəticədə, Tv ekranlarına çıxan müğənni Şəbnəm Tovuzlu da, Ramazan Mirzəyevlə ilişkidən bəhs edən jurnalistləri təhqir etməkdən çəkinmədi. Jurnalistləri polis bölmələrinə qədər yoran müğəninin arxasında dayanan şəxsin Mirzəyev olduğunu söyləyənlər də az deyildi…

Ramazan Mirzəyevin Bakı meri Hacıbala Abutalıbovla yaxın münasibəti onun varlanmasını şərtləndirən amildir. “Tender kralına” layihələri “ərməğan” edən merin şərikli oyunu, milyonların qazanılmasına və Türkiyədə, eləcədə digər xarici ölkələrdə adıçəkilən işbazın şirkətlər yaratmasına səbəb olub.
Realliqinfo.org – un araşdırmalarına görə Ramazan Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin Nicat Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Ramazan Mirzəyev – Hacı, “xeyriyyəçi”, “tender kralı” və müğənnilərin sponsoru

Ramazan Mirzəyevin gizli qalan əməlləri bunlarla yekunlaşmır. Bakı şəhər icra hakimiyyətindəki havadarlarının ona verdiyi layihələrin maliyyələşdirilməsi üçün Maliyyə nazirliyində də dostlarının canfəşanlığı diqqət çəkir.

Maliyyə nazirliyinin dəstəyi ilə bir sıra saxta sənədləşmələr aparan şəxslər dövlətin milyonlarına qanunsuz yolla sahib çıxa biliblər. Həmin nazirliyin fəaliyyəti ilə bağlı realliqinfo.org saytında dərc olunan yazıda faktlarla tanış ola bilərsiniz.

Qeyd edək ki, Ramazan Mirzəyev gizli və şərikli münasibətlərdən yararlanaraq “Məmmədoğulları” MMC adı ilə təkcə bir ildə – 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin “”qalibi” olub. Realliqinfo.org bildirir ki

guninfo.az

 

 

Bənzər yazılar

İlham Əliyev və Mehriban xanım işğaldan azad edilmiş torpaqlarda – VİDEO

admin

SON DƏQİQƏ! Zəngəzur və Göyçəni də Azərbaycan belə geri aldı – AÇIQLAMA

admin

Paşinyanın Makrona təxribatçı çağırışı: “Azərbaycanda bu qədər marağı olan dövlət…”

admin

“SPACE”də növbəti SENSASİYA: Yeni rəhbər İSTEFA VERDİ

admin

SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU – BÖYÜK DAĞINTILAR VAR, Bölgədə HƏYAT DURDU

admin

Siyavuş Novruzov: “Məhəmməd Füzuliyə prezident təqaüdü təyin edilmişdi, ala bilmədi”

admin