Guninfo.az
Image default
BANNER ƏYALƏT

Əhmədzadənin tender oyunları – Zaqatala bir saxta MMC-nin İZİ İLƏ… – TƏFƏRRÜAT

Zaqatala Rayon İcra Hakimiyyəti “İstehsal Təmir Sahəsi” MMC ilə maliyyə dəyəri 11 103.6 AZN olan müqavilə imzalayıb. 

GUNinfo.az  xəbər verir ki, müqavilədə Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının böyük qrup otaqlarının təmiri işlərinin satin alınması nəzərdə tutulur.

“İstehsal Təmir Sahəsi” MMC 22 oktyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Nizamnamı kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Şitayev Məmməd Şəmsəddin oğludur.

Şirkət bundan əvvəl Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işləri həyata keçirib. Bunun müqabilində MMC-yə 17 239.8 AZN ödənilib.

Araşdırmalar göstərir ki, “İstehsal Təmir Sahəsi” MMC əsasən Zaqatala və Balakən rayonlarının yerli qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. Bu da təsadüfi deyil. İddialara görə, MMC Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin nəzarətindədir.

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısıdır. Bundan əvvəl 2 il Qax rayonuna rəhbərlik edib. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin qardaşıdır. Əhməd Əhmədzadə 1993-cü ildən meliorasiya və su təsərrüfatına rəhbərlik edirdi. Prezident İlham Əliyevin 2 aprel 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın çevrəsində onu “Baron” ayaması ilə tanınır.

HİT.Az

VÜQAR

Bənzər yazılar

TƏCİLİ!Aprelin 1-dən Azərbaycanda bütün ölkə üzrə tətbiq olunacaq – RƏSMİ AÇIQLAMA

admin

Azərbaycanda səs-küylü həbslər başladı: Vəzifədən uzaqlaşdırılan bu şəxslər MƏHKUMLUĞA DOĞRU – KRİTİK AÇIQLAMA

admin

ŞOK İDDA!”Şöhrət” ordenli icra başçısının adı dövlət çevrilişinə cəhddə və silah alverində

admin

Generaldan SON DƏQİQƏ AÇIQLAMASI: “Laçın dəhlizi və digər ərazilər nəzarətə götürülüb”

admin

Ermənistanın bölgənin enerji təhlükəsizliyinə qarşı təhdidi – TƏHLİL

admin

ABŞ telekanalı Mirələmovla videosu yayılan qızı axtarır – Böyük məbləğdə təzminat verilir

admin